29 Yanvar 2025 08:00
448
SİYASƏT
A- A+
İndi növbə bizimdir!

İndi növbə bizimdir!


Siz istədiklərinizə çatmışdınız


İnsan arzularının hüdudu olmur!

Arzuların qanadında hər yerə uçmaq, hər şeyə nail olmaq mümkündür!

İnsan həm də maksimalist olur...

Lazım olduğundan, gücünün çatdığından çoxunu əldə etməyə can atır!

Bəzən arzusuna çatır, bəzən də yox!

Bəzən istədiyini əldə edir, bəzən isə əli çatmır.

Bütün bunlar həyatda mümkün olan hallardır.

Uca Tanrıdan asılıdır...

Tanrının da hərdən qəribə işləri olur.

Bəzən insana istədiyindən də çoxunu qismət edir.

Amma sonradan qudurduğunu, ona bəndəlik etmədiyini görəndə başına qapaz salaraq verdiklərinin hamısını əlindən geri alır.

Bütün bu məqamlar rusların "qızıl balığın nağılı" adlı nağıl-əfsanəsində maraqlı formada əksini tapıb.

Ermənilər də son otuz ildə "qızıl balığın nağılı"nı yaşamış oldular.

***

Ermənilərin daha bir qəribə xüsusiyyəti var:

Xəyala dalmağı, uydurmağı, fantaziyalar quraşdırmağı çox sevirlər.

Sonra da xəyallarındakılara, uydurduqlarına, fantaziyalarına özləri də inanırlar.

ÖZLƏRİNİ:

* ən qədim xalq;

* ən mədəni millət;

* xristianlığı birinci qəbul edənlər və s. adlandırırlar.

Dünyanın müxtəlif yerlərində yaşasalar da, əl-ələ verərək özlərinə "qədimlik" yaradırlar, bununla bağlı çoxsaylı kitablar buraxırlar, filmlər çəkirlər, yorulmadan danışırlar.

"Mədəni xalq" deyimini də əsaslandırmaq üçün yenə də eyni üsul və vasitələrdən dayanmadan istifadə edirlər.

"Xristianlığı birinci qəbul etmələri" utopiyası isə dünya xristianları tərəfindən daim təbəssümlə qarşılanır, lətifə kimi qəbul edilir.

Amma bu xalqın "qədim"liyini, "mədəni"liyini sübut edən nə bir ərazi, nə tarixi və mədəniyyət abidələri mövcuddur, nə də ki, arxiv materialları, salnamə yazıları və digər maddi sübutlar.

"Qədim dini məbədləri" özgələrindən oğurlayaraq saxta yolla "xaçqarik"lərini yapışdırdıqları məbədlər, mədəniyyətləri isə başqalarından, xüsusən bizdən oğurladıqları musiqi nümunələri, mətbəx, xalça ornamentləri və digərləridir.

Amma heç zaman ruhdan düşmür, əməllərindən qalmırlar.

Həm də ona görə ki, nəinki ağızlarından vuranları var, əksinə, ruhlandırıb dəstəkləyənləri, müdafiəçiləri və havadarları daha çoxdur.

Odur ki, məqsədlərinə, mənfur niyyətlərinə çatdıqları məqamlar da olur.

***

Bəli, ermənilərin havadarlarından - ilk ağalarından biri sayılan çar Rusiyası onların əlçatmaz arzularını gerçəkləşdirmək, bu yurdsuz, qaraçı tipli millətə dövlət yaratmaq üçün Azərbaycan ərazisini seçdi.

Əslində, bir güllə ilə bir neçə dovşan vurmuş oldu:

Əvvəla, erməniləri özlərinə borclu salaraq "sizə dövlət qurduq" deyib əbədi kölələrinə çevirdilər.

İkincisi, Cənubi Qafqazda Türkiyəyə qarşı bir plasdarm yaratdılar.

Üçüncüsü isə, türk dövlətlərinin quru yolla əlaqələrini kəsərək onların coğrafi birliklərini pozdular, iqtisadi-ticari əlaqələrinə böyük zərbə vurdular.

