19 Mart 2025 17:30
1357
İQTİSADİYYAT
A- A+
“Azərkosmos” “Azerspace-1” üzərindən “IoT” xidmətini aktivləşdirib

“Azərkosmos” “Azerspace-1” üzərindən “IoT” xidmətini aktivləşdirib

“Azərkosmos” “DynaSys Networks” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Azerspace-1” peyki üzərindən “Əşyaların İnterneti” (IoT) xidmətini aktivləşdirib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Kosmik Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu addım “Azərkosmos”un qabaqcıl texnologiyaları və inkişaf etmiş peyk rabitə xidmətlərini “IoT” ekosistemi ilə birləşdirərək, kənd təsərrüfatı və hava keyfiyyətinin izlənməsi kimi sahələrdə ən müasir həllərin tətbiqinə imkan yaradır.

“Azərkosmos”un “DynaSys” ilə əməkdaşlığı, həmçinin “Azərkosmos”a öz peyk şəbəkə infrastrukturunu “DynaSys”in hərtərəfli “IoT” platforması ilə inteqrasiya etmək imkanı verir. Bu da öz növbəsində, Avropa, Yaxın Şərq və Afrika regionlarında istifadəçilərə innovativ “IoT” tətbiqləri ilə əməliyyat səmərəliliyini artırmağa, resursları daha effektiv idarə etməyə və yeni gəlir axınları yaratmağa imkan yaradacaq.

“IoT” texnologiyası müxtəlif sahələrdə tətbiq olunur, məsələn, kənd təsərrüfatında suvarma sistemlərinin uzaqdan izlənməsi və nəzarət edilməsi, sənaye avadanlıqlarının peyk üzərindən izlənməsi, əmlakın izlənilməsi, gəmi donanmasının idarə olunması, ətraf mühitin davamlılığı, biznes prosesləri və bank xidmətləri sahəsində - müştəri davranışlarının izlənməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və ödəniş sistemlərinin optimallaşdırılması üzrə tətbiq sahələri mövcuddur.

Qeyd edək ki, “DynaSys Networks” Pakistan və Birləşmiş Ərəb Əmirliklərində məhsulun inkişafı və sistem inteqrasiyasında innovasiyaların təşviqinə yönəlmiş texnologiya startapıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İki ayda Qəbələyə 13 min 209 turist gəlib

12:28
13 Mart

Şəki və Qəbələdə 1500-ə yaxın ağac əkilib

11:48
13 Mart

BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyalarla bağlı gərgin müzakirələr 

11:29
13 Mart

Baş nazir: 2025-ci il Azərbaycan üçün siyasi sabitliyin daha da gücləndiyi mühüm mərhələ kimi yadda qalıb  

11:18
13 Mart

Səfir: “İki sessiya” dünyaya Çinin sabit inkişafını nümayiş etdirib

11:17
13 Mart

Ədliyyə Nazirliyi bələdiyyələrə metodoloji dəstək göstərir  

11:13
13 Mart

ÜST-nin Baş direktoru Bakıda yeni pandemiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib  

11:08
13 Mart

Parlamentdə Nazirlər Kabinetinin hesabatı dinlənilir  

11:03
13 Mart

Nazir: Orta Dəhliz qarşılıqlı yük tranziti baxımından mühüm əhəmiyyət kəsb edir

11:01
13 Mart

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:51
13 Mart

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

10:40
13 Mart

Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir

10:39
13 Mart

XIII Qlobal Bakı Forumunun ikinci günü: “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”  

10:38
13 Mart

BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub  

10:37
13 Mart

Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri arasında telefon danışığı olub

10:25
13 Mart

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib

10:24
13 Mart

Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi üçün Milli Fəaliyyət Planı qəbul edilib  

10:21
13 Mart

Britaniya qoşunları İraqdakı bazaya yönələn İran dronlarını vurub  

10:05
13 Mart

UEFA Avropa Liqası: 1/8 finalın ilk oyunlarında qapılara 13 qol vurulub  

09:58
13 Mart

İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum olub, 6 fransız hərbçisi yaralanıb  

09:56
13 Mart

Türkiyə Jandarm Qüvvələri Komandanlığı Daxili Qoşunlar Günü münasibətilə Azərbaycanı təbrik edib  

09:42
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!