19 Fevral 2025 09:10
1651
Səhiyyə
A- A+
Sağlam dişlərin sirri

Sağlam dişlərin sirri


İnsan orqanizmində daim qulluq tələb edən üzvlərdən biri də dişlərdir. Ağız və diş sağlamlığı təkcə estetik deyil, həm də ümumi sağlamlıq üçün vacibdir. Həyat tərzi, gigiyena, yemək vərdişləri və istifadə olunan yanlış məhsullar ağız sağlamlığına təsir göstərir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ortagəlirli ölkələrdə yaşayan hər 4 nəfərdən 3-ü diş problemlərindən əziyyət çəkir. Diş və diş əti xəstəlikləri təkcə ağız nahiyəsinə zərər vermir, həm də mədə, ürək-damar və şəkərli diabet kimi xəstəliklərə yaxalanma riskini artırır.


Ağız gigiyenasına erkən yaşdan riayət olunmalıdır


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-stomatoloq Kəmalə Kamalovanın sözlərinə görə, sağlam dişlərin təməli ana bətnində qoyulur: "Ananın qidası nə qədər sağlamdırsa, körpənin də dişləri bir o qədər sağlam, möhkəm olur. Doğulduğu ilk günlərdən körpənin ağız boşluğu ilıq suda isladılmış steril tənziflə silinməlidir. İlk dişlər çıxdıqdan sonra isə apteklərdə satılan barmağa taxılan yumşaq diş fırçalarından istifadə edilməli, təxminən 2 yaşından sonra isə dişlər fırçalanmalıdır. Prosesin düzgün aparılması üçün ananın dəstəyi və yönləndirməsi vacibdir". 

Bəzən ailələrdə "süd dişləri müəyyən vaxtdan sonra çürüyür və buna görə də onların qulluğa ehtiyacı yoxdur" kimi yanlış bir fikir formalaşdığını deyən həkim-stomatoloq bildirib ki, süd dişləri də daimi dişlər qədər önəmlidir: "Bəzən valideynlər soruşurlar ki, uşaqlarının daimi dişləri niyə belə kiçik yaşlarından çürüməyə başlayır? Bunun əsas səbəbi dişlərin təməlinin zəif olmasıdır. Çünki gigiyenaya riayət etməyən, vaxtlı-vaxtında dişlərini fırçalamayan azyaşlıların ağız boşluğunda patogen və qeyri-şərti patogen mikroflora artır. Daimi  dişlər də çıxanda kariyesin yaranması üçün münbit şərait yaranır, gələcəkdə həmin dişlərdə iltihabi proseslərə səbəb olur. Daimi dişin mayası süd dişinin kökləri ilə bərabər səviyyədə olduğu üçün iltihab bu dişlərin kökünə də mənfi təsir edir, qeyri-sağlam dişlərin çıxmasına səbəb olur".

Kəmalə Kamalova onu da qeyd edib ki, uşaqlıq dövründə ağız və diş qulluğuna kifayət qədər diqqət yetirilməməsi süd dişlərinin çürüməsinə, vaxtından əvvəl tökülməsinə və ya çəkilməsinə səbəb olur. Bu zaman digər dişlər əyilir, daimi dişin boşluğunu tutur. Yeni diş öz yerindən, yuvasından çıxa bilmir, dişlərin sırası pozulur. Bu isə estetik görünüşlə birlikdə uzunmüddətli müalicə tələb edən ortodentik problemlərə səbəb olur. Buna görə də süd dişləri mütləq müalicə edilməli, dişyuma vərdişləri erkən yaşdan aşılanmalıdır.