Çar Rusiyasından sonra sovet Rusiyası da ermənilərə səxavətini dönə-dönə göstərdi.

* "Kürəkçay", "Gülüstan" və "Türkmənçay" müqavilələrinə əsasən, XIX əsrdən etibarən Türkiyədən xəyanətlərinə görə qovulmuşları bizim torpaqlarda yerləşdirdilər.

* İrəvanı bizdən alıb ermənilərə paytaxt etdilər.

* Heç bir ehtiyac olmadan 7 iyul 1923-cü ildə "DQMV" adlı qondarma qurum yaradaraq ərazilərimizdəki ermənilərə muxtariyyət verdilər.

* Daha sonra Stalinin 1947-ci və 1948-ci illərdə verdiyi qərar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlını dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla Azərbaycana deportasiya etdilər.

* Ən nəhayət, 1988-ci ildə Ermənistan SSR ərazisindəki bütün azərbaycanlı əhalini qovaraq monoetnik Ermənistan dövləti yaratdılar.

Baş verənlər təkcə bunlarla bitmədi.

***

Azərbaycanın başına hansı bəlalar gəlibsə, məhz Rusiyanın əli və "müəllifliy"i ilə gəlib.

Hətta sovet dövründə üzdə "xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi prinsipi", ateizm təbliğ edilsə də, mahiyyətdə Ermənistan daim üstün tutulur, onun maraqları təmin olunur, "xristian təəssübkeşliyi" bir an belə unudulmurdu.

"Miatsum" hərəkatı da Moskvanın xeyir-duası, gizli və aşkar dəstəyi, daim ermənilərə arxa-dayaq olması ilə başlamış və sona çatmışdı.

Bir neçə tarixi fakta nəzər salaq.

1988-ci ildə Sumqayıt hadisələri baş verdi və bütün dünya dərhal bundan xəbər tutdu.

Səbəb çox sadə və aydın idi: ermənilərin Azərbaycan torpaqlarının işğalına başlaması üçün "əsaslar" tapılması və beynəlxalq ictimai rəydə "vəhşi azərbaycanlı"lar obrazının yaradılmasıydı.

Bu həm də ermənilərin Azərbaycan ərazilərində soyqırımlarının, mülki əhaliyə qarşı qəddarlıqların, zorakılıqla, vəhşiliklə törədilən deportasiya əməllərinin pərdələnməsinə və bəraət qazandırılmasına xidmət edirdi.

İllərlə çəkən cinayət araşdırmaları və aşkara çıxarılan faktlar sübut etdi ki, Sumqayıt hadisələri Kremlin planları əsasında SSRİ DTK-sı, Xarici Kəşfiyyat İdarəsi tərəfindən hazırlanaraq planlı və ardıcıl qaydada həyata keçirilmiş, irəlicədən operator və fotoqraflar, jurnalistlər Sumqayıta gətirilərək "qırğın ssenarisi"nə uyğun mövqelərdə yerləşdirilmiş, foto və teleçəkilişlər dərhal ittifaq daxilində yayılmış, hətta beynəlxalq mediaya da ötürülmüşdür.

20 yanvar 1990-cı il Bakı qırğınları yenə də Moskvanın göstərişi və sovet ordusu tərəfindən xüsusi qəddarlıqla törədilmiş, cəza dəstələrinin tərkibinə şüurlu və məqsədyönlü şəkildə Stavropol erməniləri yerləşdirilmiş, beləliklə, ermənilərin Bakıdan çıxarılmasının qisasını Rusiya almışdı.

26 fevral 1992-ci ilin Xocalı qətliamı da, əslində, Sumqayıt və Bakı hadisələrinin Qarabağda soyqırımı şəklində davamı idi.

Yenə də tərkibi ermənilər tərəfindən möhkəmləndirilən 366-cı sovet alayı bu faciədə həlledici rol oynadı - Gümrüdə yerləşən 102-ci rus hərbi bazasının silahları və zirehli texnikası ilə təmin edilən alay mühüm strateji mövqeyə malik Xocalının ələ keçirilmə məqsədini güdürdü.

