Ölkəmizin sürətli inkişafı bu işin davamını tələb edir
Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. Bir ilə min kilometrdən də çox yeni yol düşür! Bu, ölkədə nəqliyyatla bağlı görülmüş işlərin miqyasını göstərən rəqəmlərdən tək biridir. Həmin dövrdə Azərbaycanda, üstəlik, 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid də tikilib.
Paytaxtımızda isə son 15 il ərzində yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb. Bir sözlə, böyük layihələr icra edilib. Prezident İlham Əliyevin bu il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə dediyi kimi: "Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir".
Dövlətimizin başçısı nəqliyyat infrastrukturunun inkişafının müzakirə olunmasına ehtiyacın da məhz bundan qaynaqlandığını qeyd edib. Həm də müzakirə zamanı ölkə nəqliyyatının bütün sahələrində əldə edilən nailiyyətlərdən söhbət gedib və qarşıda dayanan məsələlərdən bəhs olunub.
İndi artıq bütün şəhərlərimiz bir-birinə ən yeni yollarla bağlanıb. Bütün sərhədlərimiz müasir avtomagistrallarla birləşdirilib. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il bu məqsədlər üçün vəsait ayrılır.
2008-ci ildən bəri metronun yeddi yeni stansiyası tikilib və qəbul ediləcək dövlət proqramında 10 yeni metro stansiyasının inşası nəzərdə tutulur. 266 yeni nəsil metro vaqonu alınıb və bu proses davam etdirilir. Ölkəyə yüzlərlə yeni sərnişin avtobusu gətirilib və bu ilin sonunda elektrobusların yığımı, ondan sonra lokalizasiyanın artımı işləri də başlanacaq.
Ölkəmizin coğrafi vəziyyəti elədir ki, ərazimizdən beynəlxalq nəqliyyat dəhlizləri keçir. Daha doğrusu, bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edə bilmişik. Ona görə də bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız təsəvvür etmək mümkün deyil. Belə ki, hazırda ərazimizdən "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri keçir və bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Dövlətimizin başçısı müşavirədə bu məsələdən bəhs edərkən dünya okeanlarına çıxışımızın yoxluğuna baxmayaraq, görülən işlər nəticəsində Azərbaycanın əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevrildiyini bildirib:" İşlər davam edir, həm "Şimal-Cənub", həm "Şərq-Qərb" nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir. Ancaq fakt odur ki, biz indi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmişik və edəcəyik".
Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə yeni layihələr sırasında Zəngəzur dəhlizi xüsusi qeyd edilib. Məlumdur ki, bu layihə Azərbaycan tərəfindən irəli sürülüb. Yəni Vətən müharibəsindəki qələbəmizdən sonra Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir. Biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Ermənistan tərəfi isə dörd ildən çoxdur məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir. Dırnaqarası "Sülh kəsişməsi" layihəsini ortalığa atıb və dünyada bir ölkə qalmayıb ki, bu layihə təqdim edilməsin. Prezident İlham Əliyev bu barədə belə deyib: "Onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Yenə də Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac veriblər. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur. Düzdür, Naxçıvan Muxtar Respublikasının lazım olan ehtiyaclarını biz müxtəlif yollarla təmin edirik... Bununla belə, biz görəndə ki, Ermənistan tərəfi yenə də özünü qeyri-səmimi aparır, İran İslam Respublikası ilə müvafiq razılaşma əldə edilmişdir və Ermənistanı baypas edən avtomobil körpüsünün tikintisi də, artıq bu layihə də icra edilir və yəqin ki, bu il tamamlanacaq."
İkinci körpü də salınacaq. Bu, artıq Naxçıvan Muxtar Respublikasında olacaq. Birinci körpü Zəngilan rayonu ərazisində inşa edilir. Beləliklə, Ermənistan bundan sonra da dalan ölkə kimi qalmaqda davam edəcək və tranzit ölkəyə çevrilmək arzusuna da çatmayacaq.
Ölkəmizin polad magistralları ilə bağlı görülən işlər də təqdirəlayiqdir və təbii ki, sözügedən müşavirədə bu məsələ də diqqət mərkəzində olub. 1500 kilometrdən çox dəmir yolunun tikildiyi, 1800 kilometrin isə təmir edildiyi, yeni qatarların və vaqonların alındığı bildirilib. Eləcə də 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. Məlumdur ki, bu, Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmiş layihədir. Bu layihəyə güclü müqavimət göstərənlər vardı. Xüsusilə Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Lakin zaman bu dəfə də göstərdi ki, biz haqlıyıq. Belə ki, indi Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərirlər. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına maraq böyükdür.
