Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbirdə ADAU-nun rektoru Zəfər Qurbanov, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Mahirə Hüseynova və Pərvin Kərimzadə, ADAU-nun prorektoru, professor Mahirə Hüseynova, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, eləcə də universitetin professor-müəllim heyəti və fəal gənclər iştirak etmişlər.
"Dəyirmi masa"nı giriş sözü ilə universitetin rektoru Zəfər Qurbanov açaraq Qərbi Azərbaycana qayıdışın milli kimliyimizin, tarixi yaddaşımızın qorunması və ədalətin bərpası baxımından strateji əhəmiyyət daşıdığını diqqətə çatdırmış və qeyd etmişdir ki, dövlətimiz bu məsələyə xüsusi önəm verir.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı da çıxışında Qərbi Azərbaycana qayıdışın təkcə siyasi deyil, eyni zamanda tarixi ədalətin bərpası baxımından əhəmiyyətini diqqətə çatdırmışdır. Tədbirdə çıxış edən Mahirə Hüseynova isə Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsinin bizim əsas vəzifələrimizdən biri olduğunu qeyd etmişdir. YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov da tədbirin əhəmiyyətindən danışmış, Qərbi Azərbaycana qayıdışın xalqımız üçün milli hədəf olduğunu bildirmişdir. Milli Məclisin deputatı Pərvin Kərimzadə isə görüşlə bağlı fikirlərini bölüşərək Qərbi Azərbaycana qayıdış ideyasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır.
"Dəyirmi masa"da iştirak edən ADAU-nun kafedra müdirləri Aynur Həsənova və Zahir Ələsgərov, AMEA Gəncə bölməsinin rəhbəri Əlimuxtar Muxtarov çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirmişlər.
Sonda Mahirə Hüseynova özünün "Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik-etimoloji təhlili" və "XX əsrdə Dərələyəzdə Urbisid və Etnosid aktları" adlı kitablarını tədbir iştirakçılarına təqdim etmişdir.
S.YUNİSOĞLU,
"Azərbaycan"
Novruz- Milli, tarixi və mədəni ənənəmiz
Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır
Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar
“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb
ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb
Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb
Bilmək istəyirəm
Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır
Zəfər estafeti
Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək
"Cənub qaz dəhlizi"nin birləşdirici halqası
Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb
Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir
Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli
Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür
Kəndlinin yeni ili bahardan başlayır
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!