28 Yanvar 2025 08:05
566
SİYASƏT
A- A+
Dövlət gənclərin dayağıdır

Dövlət gənclərin dayağıdır


İnsan kapitalına, gənc nəslin mənəvi və fiziki sağlamlığına xidmət edən siyasət ötən il də davam etmişdir


Ölkəmiz üçün çoxsaylı nailiyyətlərlə başa çatan 2024-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gənc nəslin intellektual, mənəvi və fiziki tərbiyəsi məqsədinə yönəlmiş siyasətin uğurları ilə də zəngin olmuşdur. Ötən il Azərbaycanda təhsil, gənclik və idmanla bağlı görülən işlər ölkənin sosial-iqtisadi inkişafına, insan kapitalının artırılmasına, beynəlxalq əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət etmişdir. Dövlət başçısının il ərzində imzaladığı fərman və sərəncamlar həyatımızın bütün sahələri kimi, bu prioritet istiqamətlərə də xüsusi diqqətin ayrıldığını əks etdirmişdir. 


Dayanıqlı inkişafda insan kapitalı


Hazırda dayanıqlı inkişafda insan kapitalı çox mühüm rol oynayır. Bu sahəyə diqqət cəmiyyətin balanslı və ardıcıl tərəqqisini təmin edir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nailiyyətləri sırasında bu gün tarixinin ən qüdrətli mərhələsinə gəlib çatmış Azərbaycanda təbii resursların insan kapitalına çevrilməsi dövlətin ən mühüm hədəflərindən elan edilib. Bu da respublikamızın strateji planda gələcəyə yüksək həssaslıqla hazırlığından irəli gəlir. 

Bu gün Azərbaycan dövləti insan kapitalının inkişafı istiqamətində ardıcıl strateji addımlar atır. Qarşıya qoyulan vəzifələrə uyğun olaraq, bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından, illərlə inkişafımıza mane olan problemlərin həllindən sonra Azərbaycanın daxil olduğu yeni strateji dövrdə bu məsələ böyük əhəmiyyət daşıyır. Bu mərhələdə əsas hədəf rifah dövləti kimi həyat standartlarını daha da artırmaq, respublikanı bütün istiqamətlərdə dünyanın ən inkişaf etmiş ölkələrindən biri statusuna yüksəltməkdir. İnsan kapitalı bu hədəfin reallaşdırılmasında, ölkəmizin iqtisadi inkişafı və rəqabət qabiliyyətinin artırılmasında həyati əhəmiyyət kəsb etməkdədir. Ona görə də Azərbaycan dövləti insan inkişafına yönəlmiş tədbirləri getdikcə genişləndirir.

Bu tədbirlərin mühüm bir qismi təhsil sahəsinə aiddir. İnsan kapitalının inkişafı üçün təhsil sisteminin təkmilləşdirilməsi, ibtidai, orta və ali təhsilin hər kəsə əlçatan olması son dərəcə vacibdir. Onun inkişafından ötrü ölkə daxilində bütün sosial qrupların keyfiyyətli təhsilə bərabər çıxışını təmin etmək lazımdır. Təhsil infrastrukturunun yaxşılaşdırılması, o cümlədən məktəblərin, universitetlərin və peşə təhsili müəssisələrinin fiziki infrastrukturu texnoloji təchizatı və müasir təlim metodları ilə təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Həmçinin peşə və texniki təhsil sisteminin gücləndirilməsi gənclərin əmək bazarının tələblərinə uyğun hazırlanması baxımından çox mühümdür. 

Azərbaycan dövləti insan kapitalının inkişafı məqsədindən irəli gələrək elmi tədqiqatları dəstəkləyir, texnoloji parkları və startap ekosistemini gücləndirir. Müasir texnoparklar və inkubasiya mərkəzləri ölkəmizdə yeni texnoloji sahibkarlığın inkişafına kömək edir. Dövlət startaplara və innovativ bizneslərə maliyyə və inzibati dəstək verir.


