16 Fevral 2025 08:00
1743
SİYASƏT
A- A+
Gücümüz ədalətli olmağımızdadır

Gücümüz ədalətli olmağımızdadır


Azərbaycanın qlobal gündəmə təsir imkanları beynəlxalq auditoriyanın diqqət mərkəzindədir


Azərbaycanın 44 günlük Vətən müharibəsindəki parlaq qələbəsindən və suverenliyini bərpa etməsindən sonra daha da artan beynəlxalq nüfuzu, regional proseslərlə yanaşı, qlobal əhəmiyyətli problemlərin həllində iştirakı dünyanın aparıcı siyasi-analitik mərkəzlərinin, qabaqcıl media orqanlarının və dövlətlərin diqqətini cəlb edir.

Hərbi qüdrəti, iqtisadi gücü, şaxələnmiş və müstəqil xarici siyasəti olan Azərbaycan öz inkişaf tarixinin növbəti mərhələsinə qədəm qoyub və artıq dünyada orta güc kimi tanınır. Bu status dövlətimizə yalnız fərqli geosiyasi vahid kimi tanınmaq deyil, həm də siyasi çəkisini artıraraq mühüm beynəlxalq aktorlardan birinə çevrilmək imkanı verir. 

Rəsmi Bakının dövlətlərarası və daha geniştərkibli formatlarda söz sahibi olması mümkün təhlükələri neytrallaşdırmaq üçün önləyici addımlar atması baxımından da müəyyən imkanlar yaradır. Dünya siyasi səhnəsində yiyələndiyi yeni yer Azərbaycana çox haqlı olaraq imkan verir ki, ətrafda və daha geniş arealda baş verən proseslərin səbəb olduğu reallığa uyğun addım atmaqla yanaşı, şəxsi gündəmini də formalaşdırsın. Bu gün dövlətimizin təşəbbüskarı olduğu bütün qlobal iqtisadi layihələr və siyasi tərəfdaşlıq, ittifaq formatları məhz bu reallığın - Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yaradıcısı olduğu müsbət yeni siyasi vəziyyətin bəhrələridir. Tarixi baxımdan olduqca qısa zaman kəsiyində işğal və humanitar böhran, vətəndaş qarşıdurması şəraitində olan, zəngin xammal ehtiyatlarını dünya bazarlarına çıxarmağa çalışan ölkədən regional siyasi və iqtisadi lider dövlətə çevrilən, 30 illik işğala təkbaşına sinə gərib ərazi bütövlüyünü bərpa etməyə müvəffəq olan, bölgənin hüdudlarını aşan geosiyasi hədəflərə sahib Azərbaycan uğurlu dövlət quruculuğu kontekstində modern dünya üçün əsl nümunədir. 


Ölkəmizin yeni dünya nizamındakı yeri


Azərbaycanı eyni tarixi zaman kəsiyində müstəqil olmuş ölkələrlə müqayisədə yalnız işğala qalib gəlmiş və təbii ki, vətənpərvərlik, həmrəylik baxımından ruh yüksəkliyinə malik sabit cəmiyyəti, xarici siyasətdə müstəqilliyi və dinamik iqtisadi tərəqqisi fərqləndirmir. Mürəkkəb, tez-tez dəyişikliyə uğrayan dünya nizamında ölkəmiz müəyyən təsir gücünə, geniş potensiala və resurslara malik geosiyasi faktora çevrilməyi bacarıb. Bu gün Azərbaycan formalaşan yeni nizamda özünəməxsus yeri, təmin ediləcək maraq və mənafeləri ilə beynəlxalq aləmdə, dünya səhnəsində xüsusi rola malik dövlətdir. Prezident İlham Əliyevin son çıxış və müsahibələrində bu amilə toxunması, habelə xarici aktorların, media orqanlarının Azərbaycanın bu istiqamətdə artan potensialına diqqət yönəltməsi Bakının dərinləşən xarici siyasət gücünün təzahürüdür. 

