07 Fevral 2025 08:00
2455
SİYASƏT
A- A+
FƏRQLİ LİDER, SÖZÜNÜN SAHİBİ

FƏRQLİ LİDER, SÖZÜNÜN SAHİBİ


Xalqlar da insanlar kimidir...

Daim inkişaf edir, çətinliklərlə rastlaşır, uğurlar qazanır,  müəyyən sınaqlardan çıxırlar.

Əslində, xalq hər hansı bir  ərazidə yaşayan,  eyni etnik xüsusiyyətlərə malik  insanlar toplusudur.

Hər bir inkişaf mərhələsində insanlar arasında  fərqlənənlər, seçilənlər olur.

Sonra bu seçilənlər seçilmişlərə, liderlərə, sərkərdələrə və rəhbərlərə çevrilirlər.

Həmin lider və rəhbərlər xalqların, yaradılan dövlətin  inkişafında  xüsusi işlər görür, inkişafı sürətləndirir, həllolunmaz görünən problemləri həll edir, yeni səviyyəyə yüksəltdikləri xalqların  sevimlisinə çevrilirlər.

Belə lider və rəhbər digər xalqlar və dövlətlər tərəfindən də qəbul olunur, hörmətlə qarşılanır, dünyada daha aydın  görünənlərə və fərqlənənlərə - regional və qlobal liderlərə çevrilirlər!

***

İlham  Əliyev ağır daşları tərpətməyi  bacaran liderdir!

İlham Əliyev  həm də  ağır daşların tərpənməsindən yaranan təlatümlərin qarşısını almağı bacaran liderdir!

İlham Əliyev  nəyi nə vaxt və necə etməyi də dəqiq hesablayan və icra edən liderdir!

* Liderlik təkcə öyrənmə, tərbiyə yolu ilə yaranmır...

* Liderlik, əslində, xarakterdir, xüsusi bacarıq və istedaddır!

* Liderlik  vergidir, xarizmadır!

İlham Əliyev  2003-cü ildə  birinci dəfə Azərbaycanın Prezidenti seçiləndə ölkədə kifayət qədər həllini gözləyən problemlər mövcud idi...

Ulu Öndər Heydər Əliyev qurtuluş missiyasını  şərəflə yerinə yetirərək bir çox həlli  müşkül məsələni  yoluna qoymuşdu: 

* Ən əvvəl, Azərbaycanı  bir dövlət kimi parçalanmadan,  məhvolmadan qurtarmışdı.

* İki dəfə - 4 oktyabr 1994-cü ildə və 13-18 mart 1995-ci ildə  dövlət çevrilişlərinə cəhdlərin  qarşısını almış, ölkədə möhkəm və dönməz sabitlik yaratmışdı.

* Əhalidəki  külli miqdarda silah-sursat  toplanmış,  "hərbi müxalifət" ləğv edilmişdi.

* 1994-cü ilin  yanvarında Horadiz əməliyyatı keçirilərək  Horadiz qəsəbəsi daxil  20-dən çox yaşayış məntəqəsi düşmən işğalından  azad olunmuşdu.

* "Əsrin müqaviləsi"  imzalanaraq Azərbaycanın gələcək iqtisadi inkişafının təməli qoyulmuşdur.

* Dövlət əmlakının  özəlləşdirilməsinə dair  iki dövlət proqramı icra edilərək sərbəst bazar iqtisadiyyatına keçid təmin olunmuşdu.

Lakin  həlli zaman və vəsait tələb edən  xeyli problem də mövcud idi.

* ATƏT-in Minsk qrupu sülh danışıqları  imitasiyası etdiyindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsi çözülməmiş  qalırdı.

* Məcburi  köçkünlər çox çətin  və ağır şəraiti olan  çadır şəhərciklərində  məskunlaşmışdılar.

* Enerji qıtlığı səbəbindən regionlara elektrik enerjisi böyük fasilələrlə  verilirdi.

* Sahibkarlıq kifayət qədər  inkişaf etməmişdi.

* Yoxsulluq və işsizlik  40-50 faizdən yuxarı idi.

* Azərbaycana qarşı müxtəlif təpkilər və təzyiqlər göstərilirdi.

Bütün bu problemləri  yoluna qoymaqdan ötrü cənab İlham Əliyev qətiyyət və möhkəm iradə ilə işə başladı: 

* Regionların inkişafına dair 4 dövlət proqramı hazırlanaraq  uğurla həyata keçirildi.