Digər bir niyyət isə dinc əhaliyə divan tutub birbaşa soyqırımı törətməklə azərbaycanlıların gözünü qorxutmaq, onları ermənilərin mülki vətəndaşlarımızı da barbarcasına qıracaqlarına inandırmaq idi.

Erməni-rus hərbi birləşmələri Azərbaycan ərazisinin 20 faizini işğal etdikdən sonra ötən 30 ildə daim Rusiya Ermənistanın yanında olub, dəfələrlə ona milyardlarla dollar dəyərində pulsuz silah-sursat verib, siyasi dəstək göstərərək "sülh yolu ilə torpaqların azad ediləcəyi" imitasiyası yaradıb, əslində, işğalın əbədiləşdirilməsində əsas və mühüm rol oynayıb.

Laçın dəhlizi vasitəsilə daim Rusiya silah-sursatı Qarabağa daşınıb, Dövlət Dumasının deputatları Xankəndiyə gələrək işğala dəstək olmaqla bizə qarşı təxribatlar törədiblər.

44 günlük Vətən müharibəsi dövründə də Rusiya Ermənistana dəstəyini bir an belə əsirgəmədi, təyyarələr vasitəsilə silah-sursat daşıdı.

Bakı-Qroznı sərnişin təyyarəsinin xəyanətkarlıqla vurulması, yalan versiyaların tirajlanması və Azərbaycana qarşı Rusiya KİV-inin total feyk informasiya hücumları Ermənistana riyakar dəstəyin yeni formasıdır.

Halbuki Azərbaycan Rusiyaya qarşı daim səmimi olub, onunla əməkdaşlıq edib, ona qarşı sanksiyalara heç zaman qoşulmayıb.

Rusiyanın səmimiyyətinə inanaraq onun zəmanəti əsasında Zəfər müharibəsində hərbi əməliyyatları dayandırıb, üçtərəfli Bəyanatı imzalayıb!

9 noyabr 2020-ci ildə Naxçıvanda erməni hərbi birləşmələrinin kolonunu müşayiət edən Rusiya vertolyotu səhvən vurulduqda Azərbaycan alicənablıq göstərərək təqsiri öz üzərinə götürüb, üzrxahlıq bildirib, maddi ziyanı ödəyib, ölənlərin ailələrinə kompensasiya verib.

Qarabağdakı Rusiya sülhməramlı kontingenti daim və birmənalı şəkildə erməni mövqeyində durub, onların müdafiəçilərinə çevrilsələr də, Zəfər müharibəsindən sonra "sülhməramlılar"la xoşluqla ayrıldıq, musiqi sədaları altında vətənlərinə yola saldıq.

Hazırda ermənilərin nəzarətində olan Rusiya KİV-i bizə qarşı nifrət püskürür, əleyhimizə qərəzli, şər-böhtan dolu feyk xəbərlər yaymaqdan yorulmur.

"Sən düşməni aşla, düşmən səni daşla" - belə münasibətlər uzun müddət davam edə bilməz!

Rusiyanın ermənilərin mənəvi işğalından qurtulması zamanıdır!

***

"Yaxşılıq elə, evinə salamat getmə" - Azərbaycan atalar sözüdür.

Nadanlara, nankorlara, xəyanətkarlara edilən yaxşılığın aqibətindən xəbər verir.

Həm də ərazilərimizdə yerləşdirilərək Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaradan ermənilərin sonrakı əməllərini də ehtiva edir.

Nankor əməllərinə görə yaşadıqları ərazilərdən qovularaq torpaqlarımızda yerləşdirilən ermənilər sonradan özlərini "ev sahibləri" kimi aparmağa başladılar.

Arxalarında duranlara, müdafiəçilərinə, silah-sursatla təmin edənlərə, beynəlxalq təşkilatlardakı dəstəkçilərinə güvənərək o qədər qudurdular ki, bizi öz torpaqlarımızdan zorakılıqla qovmağa, dinc əhaliyə qarşı olmazın vəhşiliklər, soyqırımları törətməyə başladılar.

