09 Fevral 2025 08:00
2636
İQTİSADİYYAT
A- A+
"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"

"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"


İqtisadi zonaların fəaliyyətinin genişlənməsi Prezident İlham Əliyevin bu hədəfinin reallaşmasından xəbər verir


Azərbaycanda yeni iqtisadi modelin formalaşması  illər öncə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Müstəqilliyin ilk illərində diqqətin əsasən neft sektoruna yönəldilməsi isə bu sahənin gəlirləri hesabına digər sahələrin inkişafına nail olmaq idi. Çünki neftin qiymətinə, necə deyərlər, bel bağlamaq olmazdı. Ona görə də reallığı nəzərə alaraq qeyri-neft sektorunu inkişaf etdirmək üçün qolları  çırmalayıb işə başlamaq lazım idi.

2011-ci ildən Prezident İlham Əliyevin sərəncamı ilə  sənaye parkları və sənaye məhəllələrinin yaradılması həmin zərurətdən doğurdu. Hazırda Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi var. Bütövlükdə sənaye zonası statusu altında birləşən həmin park və məhəllələr bu gün Azərbaycan iqtisadiyyatının, xüsusən qeyri-neft sektorunun  davamlı inkişafının təmin edilməsi, yerli və xarici investorlar üçün əlverişli şəraitin yaradılması, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsulları istehsalının artırılmasında sanballı paya malikdirlər. Yeri gəlmişkən qeyd edək ki, hər hansı ərazidə sənaye parkları və məhəllələri yaradılarkən oranın infrastruktur və bazar imkanları təhlil olunur. Odur ki, zonaların yaradılması həm də bölgələrin iqtisadiyyatının inkişafına təkan verir. Onu da bildirək ki, sənaye park və məhəllələrində yaradılan infrastruktur və güzəşt-dəstək sxemləri dünya praktikasına uyğundur. 

Bu səbəbdən ötən 13 ildə həmin sənaye subyektlərində məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamikanın müşahidə olunması təbiidir. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA)  məlumatına görə, təkcə 2024-cü ildə sənaye zonalarının bütünlükdə ölkə üzrə qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,6, ixracında 26 faiz təşkil edib.  Bu il İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Həmin bu müəssisələr innovativ inşaat materiallarının, tütün məmulatlarının, yük avtomobillərinin və s. məhsulların istehsalı ilə məşğul olacaqlar. Fəaliyyətə başlayacaq müəssisələr tərəfindən təqribən 1000-ə yaxın daimi iş yerinin yaradılması planlaşdırılır. Əlavə edək ki, ötən il sənaye zonalarında yeni fəaliyyətə başlayan 10 müəssisəyə ümumilikdə 48,6 milyon manat investisiya yatırılıb, 389 daimi iş yeri yaradılıb. 

İZİA-nın idarə heyətinin sədri Seymur Adıgözəlov bu günlər keçirdiyi mətbuat konfransında bildirmişdir ki, ümumilikdə ölkə üzrə sənaye zonalarında investisiya portfeli 7,9 milyard manat olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manat investisiya yatırılıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10700-dən artıq daimi iş yeri yaradılıb. Həmçinin növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 1 milyard manatdan çox investisiyanın yatırılması, 8000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. 

Qarabağın və Şərqi Zəngəzurun bərpası, dirçəldilməsi və sənaye potensialının inkişafı üçün yaradılan  Ağdam Sənaye Parkı və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına investorların cəlb edilməsi, yeni müəssisələrin yaradılması istiqamətində işlər bu gün də davam edir. Seymur Adıgözəlov mətbuat konfransında bu barədə demişdir: "İndiyədək Ağdam Sənaye Parkında 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən sənaye parkına 276 milyon manatdan çox investisiya yatırılması və 2400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sahibkarlar tərəfindən Sənaye Parkında görülmüş işlərə 107 milyon manatdan çox investisiya yatırılıb, 457 daimi iş yeri yaradılıb. İşəgötürmə prosesində Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının  isə 16 rezidenti və 2 qeyri-rezidenti var. Parkdakı müəssisələrə ümumilikdə 130 milyon manatdan çox investisiyanın yatırılması, 1800-dən çox daimi iş yerinin yaradılması gözlənilir. Bu günədək sözügedən parkda görülmüş işlərə rezidentlər 29,6 milyon manatdan çox investisiya yatırıb, 100-ə yaxın daimi iş yeri yaradıblar". 

Sənaye zonalarında istehsal olunan məhsulların satışına gəldikdə, 2015-ci ildən 2024-cü il də daxil olmaqla sənaye subyektlərində 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib. Bunun 4,9 milyard manatlığı ixrac edilib. Təkcə 2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq satış olub ki, onun da 1 milyard manatlığı ixrac olunub. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir.

Prezident İlham Əliyev dəfələrlə demişdir ki, Azərbaycanın gələcəyi şaxələndirilmiş iqtisadiyyata bağlıdır: "Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük. Təbii resurslarımız bizim üçün sadəcə olaraq bir vasitədir ki, ölkəmizi hərtərəfli şəkildə inkişaf etdirək və güclü qeyri-neft iqtisadiyyatı yaradaq". Bu gün qeyri-neft sektorunda həyata keçirilən məqsədyönlü islahatlar, yeni mexanizmlərin tətbiqi, rəqabətqabiliyyətli və innovativ sənaye məhsulları istehsalı müəssisələrinın yaradılması məhz həmin hədəfin reallaşmasına xidmət edir. 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib

08:35
03 Mart

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

08:30
03 Mart

Rəqəmsal dünyanın kibertəhlükə bəlası

08:25
03 Mart

Ərazi iddiaları olan yerdə sülh mümkün deyil

08:20
03 Mart

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

08:15
03 Mart

Azərbaycanın sabitlik və sülh modeli

08:10
03 Mart

Azəbaycanın BMT zirvəsi

08:05
03 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
03 Mart

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!