30 Yanvar 2025 09:25
439
İDMAN
A- A+
Tofiq Bəhramovun xatirəsi yad olunub

Tofiq Bəhramovun xatirəsi yad olunub


Dünən dünyaşöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 100 illik yubileyi qeyd olunub.Bu münasibətlə AFFA rəhbərliyi və futbol ictimaiyyətinin nümayəndələri onun məzarını ziyarət ediblər. Əfsanəvi referinin məzarı üstünə gül çələngi qoyulub.

Xatırladaq ki, dünyaca tanınmış futbol hakimi 1925-ci il 29 yanvarda Ağdamda anadan olub. Futbolçu karyerasına 1940-cı ildə başlayan T.Bəhramov əvvəlcə "Spartak"ın (Bakı) gənclərdən ibarət komandasında çıxış edib. Sonra isə "Neftçi"yə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. 

DÇ-1966-nın oyunları həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırdı və Tofiq Bəhramovun adını tarixə əbədi yazdı. Həmin turnirin finalı mundialın bütün tarixi ərzində ən maraqlı və dramatik oyunlardan biri oldu. T.Bəhramov matçın yan xətt hakimi idi. Əsas vaxt heç-heçə (2:2) başa çatdığından qalibi müəyyənləşdirmək üçün 30 dəqiqə əlavə olundu. 110-cu dəqiqədə ingilislərin hücumçusu Herst topu almanların qapısına göndərir. Top dirəyə dəyib yerə düşür. Oyunun baş hakimi, isveçrəli Dinst topun uçuş trayektoriyasını görmədiyindən özünü itirir. Lakin dərhal oyunun bütün taleyini üzərinə götürəcək adamı tapır. Dinst özünün yanxətt köməkçisinə işarə edərək son sözü onun deyil, köməkçisi - azərbaycanlı hakim T.Bəhramovun deyəcəyini göstərir. O isə bayrağı yellədərək mərkəzi göstərməklə ingilislərdə sevinc, almanlarda isə qəzəb doğurur. Almanlar onu əhatəyə alaraq bu qərara etiraz edirlər, lakin T.Bəhramov fikrindən dönmür. Oyun davam edir, hakimin əlavə vaxtın bitdiyini bildirən fitinə az qalmış Herst bu oyun ərzində özünün üçüncü qolunu vurur. Oyun 4:2 hesabı ilə İngiltərənin xeyrinə başa çatır.

Oyundan sonra İngiltərə Kraliçası T.Bəhramova "Qızıl fit"i (o vaxtadək bu mükafat yalnız meydan hakimlərinə verilirdi) və "Qızıl ilahə"nin kiçik modelini təqdim edir. Bu gün yeni "Uembli" stadionunun muzey vitrinlərinin birində Tofiq Bəhramovun bürüncdən tökülmüş heykəli var.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XX əsr qəzəlimizin Vahidi

09:00
19 Fevral

QƏZƏLLƏR

08:55
19 Fevral

"Xankəndi" iş başında

08:50
19 Fevral

Dövlət növbəti dəfə sahibkara sahib çıxdı

08:45
19 Fevral

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini Türkiyədə davam etdirəcəklər

08:40
19 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

08:35
19 Fevral

ABŞ-nin Mayami-Deyd dairəsində 26 fevral tarixi Xocalının Anım Günü elan edilib

08:30
19 Fevral

İşğaldan azad olunmuş ərazilərimiz geniş tikinti meydanına çevrilib

08:25
19 Fevral

Fransa tarixi haqsızlıq qarşısında utanmalıdır

08:20
19 Fevral

Ermənistan militarizasiya siyasəti həyata keçirir

08:15
19 Fevral

Belə bir məhkəmə bir gün Koçaryan üçün də qurulacaq

08:10
19 Fevral

Avropa Parlamentinin qərəz dolu Cənubi Qafqaz siyasəti

08:05
19 Fevral

Azərbaycan-Çin strateji tərəfdaşlığı - Avrasiyada iqtisadi sabitliyə və inkişafa xidmət edən əməkdaşlıq 

08:00
19 Fevral

Diplomatik xidmət haqqında 

02:14
19 Fevral

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:13
19 Fevral

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib  

22:59
18 Fevral

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

22:58
18 Fevral

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

22:57
18 Fevral

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

20:08
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
2425262728  

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!