16 Mart 2025 08:45
377
İQTİSADİYYAT
A- A+
Kəndlinin yeni ili bahardan başlayır

Kəndlinin yeni ili bahardan başlayır


Tovuzlu fermerlər bu fəsildə həmçinin köhnə ilin yekunlarını götür-qoy edirlər


Bölgələrdə əhalinin əsas gəlir mənbəyi olan aqrar sahənin inkişafı üçün ardıcıl və əməli tədbirlər görülür. Bu baxımdan iri kənd təsərrüfatı rayonu olan Tovuz da istisna deyil. Tovuz fermerlərinin bu gün qarşısında duran əsas vəzifə ənənəvi sahələr olan taxılçılıq, kartofçuluq, üzümçülük və heyvandarlığın inkişafını sürətləndirməkdir.

Ümumiyyətlə, rayonda aqrar sektorun strateji sahələrindən olan taxılçılığa xüsusi diqqət verilir. Bu məqsədlə hər il əkin sahələrini artırmaq, daha çox taxıl istehsalına nail olmaq üçün bütün qüvvələr səfərbərliyə alınır. Keçən il də əvvəlki ildən çox, yəni 14137 hektar sahədə taxıl əkilmişdir. Əkilmiş sahənin 11902 hektarı payızlıq buğda, 2235 hektarı payızlıq arpa olmuş, hər hektardan 33,3 sentner olmaqla 41199 ton məhsul götürülmüşdür. 

Kənd təsərrüfatının digər sahələrində də yüksək göstəricilərə nail olunmuşdur. Götürək kartofçuluğu. Ölkəmizdə Gədəbəydən sonra ikinci ən çox kartof istehsalçısı olan Tovuzda ötən mövsüm 5496 hektar sahənin hər hektarından 298,6 sentner olmaqla 164083 ton məhsul yığılmışdır. Bundan başqa, ötən il rayon üzrə 24,4 min ton tərəvəz, 780,2 ton bostan, 87 min ton çuğundur, 4,4 ton tütün, 11,7 min ton yazlıq qarğıdalı, 30,4 min ton üzüm, 24,5 min ton meyvə və giləmeyvə toplanmışdır. 

Məlum olduğu kimi, ölkə başçısının 27 noyabr 2017-ci il tarixli sərəncamı ilə 2018-2025-ci illərdə Azərbaycan Respublikasında baramaçılığın inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir. Rayon kümçüləri bu sənəddən irəli gələn vəzifələrin icrası üçün bir sıra tədbirlər həyata keçirmişlər. Nəticədə təkcə ötən mövsüm 54 kümçü tərəfindən 3867,60 kiloqram yaş barama istehsal olunaraq "Azəripək" MMC-yə təhvil verilmişdir. 

Bir neçə fakt da bu gün daha çox haqqında söhbət gedən heyvandarlıq barədə. Öncə onu qeyd edək ki, Tovuz heyvandarlığın inkişafı sahəsində həmişə yüksək göstəricilərə nail olmuşdur. Bu ənənə az-çox indi də davam edir. Keçən ilin əvvəlinə olan məlumata görə, rayon üzrə qaramalın baş sayı 41 min, qoyun və keçilərinki 164 min olmuşdur. Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də çoxsaylı tədbirlər görülür. Keçən il 4 süni mayalanma mütəxəssisi tərəfindən 598 baş inəkdə mayalanma aparılmış, 348 baş sağlam buzov alınmışdır. 

Tovuzlu heyvandarlar çalışırlar ki, bu sahənin alimləri ilə əməkdaşlıqlarını genişləndirsinlər. Elə bu məqsədlə keçən il Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun əməkdaşları və rayonda fəaliyyət göstərən fermerlər Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda keçirilən seminarlara qatılmış və öyrəndikləri yenilikləri təsərrüfatlarında tətbiq etmişlər. Səmərəsi gözlənildiyindən də yaxşı olmuşdur.

 

 Sabir ƏLİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Novruz- Milli, tarixi və mədəni ənənəmiz 

19:06
16 Mart

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib  

18:10
16 Mart

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16:20
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:21
16 Mart

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

14:16
16 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

13:41
16 Mart

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

12:29
16 Mart

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

12:14
16 Mart

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb  

12:08
16 Mart

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb  

11:07
16 Mart

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

10:15
16 Mart

Bilmək istəyirəm

09:30
16 Mart

Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır 

09:25
16 Mart

Zəfər estafeti

09:20
16 Mart

Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək

09:15
16 Mart

"Cənub qaz dəhlizi"nin birləşdirici halqası

09:10
16 Mart

Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb

09:05
16 Mart

Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir

09:00
16 Mart

Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli

08:55
16 Mart

Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür

08:50
16 Mart

Kəndlinin yeni ili bahardan başlayır

08:45
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!