İlin əvvəlində Azərbaycanın televiziya kanallarına verdiyi geniş müsahibəsində Prezident İlham Əliyev 2024-cü ilin nailiyyətləri ilə yanaşı, qarşıdakı dövr ərzindəki gözləntilər və hədəflərdən danışarkən yeni dünya nizamı mövzusuna da toxundu. Dövlət başçısı əvvəllər də ölkəmizin artan nüfuzu və çəkisi kontekstində geosiyasi proseslərdəki roluna geniş diqqət ayırırdı. Ancaq bu müstəvidə söylədiyi fikirlər və verdiyi bəyanatlar deməyə əsas yaradır ki, fərqli məzmunlu çağırışların və meydana çıxan yeni iştirakçıların olduğu müasir dünya növbəti formalaşma mərhələsini yaşayır. Prezident İlham Əliyev müsahibədə Azərbaycanın bir dövlət olaraq məhz həmin gələcəyə hazır olmasının vacibliyini vurğulayır: "Biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Biz öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tətbiq etməliyik... Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Ona görə bizim bu sahədəki siyasətimiz haqlı olaraq bizə rəğbəti daha da artırır və mən əminəm ki, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə o cümlədən Azərbaycanın mövqeyi də nəzərə alınacaq, ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində və biz buna hazır olmalıyıq".

Yeni dünya nizamına hazırlıq Azərbaycandan bir dövlət olaraq nələri tələb edir? Prezident İlham Əliyevin bu problemlə bağlı yanaşması dəqiq və konkretdir: ilk növbədə biz öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tətbiq etməliyik.

Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi də xüsusi çəkiyə malikdir. Biz heç kimin işinə qarışmırıq, öz işimizlə məşğuluq. Kim bizə müraciət edir çalışırıq ki, o müraciətləri cavabsız qoymayaq.

Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir.  Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir. Çünki dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb. 

Bu amillərin kompleks şəkildə nəzərə alınması və xarici siyasətimizin əsas xətti kimi inkişaf etdirilməsi Azərbaycanın yeni dünya düzənindəki yerini tutmasında mühüm rol oynayacaq. Prezident İlham Əliyev bu kursun uğurlu olacağına əmindir: "Bizim siyasətimiz artıq bunu göstərir və yenə də deyirəm, bu işə bizim töhfəmiz əhəmiyyətli olacaq".


Dünya Azərbaycanı necə görür?

 

Ölkə rəhbərinin ilin əvvəlində verdiyi müsahibəsində vurğuladığı bu məqamın üzərinə təsadüfən gəlmədik. Azərbaycanın artan çəkisini və beynəlxalq nüfuzunun yüksəlməsini təkcə yerli ictimai rəy deyil, həm də beynəlxalq dairələr, ayrı-ayrı dövlətlərin ekspertləri, politoloji mərkəzlər və aydındır ki, media orqanları diqqətlə izləyirlər. Davos İqtisadi Forumu çərçivəsində Çinin nüfuzlu CGTN telekanalının dövlətimizin başçısından müsahibə alması və Azərbaycan liderinə verilən sualların əksəriyyətinin məhz ölkəmizin dünyadakı roluna, dinamik və effektiv xarici siyasətinə aid olması söylənənlərin, son illərdə respublikada aparılan uğurlu işlərin mübahisəsiz sübutudur. 

Nəzərə almaq lazımdır ki, Çin dünyanın supergüc mərkəzlərindən birinə çevrilməklə yeni iqtisadi mərkəz rolunu oynayır. Müasir iqtisadi trendlər, o cümlədən IV Sənaye İnqilabının simvolu olan süni intellekt sahəsində dünya liderlərindən biri olan dövlətin Şərqdən Qərbə uzanan qlobal ticarət yolunun mühüm bəndi kimi çıxış edən Azərbaycanda gedən proseslərə, ələlxüsus da ölkəmizin beynəlxalq aləmdəki pozitiv nüfuzuna önəm verməsi rəsmi Bakının müasir qlobal dünya səhnəsində oynadığı rolun əks-sədasıdır. Telekanal aparıcısının "Çoxqütblü dünyada biz öz arzularımızı və planlarımızı necə görürük? Əminəm ki, daimi dəyişikliklər baş verir, ancaq təməl aspektlər də var. Siz bu məsələləri necə görürsünüz?" sualı Prezident İlham Əliyevin geniş- spektrli qlobal problemlərə dair mövqeyinə beynəlxalq ictimai rəydə necə dəyər verildiyinin bariz göstəricisidir. Dövlət başçısı qeyd etdi ki, ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik: "Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş qətnamələr sadəcə kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var". 