Dişlərin uzunömürlü, möhkəm olmamasının səbəbləri


Ağız və diş qulluğunun müntəzəm aparılmasının vacibliyini vurğulayan həkim-stomatoloq qeyd edib ki, ağızdakı bakteriyalar 12 saatdan bir çoxaldığından dişlər gün ərzində 2 dəfə fırçalanmalı, hər qida qəbulundan sonra isə yaxalanmalıdır: "Dişlər axşam fırçalandıqdan sonra isə qida qəbul edilməməlidir. Belə ki, ağız boşluğunda olan bəzi bakteriyalar qida qalıqlarını parçalayaraq turşu ifraz edirlər. Bu turşu da diş minasını zədələyir, kariyesin yaranmasına səbəb olur. Diş fırçası düzgün seçilməli, nə çox sərt, nə də çox yumşaq olmalı və hər 3 aydan bir dəyişilməlidir. Bəzi insanlar düşünürlər ki, dişləri sərt fırçalasalar, daha yaxşı təmizlənəcək. Bu, tamamilə yanlış düşüncədir. Diş fırçası ilə yanaşı, diş ipləri də ağız təmizliyində faydalıdır. Bəzən fırçalar diş aralarına daxil ola bilmir, bu zaman köməkçi vasitə kimi diş saplarından istifadə edilməlidir. Antiseptik ağız yaxalayıcılarından isə adətən ortodentiyada breket və implantlardan istifadə zamanı yararlanmaq lazımdır".   

Kəmalə Kamalova onu da qeyd edib ki, dişlərin uzunömürlü, möhkəm olmamasının səbəbi əksər hallarda genetika və əlverişsiz mühitlə əlaqələndirilir: "Sağlam dişlərdə genetikanın rolu olsa da, faizlə götürdükdə bu, elə də çox deyil. Amma doğulub, böyüyən ərazinin bunda rolu böyükdür. Bəzən elə olur ki, pasiyentlər deyirlər ki, biz filan bölgədənik, buna görə də ailədə əksəriyyətimizin dişi çürüyür. Bu, doğru təxmindir. Belə ki, bəzi endemik ərazilərdəki suyun tərkibində dişlərimizin ömrünü uzadan mineralların faizi aşağıdır. Bu zaman minerallaşdırılmış sulardan və vitamin-mineral komplekslərindən istifadə etmək tövsiyə olunur".

Sağlam dişlər üçün qida rasionuna da diqqət etməyin vacibliyini vurğulayan mütəxəssisin sözlərinə görə, qazlı, şəkərli içkilərin tərkibində ph turşuluq balansı həddindən artıq yüksəkdir. Ağız boşluğu zəif qələvi mühitdür. Ph maddəsi bu qələvi mühiti turş mühitə çevirir. Nəticədə dişlərin emalı zədələnir, qoruyucu təbəqə zəifləyir. "Fast food" və şirniyyatların tərkibində isə karbonidrat həddindən artıq yüksəkdir. Bu da ağız boşluğunda şərti patogen və patogen mikrofloranın artmasına zəmin yaradır. Sağlam qidalanma, düzgün qulluq  və ildə iki dəfə həkim müayinəsinə getməklə sağlam dişlərə asanlıqla sahib olmaq olar.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçirilib

22:19
29 Mart

Premyer Liqa: “Neftçi” və “Sumqayıt”ın oyunları heç-heçə ilə yekunlaşıb

22:01
29 Mart

Antonio Quterreş Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib

21:32
29 Mart

Azərbaycan mütəxəssisləri Qazaxıstanda robot texnikası üzrə məharətlərini nümayiş etdirir

21:05
29 Mart

Ankarada su anbarlarının səviyyəsi azalır

20:47
29 Mart

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

20:17
29 Mart

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb

18:44
29 Mart

Ağsu çayı üzərində asma körpü və yeni tunel: magistral yol yenilənir

18:43
29 Mart

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyevadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Ramazan bayramı münasibətilə təbrik

18:40
29 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:11
29 Mart

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyevadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Novruz bayramı münasibətilə təbrik

18:01
29 Mart

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazdan

17:47
29 Mart

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

17:31
29 Mart

Bakıda “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB

17:23
29 Mart

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

17:00
29 Mart

BMT Konqo Demokratik Respublikasında aclıq təhlükəsi ilə bağlı həyəcan təbili çalıb

16:34
29 Mart

“Türkiye” qəzeti: Fransa islamofob dövlətə çevrilib

16:25
29 Mart

Yeni kaledoniyalı iştirakçı: Biz Makron hakimiyyətinin diktaturası isə üz-üzəyik

16:04
29 Mart

Kanak xalqının nümayəndəsi: Azərbaycanı bizə terrorçu ölkə kimi tanıtmağa çalışırdılar

15:57
29 Mart

Danışan fotolar: Fransa müstəmləkəçiliyinin ağır nəticələri...

15:42
29 Mart

Azərbaycan gimnastları Bakıda keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar  

15:40
29 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!