Heç zaman da öz ağızları ilə hürmədilər.

Havadarlarına güvənərək rəhbərsiz, ordusuz, silahsız qalmış Azərbaycanımızın 20 faiz ərazisini işğal etdilər.

Yenə ürəkləri soyumadı.

İzimizi doğma torpaqlarımızdan silməyə girişdilər!

* Evlərimizi yağmaladılar;

* Bütün ev, bina və tikililəri farslarla əlbir şəkildə sökərək İrandakı inşaat malları bazarlarında satdılar;

* Meyvə bağlarımızı, meşələrimizi qırdılar, çaylarımızı zəhərlədilər;

* Dini, mədəni abidələrimizi dağıtdılar, məscidlərimizdə mal-qara, donuz saxladılar; 

* Qəbiristanlıqlarımızı yerlə yeksan etdilər.

Bir sözlə, bizə qarşı bütün kinlərini, nifrətlərini mənfur əməllərə çevirərək hər cür vəhşilik və barbarlıq nümayiş etdirdilər.

Faşistlərdən betər faşistlik etdilər.

Bu da təsadüfi deyil, çünki faşist dövlətinə çevrilmişdilər!

***

Hazırda alman faşizminə xidmət edərək 1941-1945-ci illər müharibəsində sovet vətəndaşlarının qanını axıdan Qaregin Njdeyə İrəvanda abidə ucaldaraq pərəstiş edilir.

Erməni yeniyetmələri və gəncləri Njdenin ideallaşdırılması yolu ilə erməni faşizmi ruhunda tərbiyələndirilir.

Burada təsadüfi hal yoxdur!

Çünki qırmızı imperiyanın çöküşündən sonra Ermənistana başçılıq edən prezidentlərin hamısı faşist xislətli olub.

Bunu öz dilləri, törətdikləri əməlləri ilə etiraf ediblər:

SERJİK SARKİSYAN: "Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizim ilə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq. Baş verən hadisə də bu idi".

ROBERT KOÇARYAN: "Azərbaycanlılar və ermənilər qenetik və etnik cəhətdən bir-birinə uyğun gəlmirlər. Ona görə də eyni ərazidə yaşaya bilməzlər".

Bu yaxınlarda 1993-cü il iyulun 23-də Levon Ter-Petrosyanın "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündəki çıxışının "Yutub" kanalında yayılması bir daha sübut edir ki, ermənilər elə əvvəldən faşistlər kimi hərəkət edib, bizə qarşı əsl faşist əməlləri törədiblər.

LEVON TER-PETROSYAN: "Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim "Yerkrapa" dəstəsi". 

Faşist xislətli Ermənistan prezidentlərinin müxtəlif vaxtlarda etdikləri etiraflardan da aydın görünür ki, azərbaycanlılara qarşı zorakılıqla qovulmalar, soyqırımları məhz faşistsayağı metodlarla həyata keçirilib.

Vaxtilə babalarımız alman faşizmini məhv etmişdilər.

Biz isə 44 günlük Zəfər müharibəsində erməni faşizmini darmadağın etdik!

***

Faşizmlə revanşizm bir-birinə çox yaxındır.

Tarixi təcrübə göstərir ki, dünya faşist ideologiyasından imtina etsə də, bir çox dövlətdə dəfələrlə onun dirçəldilməsinə cəhdlər göstərilib.

Ermənistanda isə faşizmə pərəstiş edirlər, onu ideallaşdırırlar, faşistlərin əməllərini təkrarlayırlar.

I Qarabağ müharibəsi dövründə belə vəhşi və qəddar əməllərin dəfələrlə şahidi olduq.

Üstəlik, onlar dinc azərbaycanlılara daha çox zülm edərək onları qıranlara abidələr qoyurdular.

Ermənistanın revanşa hazırlaşdığını göstərən bir sıra əməlləri də mövcuddur.

MƏSƏLƏN:

* Üçtərəfli Bəyanatın bütün bəndlərinə hələ də əməl etməyib.