Çin telekanalının "Sizcə çoxqütblü dünyada Azərbaycanın yeri haradadır?" sualı isə, əslində, beynəlxalq birliyin yeni nizamda Azərbaycanın özünəməxsus maraqlarına, yerinə və roluna xüsusi diqqətinin təzahürü idi. Prezident İlham Əliyev bildirdi ki, biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq: "Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz".

Müsahibədə Çin-Azərbaycan münasibətlərinə toxunuldu. Bildirildi ki, ötən il iki dövlət arasında strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, qarşılıqlı əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir. Azərbaycan təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığını genişləndirmək niyyətindədir.

Dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatı barədə danışdı,  təhlükəsizlik, ticarət, iqtisadi inkişaf baxımından Qlobal Cənubla bağlı olan müzakirələrə də münasibət bildirdi. Xüsusi vurğulandı ki, Şanxay Əməkdaşlıq Təşkilatına ölkəmizin statusu dialoq üzrə tərəfdaşlıqdır. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, istənilən təşkilata qoşulmaq siyasi addımdır, lakin həmin iqtisadiyyat ölkələri daha da birləşdirən praktiki infrastruktur layihələri ilə dəstəklənməlidir: "Qlobal Cənubun bir hissəsi olaraq biz Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq bizim ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Çünki COP29-a evsahibliyi edən ölkə kimi biz gördük ki, iqlim məsələlərinə gəldikdə hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir".

 Müsahibədə bir fikir xüsusi vurğulandı: Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq və diktə etməyə israrlıdırlar və bu, təbii olaraq müqavimətə gətirib çıxarır. 


Dünyanın qlobal problemləri və Azərbaycan


Çin telekanalı əməkdaşının müsahibə zamanı Azərbaycan liderinə verdiyi suallarda toxunduğu mövzular Prezident İlham Əliyevin fikir və qənaətlərinin hansı səviyyədə dəyərləndirilməsi ilə bağlı idi. Sualların mövzularına diqqət yetirək: Çoxqütblü dünya, Çinin dünyadakı yeri və rolu, Şanxay Əməkdaşlıq Təşkilatı, Çinin iqtisadiyyatı, qlobal iqlim dəyişikliyi və yaxınlaşan ekoloji fəlakətin önlənməsi, "yaşıl gündəm", Vaşinqtonda administrasiya dəyişikliyi və Donald Trampın hakimiyyətə gəlməsi, Çin-ABŞ münasibətləri, qlobal ticarət yolları və s. Bu mövzulara nəinki münasibət bildirən, eyni zamanda fikirlərinə Çin kimi ölkədə diqqətlə önəm verilən siyasi liderin təmsil etdiyi Azərbaycan dünya birliyinin sadə üzvlərindən ola bilməz. Əgər Çinin ictimai rəyi üçün Azərbaycanın liderinin Pekinin iqtisadi vəziyyəti barədə fikirləri bu qədər önəmlidirsə, bu həm də dövlətimizin və xalqımızın beynəlxalq aləmdəki yeri və nüfuzunun göstəricisidir. 

Hələ ermənipərəstliyi ilə seçilən və Azərbaycana qarşı qərəzli mövqeyi ilə hətta sıravi azərbaycanlının hiddətinə səbəb olan Bayden administrasiyasının hakimiyyəti dövründə, bir çox dövlət başçısının Donald Trampın qələbə ehtimalına dair fikir bildirməyə risk etməməsi reallığında Prezident İlham Əliyevin qəti mövqe sərgiləməsi uzaq Çin auditoriyasının diqqətindən yayınmayıb. 

