15 Aprel 2026 07:32
457
Mədəniyyət
A- A+
UNESCO İcraiyyə Şurasının 224-cü sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib  

UNESCO İcraiyyə Şurasının 224-cü sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib  


UNESCO-nun mənzil-qərargahında təşkilatın İcraiyyə Şurasının 224-cü sessiyası işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, sessiya çərçivəsində keçirilən plenar debatlar zamanı Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizin milli bəyanatını səsləndirib. Milli bəyanatda UNESCO-nun fəaliyyətində institusional səmərəliliyin, şəffaflığın və hesabatlılığın daha da gücləndirilməsinin vacibliyi vurğulanaraq, təşkilatın prioritetləri ilə mövcud resurslar və icra mexanizmləri arasında uyğunluğun təmin edilməsinin əhəmiyyəti qeyd olunub. Eyni zamanda, qlobal çağırışlar fonunda UNESCO-nun təhsil, elm və mədəniyyət sahələrində dialoq və əməkdaşlığın təşviqində oynadığı mühüm rol diqqətə çatdırılıb.

Təşkilat daxilində üzv ölkələr ilə katiblik arasında koordinasiyanın gücləndirilməsinin zəruriliyi vurğulanaraq, bu istiqamətdə aparılan islahatların əhəmiyyəti qeyd edilib. Bildirilib ki, dəyişən qlobal mühit şəraitində qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın təşviqi mühüm əhəmiyyət kəsb edir və UNESCO-nun mandatı bu sahədə xüsusi rol oynamağa imkan verir.

Bəyanatda ötən ilin oktyabr-noyabr aylarında Səmərqənd şəhərində keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyasının uğurlu keçirilməsinə görə Özbəkistan tərəfinə təşəkkür edilib.

Daimi Nümayəndəlik tərəfindən ölkəmizin Qrup 77 və Çin Paris bölməsi, eləcə də UNESCO-da fəaliyyət göstərən Türk Dövlətləri Qrupu adından da bəyanatlar səsləndirilib.

Qrup 77 və Çin adından səsləndirilmiş bəyanatda çoxtərəfliliyə, beynəlxalq əməkdaşlığa və həmrəyliyə sadiqlik bir daha təsdiqlənərək, inkişaf etməkdə olan ölkələrin prioritetlərinin irəli aparılmasında kollektiv fəaliyyətin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədi 4 çərçivəsində inklüziv və keyfiyyətli təhsilin təşviqi, təhsilin ana dilində verilməsinin əhəmiyyəti, eləcə də təhsilin davamlı inkişafın əsas hərəkətverici qüvvəsi kimi rolu qeyd olunub.

Bəyanatda, həmçinin UNESCO-nun qlobal prioritetləri olan Afrika və gender bərabərliyi, eləcə də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) və gənclərlə bağlı təşəbbüslərə dəstək ifadə olunub. Təşkilatın proqram və büdcə çərçivəsində üzv dövlətlərə daha güclü dəstək göstərilməsinin vacibliyi diqqətə çatdırılıb. UNESCO 80 Yol Xəritəsinə dəstək ifadə edilərək bildirilib ki, inkişaf etməkdə olan ölkələrin fikirlərinin qərar qəbuletmə proseslərində əks olunmalıdır.

Türk Dövlətləri Qrupu adından səsləndirilən bəyanatda çoxtərəfliliyin gücləndirilməsi, türk dövlətləri arasında ortaq tarixi və mədəni irsin qorunması və təşviqi, eləcə də UNESCO çərçivəsində birgə təşəbbüslərin irəli sürülməsi xüsusi qeyd edilib. İrqçilik, ayrı-seçkilik, ksenofobiya və nifrət nitqinə qarşı mübarizənin əhəmiyyəti diqqətə çatdırılaraq, iqlim dəyişikliyi, su təhlükəsizliyi və davamlı inkişaf kimi qlobal çağırışlara qarşı elmi əməkdaşlığın gücləndirilməsinin vacibliyi bildirilib.

Həmçinin, rəqəmsal transformasiya və süni intellektin etik istifadəsi məsələlərinə toxunulan bəyanatda qeyd edilib ki, türk dünyasının dil və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması vacibdir.

Qeyd edək ki, UNESCO tarixində ilk dəfə Türk Dövlətləri Qrupu adından bəyanat səsləndirilib.

UNESCO İcraiyyə Şurasının 224-cü sessiyası aprelin 23-də başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ali Məclisin yaz sessiyası başa çatıb

15:39
26 May

WUF13 Azərbaycanın növbəti qlobal uğuru oldu 

15:37
26 May

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

15:31
26 May

Ağdam şəhərində daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

15:29
26 May

Qanun layihəsi təsdiqləndi: Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər  

15:22
26 May

Kənd təsərrüfatı yeni inkişaf dövrünə qədəm qoyur

15:07
26 May

2026/2027-ci tədris ili üzrə doktoranturaya yeni qəbul qaydaları açıqlanıb

15:07
26 May

Xocalıya daha 29 nəfər qayıdıb

15:01
26 May

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ 

14:50
26 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

14:36
26 May

Bir sıra məhkəmələrə yeni hakimlər təyin olunub

14:32
26 May

Milli Məclisin yaz sessiyası başa çatıb

14:30
26 May

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb  

14:26
26 May

Komitə sədri: Ailə Konsepsiyası sənədi yekunlaşmaq üzrədir

14:19
26 May

Gender bərabərliyinin təmin olunmasına nəzarət edən orqanın illik məlumatı təsdiqlənib

14:17
26 May

İndoneziya-Azərbaycan strateji əməkdaşlığı - Cakartada Müstəqillik Gününə həsr olunmuş rəsmi ziyafət 

14:06
26 May

Cavid Qurbanov: Azərbaycan ilə Gürcüstan arasında sərnişin qatarlarının bərpası xalqlarımız üçün çox vacibdir

14:01
26 May

Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

13:47
26 May

Azərbaycanın aqrar siyasətində yeni mərhələnin konturları müəyyənləşdirildi

13:32
26 May

Ermənistanda siyasi qüvvələrdən biri seçki yarışından geri çəkilib  

13:12
26 May

Sabah hava əsasən yağmursuz olacaq

13:11
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!