Müasir çağırışlara uyğunlaşdırılan Azərbaycan təhsili 


2024-cü ildə təhsil sahəsində atılan addımlar cəmiyyətimizin intellektual inkişafına, insan kapitalının yüksəlişinə böyük təkan vermişdir. Bu siyasətin prioritet istiqamətləri təhsilin keyfiyyətinin artırılması, təhsilalanlara dəstək mexanizmlərinin genişləndirilməsi, innovativ proqramların yaradılması və beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı olmuşdur. 

2024-2025-ci tədris ilində yüksək təhsil nailiyyətlərinə görə 102 tələbənin Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təltif edilməsi ölkəmizdə istedadlı gənclərə verilən dəyərin bariz nümunəsidir. Bu təqaüd proqramı tələbələrin motivasiyasını artırmaqla yanaşı, elmi araşdırmaların da təşviqinə böyük kömək göstərir. Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almalarına kömək göstərmək üçün dövlət başçısı "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli sərəncamının müddətini 2 il artıraraq 2028-ci ilə qədər uzatmışdır. Eyni zamanda sərəncamdakı digər müvafiq dəyişikliklərlə bu proqramın daha da effektivliyinə, ən çox istedadlı gəncimizin bu imkandan faydalanmasına, eyni zamanda ölkəmizin də xarici universitetlərdə yeni bilik və bacarıqlara yiyələnən gənclərin potensialından daha səmərəli şəkildə faydalana bilməsinə şərait yaratmışdır. 

Prezidentin "Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə" 15 noyabr 2024-cü il tarixli sərəncamı da ötən il bu istiqamətdə atılmış ən mühüm addımlardandır. Belə ki, bu sərəncamla ali təhsildə yeni məzmunlu proqramların əhatə dairəsinin genişləndirilməsi təhsilin əsas prioriteti kimi müəyyənləşmişdir. Bu proqramlar müasir dövrümüzün ehtiyaclarına cavab verən, praktik bilik və bacarıqların öyrədilməsinə yönələn tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Belə proqramların maliyyələşdirilməsi ölkəmizin təhsil sisteminin davamlı inkişafını təmin edəcəkdir. 

Bu baxımdan ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış və 2014-cü ildən fəaliyyətə başlayan SABAH proqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunlu proqramların tətbiqi təcrübəsi özünü daha çox doğruldur. Proqram çərçivəsində tədrisin mütərəqqi forma və metodlarının tətbiqi, ixtisas üzrə kompetensiyalara tam yiyələnmənin təmin olunması, dərinləşdirilmiş xarici dil tədrisi, tələbələrə əlavə təqaüd verilməsi, onların xarici mübadilə proqramlarında iştirakı imkanlarının artırılması, tələbəyönümlü tədrisin və tədrisdənkənar fəaliyyətin təşkili kimi üstünlüklər gənclərin ali təhsilin yeni məzmunlu təhsil proqramlarına marağını daha da artırmışdır.

Sərəncamda ali təhsil sistemində kəmiyyət əsaslı maliyyələşdirmədən keyfiyyət əsaslı maliyyələşdirməyə keçidin təmin olunması və maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi üçün SABAH proqramının əhatə dairəsi 2025-2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndirilmişdir. Bu proqram ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsaitlər hesabına təmin edəcəkdir.

2024-cü il ərzində ali təhsil sistemi yeni yanaşmalarla daha da təkmilləşdirilmişdir. Təhsil infrastrukturunun möhkəmləndirilməsi, informasiya texnologiyalarının təhsilə inteqrasiyası, tədris resurslarının əlçatanlığı bu siyasətin əsas məqsədlərindən olmuşdur. Ötən il Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Müşahidə Şurasının tərkibi yenidən təsdiqlənmiş, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında müvafiq sərəncam imzalanmışdır. Ölkəmizin təhsil sahəsində beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, məlumat və resurs mübadiləsini genişləndirməklə Azərbaycan təhsilinin qlobal məkana inteqrasiyasının dərinləşdirilməsi istiqamətində digər ardıcıl işlər də görülmüşdür. 

