Şimali Makedoniya Prezidentinin ölkəmizə səfəri möhkəm dostluğun təməli olacaq
- Bu bir faktdır ki, Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır...
- Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir...
- Azərbaycan hətta təyyarədən belə çox gözəl görünür, ölkəniz ilə əyani tanışlıqda isə o, insanı valeh edir...
- Biz bir-birimizdən bir çox şey öyrənə bilərik və bu səfər dərin dostluğun təməli olacaq...
Martın 11-də Azərbaycana rəsmi səfərə gələn Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmiz haqqında səsləndirdiyi bu ifadələr mövcud reallığın bariz təcəssümüdür. Demək ki, artıq Avropadan Azərbaycan belə görünür. Qərb ölkələri Azərbaycana belə qiymət verirlər.
Əlbəttə ki, bütün bu reallıqları yaradan ölkənin lideri Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətdir. Məhz bu siyasətlə Azərbaycan dünyada etibarlı tərəfdaş statusuna sahiblənib.
Bütün zamanlarda beynəlxalq əməkdaşlığa böyük önəm verən Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi geosiyasi maraqlarının gerçəkləşdirilməsi istiqamətində uğurlu siyasət yürüdür və qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir.
Müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşı hesab olunur. Bu dövlətlərdən biri də Şimali Makedoniyadır. Martın 11-də Şimali Makedoniya Respublikasının Prezidentinin ölkəmizə səfəri, keçirilən görüşlər, iki dost dövlət arasında imzalanan yeni sənədlər də bunu bir daha təsdiqlədi.
Qeyd edək ki, qədim tarixə malik olan makedoniyalılar müxtəlif imperiyaların tərkibində yaşasalar da, milli düşüncələrini itirməyərək, 1990-cı illərdə dünyada baş verən geosiyasi dəyişikliklərdən istifadə edib müstəqilliklərini qazandılar. Yuqoslaviyanın dağılması nəticəsində müstəqillik əldə edən Şimali Makedoniya ilə Azərbaycanın yeni tarixində bənzər məqamlar çoxdur. Hər iki dövlət imperialist siyasətin qurbanı olmuş və SSRİ-nin dağılmasından sonra müstəqillik qazanaraq inkişaf mərhələsinə qədəm qoyub. Hazırda Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır.
Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avropanın enerji təhlükəsizliyinə təhdid yaradıb. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Belə ki, ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetr üçün 560 dollardan 700 dollara yüksəlib. Bu vəziyyət Balkan dövlətlərini də düşündürür və onları enerji təhlükəsizliyinin təmin olunması üçün yollar axtarmağa vadar edir.
Azərbaycan 2021-ci ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək "Cənub qaz dəhlizi" vasitəsilə Avropaya təbii qaz ixracının həcmini
30 milyard kubmetrə çatdıracaq. Bu gün Yunanıstanın təbii qaza olan tələbatının 18 faizini Azərbaycan ödəyir. Cari ildə Yunanıstana 1,2 milyard kubmetr təbii qazın ixrac edilməsi nəzərdə tutulub. Energetika Nazirliyinin açıqlamasına əsasən, 2028-ci ildə "Ümid" və "Abşeron" yataqlarından böyük həcmdə təbii qazın hasil edilərək dünya bazarına çıxarılması gözlənilir. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da uzun müddətdə qaz ixracının artırılmasına imkan verəcək. Bundan başqa, 2027-ci ilin sonunadək Azərbaycan "yaşıl enerji" layihələri çərçivəsində 1862 MVt külək və günəş elektrik enerjisi istehsal etməyi planlaşdırıb ki, bu da 1 milyard kubmetr "mavi yanacağa" qənaət deməkdir.
Prezidentlərin mətbuata bəyanatlarında bu məsələyə bir daha toxunan cənab İlham Əliyev qeyd etdi ki, təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq iki ölkə üçün çox önəmlidir və bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq.
Prezident Qordana Silyanovska-Davkova isə Azərbaycan haqqında əsl reallıqları səsləndirməklə ölkəmizi yaxşı tanıdığını göstərmiş oldu: "Ölkəniz müsəlman Şərqində ilk cümhuriyyət qurmuşdur, eləcə də ilk opera, ilk filarmoniya məhz burada yaradılmışdır. Bu ölkə öz zəngin mədəniyyəti ilə seçilir. Ötən dəfə söylədiyim kimi, ilk dəfə ziyarət edə bilmədiyim muzeylərə bu dəfə gedəcəyəm. Bu fürsətə görə Sizə təşəkkürümü bildirirəm".
Ümumiyyətlə, ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin "Cənub qaz dəhlizi", Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur.
Prezident Qordana Silyanovska-Davkovanın da söylədiyi kimi iki ölkə arasında daha güclü əməkdaşlığın yaranması üçün bütün imkanlar mövcuddur. Xüsusən də iki dövlət arasında Strateji Əməkdaşlığa dair Sazişin imzalanma imkanı böyükdür: "Belə bir saziş region ölkələri ilə imzalanıb və mən müvafiq sazişin Azərbaycanla da imzalanması üçün heç bir maneə görmürəm".
Əlbəttə ki, bu sazişin imzalanması Azərbaycanla Şimali Makedoniyanı bir-birinə daha da yaxınlaşdıracaq. Bütün bunlara əsaslanaraq deyə bilərik ki, aparılan danışıqlar, imzalanan müqavilələr sayəsində Azərbaycan-Şimali Makedoniya tərəfdaşlığı getdikcə daha da güclənəcək.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Bakıda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2
Mark Uzan: Bütün böhranlar beynəlxalq əməkdaşlıq mexanizmi sayəsində həll edildi
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib YENİLƏNİB
Nazir: Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesi yekunlaşıb
Forumda əldə olunan razılaşmaları iştirakçılar öz ölkələrinin siyasətində tətbiq edə bilərlər
Aqrar Xidmətlər Agentliyinin sədri Salyanda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı DTX-də cinayət işi başlanılıb
Azərbaycanın XİN başçısı: Çoxtərəfliliyə sadiq qalmaq bizim əsas hədəflərimizdəndir
Ceyhun Bayramov: Biz milli maraqlarımızı müdafiə edirik, eyni zamanda, digərlərinin maraqlarına hörmət bəsləyirik
Nazir: Azərbaycan Suriyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir
Prezident İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib YENİLƏNİB
Gədəbəydə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
ÜST-nin direktoru: ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxması itkidir
“Qərbi Azərbaycan tarixinə dair kitabların nəşri” – BDU-da elmi seminar
“Samsung” büdcəli smartfonunu təqdim edib
Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel keçirilib YENİLƏNİB
Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib YENİLƏNİB
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb YENİLƏNİB
Prezident İlham Əliyev Albaniya Prezidenti ilə görüşüb YENİLƏNİB
Prezident İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib YENİLƏNƏCƏK
Ali Məhkəmə icarə müqaviləsinin ləğvi məsələsinə aydınlıq gətirdi
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!