* Birmənalı şəkildə milli maraqlarımızı təmin edən daxili və xarici siyasət  yeridildi.

* Azərbaycanın nəqliyyat və enerji təhlükəsizliyi  təmin edildi.

* Sülh danışıqlarında dönməz  və qətiyyətli mövqe  nümayiş  etdirildi, Azərbaycanın  maraqlarına uyğun  olmayan  heç bir sənəd  imzalanmadı.

* Öz gücümüz hesabına  Bakı-Tbilisi-Ərzurum qaz kəməri və  Bakı-Tbilisi-Qars dəmir yolu layihələri  reallaşdırılaraq  istifadəyə verildi.

* "Şimal-Cənub", "Şərq-Qərb"  nəqliyyat dəhlizləri işə salındı, Azərbaycan beynəlxalq logistika  mərkəzinə  çevrildi.

* Ölkədə  qazlaşdırma  90  faiz  səviyyəsini keçdi, işsizlik və  yoxsulluq 4-5 faizə endi.

* 116 yaşayış  kompleksi salınaraq məcburi köçkünlərin  yaşayış səviyyəsi xeyli yaxşılaşdırıldı.

* Azərbaycanın beynəlxalq mövqeyi xeyli möhkəmləndirildi, siyasi nüfuzu əhəmiyyətli dərəcədə artırıldı.

Bütün bunlarla bərabər, Prezident İlham Əliyev Qarabağ probleminin həllini bir an belə  diqqətdən kənarda  qoymadı.

Düşmənə dəfələrlə  sərt və qəti  xəbərdarlığını etdi:

* Biz bir qarış  torpağımızın belə düşmən əlində  qalmasına yol verməyəcəyik!

* Biz Azərbaycan ərazisində ikinci erməni  dövlətinin yaradılmasına imkan verməyəcəyik!

* Biz lazım gəlsə, münaqişəni hərbi yolla həll edəcəyik!

Bütün bu  xəbərdarlıqlar  adi sözlər deyildi, arxasında  gərgin və əməli işlər  dayanırdı:

İlham Əliyev Azərbaycanın sürətli və davamlı inkişafını təmin edərək tarixinin ən qüdrətli dövlətini yaratdı.

* İdmanı yüksək səviyyəyə qaldıraraq yeni - mənəvi cəhətdən zəngin, vətənpərvər gənc nəsil yetişdirdi.

* Azərbaycan xalqının indiyədək  görünməmiş milli birliyinə  nail oldu.

Prezident İlham Əliyev Azərbaycanı davamlı və sürətli şəkildə  inkişaf etdirmək, ölkəmizin dünya birliyində layiqli yer tutmasına nail olmaqla  yanaşı, baş problemimizin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin uğurlu  həllini də bir an belə unutmurdu.

BU MƏQSƏDLƏ:

* Güclü ordu yaradaraq onu ən müasir silahlarla, strategiya və taktika ilə təmin etdi.

* Dünyanın tanınmış hərbi məktəblərində  müasir biliklərə yiyələnmiş zabit kadrları yetişdirdi.

* Xüsusi təyinatlılar, Komando qüvvələri hazırlayaraq onların müntəzəm  təlimlər keçirməklə  peşəkarlıqlarını yüksəltdi.

* 2016-cı ilin  dördgünlük Aprel döyüşlərində yeni yaratdığı ordunun  qüdrətini göstərməklə düşmənə son xəbərdarlığını etdi.

* Ermənistanın baş naziri Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə"  sayıqlamasına "dəmir yumruq"la cavab verərək Qarabağın və Şərqi Zəngəzurun  məhz Azərbaycana  məxsus olduğunu sübuta yetirdi.

***

44 günlük  Zəfər müharibəsi  İlham Əliyevin fərqli liderliyi ilə yanaşı, böyük sərkərdə  məharətini də nümayiş etdirdi:

* İlham  Əliyev  XXI  əsrin müharibələr tarixində  yeni səhifə açdı.

* İlham Əliyev yeni taktika və strategiyaya əsaslanan müasir  müharibə  nümunəsi ortaya qoydu və  dünyanın ən güclü dövlətləri belə  bu müharibədən öyrənərək öz ordularında  zəruri islahatlar apardılar.