Ötən il "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında" çox əhəmiyyətli bir sərəncam da imzalanmışdır. Mahiyyət etibarilə bu sərəncam cəzaçəkmə müəssisəsindəki məhkumların azadlığa çıxandan sonra cəmiyyətə sosial adaptasiyasına, onların məşğulluq problemlərinin qısa zamanda həllinə, xüsusilə bu peşə məktəblərində yeni bilik və bacarıqlara yiyələnən gənc məhkumların həyatda öz yerlərini tapmalarına kömək göstərəcək.


Sağlam gənclik, sağlam gələcək


2024-cü ildə həyata keçirilən gənclər siyasəti də bu nəslin ictimai həyata daha fəal inteqrasiyası, onlara yeni imkanların yaradılması və yaradıcı potensialının kəşf edilərək dəstəklənməsi əsasında qurulmuşdur.

Prezident İlham Əliyevin 1 fevral 2024-cü il tarixli sərəncamı ilə 10 gənc Azərbaycan Respublikası Prezidentinin mükafatlarına layiq görülmüşdür. Bu mükafatlar onların elm, incəsənət və digər sahələrdəki nailiyyətlərini tanımaq, böyüməkdə olan nəslə yeni imkanlar yaratmaq məqsədi daşıyır. Belə addımlar gəncləri yaradıcılıq sahəsində daha aktiv fəaliyyətə ruhlandırır. 

Məlum olduğu kimi, Prezidentin 17 aprel 2024-cü il tarixli sərəncamı ilə Şuşa şəhəri "İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı" elan edilmişdir. Bu qərar Zəfər rəmzimiz olan Şuşanın tarixi-mədəni əhəmiyyətini beynəlxalq gənclər platformasında tanıtmaqla yanaşı, gənclərin müdafiəsi və sosial iştiraklığına imkan yaratmışdır.

Ötən il gənclərlə bağlı imzalanan ən mühüm sənədlərdən biri də 2025-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqındadır. "Yüksəliş" müsabiqəsi, ölkədə gənc liderlərin aşkara çıxarılması və onların potensialının inkişafı məqsədi daşıyan mühüm layihələrdəndir. 2019-cu ildən keçirilən və indiyə qədər on minlərlə iştirakçının qatıldığı müsabiqə vasitəsilə müxtəlif sahələrdə liderlik qabiliyyətinə malik gənclər seçilir və onların inkişafı üçün xüsusi proqramlar həyata keçirilir. Eyni zamanda gənclərə öz layihələrini reallaşdırmaq, mentorlarla işləmək və peşəkar şəbəkələr qurmaq üçün şərait yaradılır.

"Yüksəliş" müsabiqəsi Azərbaycanın gələcək liderlərini hazırlamaq və onların dövlət idarəetməsində, biznesdə və digər sahələrdə fəal iştirakını təmin etmək üçün mühüm platformadır. Bu, həmçinin ölkənin insan resurslarının inkişafına və rəqabətqabiliyyətli mühitin yaradılmasına xidmət edir. 

Gənclərin sosial həyatda iştirakını, fəallığını artırmaq üçün də bir sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər vasitəsilə onlara liderlik keyfiyyətlərini inkişaf etdirmək, yaradıcı və innovativ ideyaları təşviq etmək üçün şərait yaradılmışdır. Ümumiyyətlə,  2024-cü ildə də ölkəmizin gənclər siyasəti bu nəslin həyata baxışını, cəmiyyətdəki ictimai rolunu və sosial məsuliyyətini genişləndirməyə istiqamətlənmişdir. Bütün bunlar isə ölkənin gələcək dayanıqlı inkişafında son dərəcə vacibdir.


İdman ölkəsi


Gənclər siyasətini idmandan kənarda təsəvvür etmək mümkün deyil. Çünki idman gənclərin fiziki və mənəvi sağlamlığına xidmət edir. 2024-cü ildə idman sahəsində reallaşdırılan siyasət ölkənin beynəlxalq idman müstəvisində onların rolunu gücləndirmiş və nailiyyətlərinin tanınması ilə yadda qalmışdır. Bu siyasət həm idman infrastrukturunun inkişafını, həm də idmançılara verilən dəstəyi əhatə edir.