* Azərbaycanın bir hissəsi olan Naxçıvanla quru əlaqəsinin yaradılmasına imkan vermir, əksinə, Zəngəzur dəhlizinin əvəzində "Sülh kəsişməsi" adlı qeyri-real layihəni təkidlə irəli sürməklə neqativ mövqe nümayiş etdirir.

* ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycanın təklifinə dəstək olmayacağını söyləyir.

* Azərbaycana qarşı ərazi iddialarının əsası və hüquqi bazası olan konstitusiyasında dəyişiklikdən müxtəlif bəhanələrlə boyun qaçırır.

* Fransanın köməyi və vasitəçiliyi ilə Hindistan, Yunanıstan və Kiprdən hücum silahları almaqla ordusunu yeni müharibəyə hazırlayır.

* ABŞ xüsusi təyinatlıları ilə təlimlər keçirir, onun mütəxəssislərini müdafiə nazirliyində işlədir.

* ABŞ ilə bağladığı strateji müttəfiqlik sazişində revanşizm niyyətində olduğunu əks etdirən bəndlərin mövcudluğu aydın görünür.

* KTMT-nin II Qarabağ müharibəsində torpaqları işğalda saxlamaq üçün onunla bərabər döyüşmədiyindən inciyərək Rusiyaya dirsək göstərir, KTMT-də fəaliyyətini donduraraq üzərinə düşən maliyyə öhdəliyini yerinə yetirmir, Aİ-yə üzv olmaq üçün müvafiq prosedurlara start verərək ABŞ, Aİ və Fransanın köməyi ilə yenidən işğala əl atmaq niyyətini gizlətmir.

***

Otuz il ərzində Ermənistan bizə qarşı vandal münasibət bəsləyərək əlindən gələni etdi.

Biz isə cəmi 44 gündə onun bütün etdiklərinin cavabını verdik:

* "Məğlubedilməz millətin məğlubedilməz ordusu"nu darmadağın edərək qarşımızda diz çökdürdük, onlara kapitulyasiya aktını imzalatdırdıq, torpaqlarımızı işğaldan azad etdik!

* Unikal bir əməliyyat keçirərək ərazi bütövlüyümüzə də nail olduq!

* 23 saatlıq antiterror əməliyyatında isə dövlət suverenliyini və konstitusiya əsaslarını bərpa etdik!

İndi isə qalib dövlət olaraq istək və məramımızı açıq şəkildə, dəfələrlə və bütün tribunalardan bəyan edirik:

* Azərbaycan Cənubi Qafqazda sülh və əmin-amanlığın olmasını istəyir.

* Azərbaycan özünün beynəlxalq prinsiplərə söykənən şərtləri əsasında sülh müqaviləsini imzalamaq niyyətindədir.

* Biz heç vaxt revanşizmə imkan verməyəcəyik!

* Vətən müharibəsindən sonra Azərbaycan öz ordusunu tam bərpa edib, hər il onun möhkəmləndirilməsinə kifayət qədər vəsait ayırır və lazım gəlsə, həmin vəsaiti daha da artıracaqdır.

* Biz Ermənistanın maliyyələşdirilməsini, müxtəlif mənbələrdən öldürücü hücum silahları almasını diqqətlə izləyirik və özümüzə qarşı hər hansı təhdid hiss etsək, dərhal zəruri tədbirlər görəcəyik!

* Ermənistan öz konstitusiyasında zəruri dəyişikliklər apararaq Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik əl çəkməlidir.

* Ermənistan ATƏT-in Minsk qrupunun fəaliyyətini dayandırması üçün Azərbaycanla birgə müraciət etməlidir.

* Ermənistan qonşularla yola getməsə, onlara qarşı ərazi iddialarından əl götürməsə, daim dalanda qalacaq, iqtisadi cəhətdən tənəzzülə uğramaqda davam edəcəkdir.

* Zəngəzur dəhlizi Ermənistan istəsə də açılacaqdır, istəməsə də!

* Zaman Ermənistanın xeyrinə işləmir!