Mövcud yolların reabilitasiyası və müasirləşməsi, daşınma imkanlarının və qatarların sürətinin artırılması istiqamətində görülən işlər sırasında isə müşavirədə Sumqayıt-Yalama dəmir yolu qeyd edilıb. Bu yolun tikintisi artıq 80 faiz səviyyəsində təmin edilib. İndi Ələt-Astara yolu üzərində də iş gedir. Əslində, bu yol var. Amma gələcəkdə "Şimal-Cənub" dəhlizi üzrə yüklərin kəskin artacağı nəzərə alınır. Odur ki, bu yolun da genişləndirilməsi gündəlikdədir və cari ildə bunun üçün müəyyən vəsait də ayrılıb.
Eləcə də respublikanın şəhərləri arasında bağlantıları təmin etmək üçün bir neçə yeni qatar istiqaməti müəyyənləşdirilib. Məsələn, Bakı-Qəbələ marşrutu. İndiyədək bu şəhərə dəmir yolu xətti çatmırdı və o inşa olundu. Bakı-Balakən və Bakı-Ağstafa dəmir yolu fəaliyyətini bərpa edib. Bu yollar, əslində, ölkəmizi qərb sərhədi ilə, şimal-qərb sərhədi ilə və Qəbələ şəhəri ilə bağlayır. Bütün bu yollar boyu yerləşən yaşayış məntəqələrimiz də qatarların xidmətindən bəhrələnir.
20 il ərzində ölkəmizdə səkkiz beynəlxalq hava limanı inşa edilib. Doğrudur, onların dördü artıq var idi. Lakin vəziyyətlərinin qənaətbəxş olmadığı üçün Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Dörd yeni hava limanı - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan aeroportları inşa edildi. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir.
Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb. İndi burada tikiləcək yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Deməli, gələcəkdə sərnişinlərin sayı daha çox olacaq.
Son illər həyata keçirilən ən vacib layihələrdən biri də yeni Dəniz Ticarət Limanının inşasıdır. Şəhərdə, köhnə limanın ərazisində isə abadlıq işləri aparılacaq, istirahət zonaları, müxtəlif obyektlər inşa ediləcək. Ağ Şəhər bulvarına bitişik olan bu istiqamətdə master-plan hazırlanır.
Yeni Dəniz Ticarət Limanının birinci fazasının yükaşırma qabiliyyəti 15 milyon ton nəzərdə tutulurdu. Ancaq yüklərin artacağı şəksizdir. Odur ki, limanın imkanları 25 milyon tona çatdırılmalıdır.
Gəmiqayırma zavodumuz da son illərin yadigarıdır. Əvvəllər biz gəmiləri xaricdən alırdıq. Həyat göstərir ki, Bakıda belə bir zavodun tikilməsi nə qədər düzgün addım idi. Çünki əvvəl gəmi aldığımız mənbələrdən indi bunu etmək mümkün deyil.
Təsadüfi deyil ki, azad edilmiş ərazilərimizdə görülən işlərin əsasını da nəqliyyat layihələri təşkil edir. 44 avtomobil yolu layihəsi icra edilib, ya da icra edilməkdədir. Eyni zamanda 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi , Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib.
Prezidentimiz: "Bu, sadəcə olaraq, əsas layihələrdir ki, mən ictimaiyyətin diqqətinə çatdırıram və bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir. Göstərir ki, hansı ölçüdə biz nəqliyyat layihələrini icra etmişik. Əgər biz bunları icra etməsəydik, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar bizim nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi", - dedi. Onu da dedi ki, həyat yerində durmur:" Biz indi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin investisiya proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb".
Flora SADIQLI,
"Azərbaycan"
Paşinyana Qərbdən əvvəlki dəstək yoxdur
Sağlam dişlərin sirri
Yenilənmiş "Şəmkir" futbol klubunun təqdimat mərasimi keçirilmişdir
XX əsr qəzəlimizin Vahidi
QƏZƏLLƏR
"Xankəndi" iş başında
Dövlət növbəti dəfə sahibkara sahib çıxdı
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini Türkiyədə davam etdirəcəklər
Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib
ABŞ-nin Mayami-Deyd dairəsində 26 fevral tarixi Xocalının Anım Günü elan edilib
İşğaldan azad olunmuş ərazilərimiz geniş tikinti meydanına çevrilib
Fransa tarixi haqsızlıq qarşısında utanmalıdır
Ermənistan militarizasiya siyasəti həyata keçirir
Belə bir məhkəmə bir gün Koçaryan üçün də qurulacaq
Avropa Parlamentinin qərəz dolu Cənubi Qafqaz siyasəti
Azərbaycan-Çin strateji tərəfdaşlığı - Avrasiyada iqtisadi sabitliyə və inkişafa xidmət edən əməkdaşlıq
Diplomatik xidmət haqqında
"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib
Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir
Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB12 Fevral 2025
Yeni dövrün əsas hədəfləri12 Fevral 2025
Sabitliyin Azərbaycan nümunəsi11 Fevral 2025
"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"09 Fevral 2025
Müstəqilliyin uğur formulu: qətiyyətli lider və qüdrətli dövlət08 Fevral 2025
FƏRQLİ LİDER, SÖZÜNÜN SAHİBİ07 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!