Azərbaycanın idman sahəsindəki uğurları 13 avqust 2024 və 23 dekabr 2024-cü il tarixli sərəncamlarla bir daha qeyd olunmuşdur. Həmin sərəncamlarla ölkəmizi "Paris-2024" Yay Olimpiya və Paralimpiya Oyunlarında təmsil edən komandalarımızın üzvləri müxtəlif orden və medallarla, Prezident təqaüdləri ilə təltif edilmiş, o cümlədən 4 nəfər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna", 10 nəfər "Tərəqqi" medalına, 2 nəfər "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülmüş, 3 nəfərə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilmişdir. 

2025-ci ildə üçüncü MDB Oyunlarının Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında 10 iyul 2024-cü il tarixli sərəncam da ölkəmizin beynəlxalq idman tədbirlərindəki aparıcı rolunu göstərir. Bu addım bütün dünyada idman ölkəsi kimi tanınmış, son onilliklərdə müxtəlif mötəbər yarışlara evsahibliyi edən Azərbaycanın idman infrastrukturunun beynəlxalq standartlara uyğun inkişafına xidmət edir. Yeni idman obyektlərinin inşası və mövcud qurğuların modernləşdirilməsi isə ölkənin idman potensialını artırmaq məqsədi daşıyır. Bir sözlə, 2024-cü ildə həyata keçirilən idman siyasəti ölkənin beynəlxalq idman ictimaiyyəti arasındakı mövqeyini gücləndirmişdir. 


İradə ƏLİYEVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

SOCAR Qazaxıstandan hasil edilən xam neftin tranzitinə başlayır  

10:33
30 Yanvar

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib  

10:28
30 Yanvar

Bu gün Azərbaycanda gömrük əməkdaşları peşə bayramını qeyd edir  

10:23
30 Yanvar

Azərbaycan nefti bahalaşıb  

10:18
30 Yanvar

Şalva Papuaşvili: Ədalətli münasibət olmasa, Gürcüstan AŞPA-da iştirak etməyəcək  

10:13
30 Yanvar

Tramp qanunsuz miqrantlar üçün “Quantanamo” həbsxanasında 30 min nəfərlik mərkəz yaradır  

10:08
30 Yanvar

Dünyanın ən varlı adamlarının sərvəti son sutkada on milyardlarla dollar azalıb  

10:01
30 Yanvar

Özbəkistan XİN rəhbəri: Daşkənd Bakı və Ankara ilə strateji əlaqələrin daha da möhkəmləndirilməsinin tərəfdarıdır  

09:56
30 Yanvar

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb  

09:51
30 Yanvar

Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanan Ankara Bəyannaməsinin mətni açıqlanıb  

09:46
30 Yanvar

MSK-nın sədri: Seçkilərin nəticələri olaraq 413 bələdiyyə tam formalaşıb

09:41
30 Yanvar

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya heç bir müraciət daxil olmayıb  

09:36
30 Yanvar

Gürcüstan parlament nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırıb  

09:31
30 Yanvar

Tofiq Bəhramovun xatirəsi yad olunub

09:25
30 Yanvar

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

09:20
30 Yanvar

"Kaşaqan" neftinin də Avropaya yolu tezliklə BTC-dən keçəcək

09:15
30 Yanvar

AİŞ-in missiyası həm də dayanıqlı infrastruktur yaratmaqdır

09:10
30 Yanvar

Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır

09:05
30 Yanvar

Son 20 ildə Azərbaycanın nəqliyyat infrastrukturu kökündən dəyişib

09:00
30 Yanvar

Veb-kameralar şəffaflığı təmin edir

08:55
30 Yanvar

"Bələdiyyə qapısı mənim üçün bir ümid yeridir"

08:50
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!