Artıq ordumuzu gücləndirib "dəmir yumruğ"u yenidən hazır vəziyyətə gətirərək gözləyirik və izləyirik!

Heç kəs bizimlə təhdid və təzyiq dilində danışa bilməz!

Cənubi Qafqaz sülh bölgəsi olmalıdır və bölgəyə gələn hər kəs burada söz sahibi olan Azərbaycanla hesablaşmalıdır!

***

Hər başlanğıcın bir sonu da olur.

Hər əməlin öz qiyməti olur.

Hər xəyanətin bir cəzası olur.

2020-ci ilin 8 noyabrından sonra haqq-hesab dövrü başlayıb.

Buna qədər Ermənistan bizə istədiklərini etmişdi.

Bunadək kifayət qədər xəyanətlər, pisliklər, vəhşiliklər, qəddarlıqlar törətmişdi.

44 gün bitəndən sonra isə biz qalan istəklərimizi sülh yolu ilə edirik!

Qan tökmədən, silah işlətmədən etməyə çalışırıq!

Xeyli uğurlara da nail olmuşuq.

Amma hər şeydən, hər oyunlardan xəbərdarıq.

Bütün mənfur niyyətlərin, yaramaz əməllərin qarşısını qətiyyətlə almağa hər an hazırıq!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediklərinə, tələblərinə, üzərinizə qoyduğu öhdəliklərə əməl etmək lazımdır!

Unutmayın, İlham Əliyev dediyini edəndir!

İlham Əliyevin və Azərbaycan xalqının iradəsinə kimsə güc gələ, bizi yolumuzdan döndərə bilməz!

Qətiyyətli və müdrik Prezidentimiz, qüdrətli dövlətimiz, güclü ordumuz, sarsılmaz milli birliyimiz vardır!

Qarabağ Azərbaycandır!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən ilin dekabrında bankların kredit portfeli artıb  

11:29
30 Yanvar

Azərbaycan səfiri etimadnaməsini Niderland Kralına təqdim edib  

11:21
30 Yanvar

DİN: Axtarışda olan 37 nəfər saxlanılıb  

10:56
30 Yanvar

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının internet informasiya ehtiyatı istifadəyə verilib  

10:51
30 Yanvar

Azərbaycanın iki universiteti ilk dəfə “Şanxay reytinqi”ndə TOP 500-də yer alıb  

10:48
30 Yanvar

SOCAR Qazaxıstandan hasil edilən xam neftin tranzitinə başlayır  

10:33
30 Yanvar

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib  

10:28
30 Yanvar

Bu gün Azərbaycanda gömrük əməkdaşları peşə bayramını qeyd edir  

10:23
30 Yanvar

Azərbaycan nefti bahalaşıb  

10:18
30 Yanvar

Şalva Papuaşvili: Ədalətli münasibət olmasa, Gürcüstan AŞPA-da iştirak etməyəcək  

10:13
30 Yanvar

Tramp qanunsuz miqrantlar üçün “Quantanamo” həbsxanasında 30 min nəfərlik mərkəz yaradır  

10:08
30 Yanvar

Dünyanın ən varlı adamlarının sərvəti son sutkada on milyardlarla dollar azalıb  

10:01
30 Yanvar

Özbəkistan XİN rəhbəri: Daşkənd Bakı və Ankara ilə strateji əlaqələrin daha da möhkəmləndirilməsinin tərəfdarıdır  

09:56
30 Yanvar

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb  

09:51
30 Yanvar

Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanan Ankara Bəyannaməsinin mətni açıqlanıb  

09:46
30 Yanvar

MSK-nın sədri: Seçkilərin nəticələri olaraq 413 bələdiyyə tam formalaşıb

09:41
30 Yanvar

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya heç bir müraciət daxil olmayıb  

09:36
30 Yanvar

Gürcüstan parlament nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırıb  

09:31
30 Yanvar

Tofiq Bəhramovun xatirəsi yad olunub

09:25
30 Yanvar

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

09:20
30 Yanvar

"Kaşaqan" neftinin də Avropaya yolu tezliklə BTC-dən keçəcək

09:15
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!