* İlham Əliyev diplomatiya cəbhəsində də qalib gələrək hərbi əməliyyatlar dövründə  bütün təsir və təzyiq cəhdlərinə sinə gərdi, Ermənistan öz qoşunlarının Azərbaycan ərazisindən  çıxarılması qrafikini təqdim etməyənədək  müharibəni  dayandırmadı.

* İlham Əliyev informasiya müharibəsinin yeganə qalib qəhrəmanına çevrildi, dünya  KİV-i, o cümlədən informasiya agentlikləri və televiziya kanallarına 30-dan artıq müsahibə verərək feyk xəbərləri ifşa etdi,  Azərbaycana şər-böhtan atmaq niyyətində olanları yerlərində oturtdu,  bu sahədə də fərqli liderlik xüsusiyyətlərini nümayiş etdirdi.

* İlham Əliyev 44 günlük Zəfər müharibəsini  qələbə ilə başa çatdırdıqdan, düşməni kapitulyasiya aktını imzalamağa  vadar etdikdən sonra çox böyük müdriklik, uzaqgörənlik və  dönməz iradəsi sayəsində Azərbaycanın ərazi bütövlüyünü, dövlət suverenliyini və Konstitusiya əsaslarını da bərpa etdi.

Atdığı  bütün addımlarda  Azərbaycanın dövlət mənafeyini, Azərbaycan xalqının milli maraqlarını  daim  uca tutaraq  onların sonadək həyata keçirilməsinə nail oldu!

***

İlham Əliyevin qlobal liderliyinin təsdiqinə çevrilən  çoxsaylı faktlar da mövcuddur!

Onların  bir qismini diqqətə çəkirik:

* 155  dövlətin dəstəyi ilə Azərbaycan  2012-ci ildə BMT Təhlükəsizlik  Şurasının qeyri-daimi üzvü seçiləndən sonrakı  iki il ərzində cənab İlham Əliyev qurumun iclaslarına uğurla rəhbərlik etdi, həmin dövrdə bir sıra faydalı  və səmərəli qərarların qəbuluna nail oldu.

* Qoşulmama Hərəkatına  rəhbərliyi dövründə İlham  Əliyevin atdığı qətiyyətli addımlar, xüsusən  COVID19-un  tüğyan etdiyi dövrdə  "vaksin millətçiliyi"ni ifşa etməklə inkişaf etməkdə olan  dövlətlərə verdiyi cəsarətli dəstək onun  beynəlxalq nüfuzunu daha da artırdı, Azərbaycanın bu quruma rəhbərliyi daha iki il uzadıldı.

* Türk Dövlətləri Təşkilatının  fəaliyyətinin canlanmasına, qurumun  səmərəliliyinin artmasına  cənab İlham Əliyevin verdiyi töhfələr hamı tərəfindən etiraf olunur.

* Bir sıra transmilli  layihələrin uğurla gerçəkləşdirilməsi  sayəsində  Orta dəhlizin yaradılması İlham Əliyevin dünyaya bəxş etdiyi ən dəyərli töhfələrdən sayılır.

* I Avropa Oyunlarının, habelə IV  İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsi İlham Əliyevin dünya idmanına, habelə dövlətlərin səmimi əməkdaşlığına dəyərli hədiyyəsi olmuşdur.

* İlham Əliyevin təşəbbüsü və zamanında atdığı addımlar sayəsində  "Cənub qaz dəhlizi" işə salınmışdır və bu gün Azərbaycan  12 dövlətə mavi yanacaq ixrac edir.

* İlham Əliyevin artan beynəlxalq nüfuzu sayəsində  Azərbaycanın  BRİKS-lə və  D8-lə əməkdaşlığa başlaması ölkəmizə böyük siyasi və iqtisadi dividendlər  gətirəcəkdir.

* Məhz İlham Əliyevin beynəlxalq hörmət və nüfuzu, habelə yüksək təşkilatçılıq  bacarığı hesabına dünyanın ən böyük tədbiri sayılan  COP29-un ölkəmizdə keçirilməsi, bir sıra mühüm qərarların qəbulu həm də  gücümüzün və imkanlarımızın  nümayişinə çevrildi.

Bu gün İlham Əliyev bütün dünyada yeni tipli lider, müdrik və uzaqgörən siyasətçi, mahir diplomat, rəhbərlik etdiyi dövlətdə separatizmin kökünü tamamilə  və birdəfəlik kəsən qətiyyətli Sərkərdə kimi  qəbul olunaraq sevilir.