Çinin aparıcı telekanallarından birinin Azərbaycanın xarici siyasətini "proaktiv" kimi qiymətləndirməsi rəsmi Bakının beynəlxalq aləmdəki rolunun regiondan uzaq Çində də marağa səbəb olduğunu göstərir. Bakının bir tərəfdən Çinlə dərinləşən iqtisadi əməkdaşlığı, digər tərəfdən Cənubi Qafqaz vasitəsilə türk dünyasının iqtisadi və siyasi birliyinə nail olma yolundakı təşəbbüsləri, eyni zamanda müsəlman dünyası ilə ənənəvi münasibətlər fonunda Avropa Birliyinin 10 dövləti ilə əlaqələri strateji səviyyəyə qaldırması mövzuları sözügedən müsahibədə toxunulan məsələlərin bir qismini təşkil edir.

Həqiqətən də, Azərbaycanın bu yaxınlarda islam dünyasının nüfuzlu və elitar birliyi - D-8-ə üzv qəbul edilməsi, eyni zamanda qardaşlıq bağlarına əsaslanan türk birliyindəki əlahiddə rolu, iqtisadi sahədə sərmayə cəlb edən dövlətdən sərmayə yatıran statusuna keçid etməsi, Avropanın enerji təhlükəsizliyi arxitekturasındakı artan rolu, dənizaşırı ərazilərin neokolonializmdən azad olunması mübarizəsinə verdiyi mənəvi dəstək, xalqımıza qarşı qərəz və düşmən mövqeyində durmuş Ermənistan və onun havadarları ilə uğurlu mübarizəsi, dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatı kimi iri platformada söz sahibi olması Azərbaycan barədə dünya ictimaiyyətində formalaşan rəyin əsasını təşkil edən mühüm faktorlardır.

Bütün bunlar Prezident İlham Əliyevin məharətlə həyata keçirdiyi diplomatiyanın nəticələridir və bu baxımdan Azərbaycan liderinə olan beynəlxalq maraq təsadüfi sayılmamalıdır.


Müsahibənin son sualı


Çin telekanalı aparıcısının Azərbaycan Prezidentinə son sualı liderliklə bağlı oldu. Xüsusi vurğulandı ki, ölkəniz çox güclü təməl üzərində dayanıb. Bu, təkcə özünüz barədə yox, bu gün olan liderlik haqqında nəyi bildirir? Xüsusilə bütün bu dəyişikliklərin baş verdiyi bir vaxtda Prezident İlham Əliyev dedi: "Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır... Lakin bizə gəldikdə, iyirmi ildən artıq müddət ərzində mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma "biz ədaləti bərpa edəcəyik" söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik".

Güclü liderlər tarixboyu həmişə diqqət mərkəzində olublar. Bu isə həm də güclü dövlət deməkdir. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniyanın Baş nazirinə müraciət ünvanlayıblar  

13:21
25 Mart

Bu gün Belarus Prezidentinin andiçmə mərasimi keçiriləcək

13:01
25 Mart

Sabah paytaxtda 15, bəzi bölgələrdə isə 18 dərəcə isti olacaq

12:47
25 Mart

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Moskvada təntənəli iftar mərasimi təşkil edib

12:33
25 Mart

Aleksandr Lukaşenko: Belarusla Azərbaycan arasındakı xoşniyyətli münasibətlər ikitərəfli əlaqələrin bundan sonra da genişlənməsinə kömək edəcək

11:51
25 Mart

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

11:29
25 Mart

Dünya bazarında Azərbaycan nefti bahalaşıb

11:28
25 Mart

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

11:15
25 Mart

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

11:06
25 Mart

Baş prokuror Kamran Əliyev Vyetnamda bir sıra görüşlər keçirib

10:41
25 Mart

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür

10:22
25 Mart

Fransada dəmiryolçular tətilə hazırlaşırlar

09:57
25 Mart

Agentlik: Dünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb

09:17
25 Mart

Serbiyada dəmiryolu vağzalındakı qəzada ölənlərin sayı 16-ya çatıb

09:01
25 Mart

Tramp: Ukrayna ilə faydalı qazıntılar üzrə saziş tezliklə imzalanacaq  

08:15
25 Mart

BMT-də Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb  

23:36
24 Mart

Ər-Riyadda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub

21:55
24 Mart

Ərdoğan: Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik

21:12
24 Mart

Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub  

20:41
24 Mart

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib

19:44
24 Mart

Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb

18:14
24 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!