Onun  fəaliyyətinə tanınmış siyasi və dövlət xadimlərinin bir neçəsinin verdikləri qiyməti diqqətə çəkirik:

SERBİYA PREZİDENTİ ALEKSANDAR  VUÇİÇ: "İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm, mən bir az paxıllıq edirəm. Onlar mənə yalnız Kosovo ilə bağlı məsələ olanda, Kosovo ilə bağlı nəyə isə ehtiyacları olanda, məni təhdid etmək üçün zəng vururlar. Lakin Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər".

"Prezident Əliyev və Azərbaycan təkcə bizə münasibətdə yox, hər kəsə münasibətdə etibarlı tərəfdaşdır".

"Onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir".

MACARISTANIN  BAŞ  NAZİRİ  VİKTOR ORBAN: "Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm".

GÜRCÜSTANIN  BAŞ  NAZİRİ İRAKLİ KOBAXİDZE: "Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur". 

Bu gün Cənubi Qafqazın dünya üçün faydalı sülh və əməkdaşlıq məkanına çevrilməsində Azərbaycan Prezidentinin xidmətləri  ölçüyəgəlməz dərəcədə möhtəşəmdir.

Azərbaycana rəhbərliyi dövründə  İlham Əliyevin ölkəmiz, habelə dünya üçün etdikləri  faydalı və dəyərli işlər  siyasətdə və idarəçilikdə şəxsiyyət faktorunun necə mühüm əhəmiyyət daşıdığına da əyani nümunədir.

***

Dövlətə rəhbərlik edən hər bir şəxs  lider səviyyəsinə yüksələ bilmir.

Çünki liderlik  başqa xüsusiyyətlər və tələblər daşıyıcısı olur.

Həqiqi lider ilk olaraq  xalqı tərəfindən sevilir və qəbul edilir.

Həqiqi lider  həm də dünya tərəfindən, dünya liderləri tərəfindən qəbul və etiraf olunur.

Lider təkcə dövləti inkişaf etdirən və təlatümlərdən  qoruyan deyil...

Həqiqi və fərqli liderlər həm də  yeni reallıqlar yaradanlardır!

Ulu  Öndər Heydər Əliyev  qurtuluş missiyasını  yerinə yetirərək təkcə Azərbaycanı bir dövlət kimi  məhvolmadan,  parçalanmadan xilas etmədi...

O həm də müasir Azərbaycan dövlətinin  yaradıcısı, qurucusu və memarı kimi  xalqın şərəf salnaməsinə  öz adını əbədi həkk etdirdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə tarixinin ən qüdrətli Azərbaycanını yaratmadı...

O həm də Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa və təmin edərək Azərbaycanı qalib dövlətə, Azərbaycan xalqını isə qalib xalqa çevirdi.

Üstəlik, Cənubi Qafqazda  yeni reallıqlar yaratdı.

Budur əsl Liderlik!

Budur fərqli Liderlik! 



Bəxtiyar SADIQOV 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalq artisti Ənvər Həsənov vəfat edib

22:31
16 Mart

Ölkə ərazisində havanın temperaturu 31 dərəcəyə yüksələcək

22:01
16 Mart

Nazirlik: Ermənistan silahlı qüvvələri növbəti dəfə mövqelərimizi atəşə tutub  

21:43
16 Mart

Misli Premyer Liqasında XXVII tura yekun vurulub

21:09
16 Mart

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub 

20:53
16 Mart

Ərdoğan ilə Tramp Suriya, Ukrayna və terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər

20:47
16 Mart

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb

20:38
16 Mart

Novruz- Milli, tarixi və mədəni ənənəmiz 

19:06
16 Mart

İstanbulda fəaliyyətə başlayan “Bütün Azərbaycanlı Həkimlər Dərnəyi”nin ilk toplantısı keçirilib  

18:59
16 Mart

Şimali Makedoniyadakı faciədə ölənlərin sayı 59-a çatıb

18:49
16 Mart

DGK: Külli miqdarda narkotik vasitə aşkarlanıb

18:34
16 Mart

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib  

18:10
16 Mart

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16:20
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:21
16 Mart

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

14:16
16 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

13:41
16 Mart

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

12:29
16 Mart

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

12:14
16 Mart

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb  

12:08
16 Mart

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb  

11:07
16 Mart

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

10:15
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!