Təbiətin oyandığı, Günəş şüalarının daha gur saçdığı bahar nə qədər xoş ovqat yaratsa da, özü ilə mövsümi narahatlıqlar da gətirir. Bu xəstəliklər ilk növbədə fəsil dəyişməsi ilə bağlı orqanizmdə baş verən proseslər və bəzi xarici amillərlə izah olunur.
Mart-aprel ayları ənənəvi olaraq avitaminoz, yəni vitamin çatışmazlığı dövrü hesab edilir. Bunun nəticəsində daimi yorğunluq, süstlük, stres, pis əhvali-ruhiyyə, dırnaqların və saçların kövrəkləşməsi müşahidə olunur. Avitaminozla mübarizədə ən effektiv vitamin C vitaminidir. Kəskin C vitamini çatışmazlığı hətta astma, ateroskleroz, xərçəng, kandida infeksiyaları, Crohn xəstəliyi, hipertoniya, infeksiyalar, osteoartrit, ekzema, hepatit, mədə xorası və katarakt kimi bir çox xəstəliyə də səbəb olur.
Əsasən qış meyvələrində olan yüksək antioksidant xüsusiyyətlərə malik bu vitaminə yaz məhsullarında da rast gəlmək mümkündür. Yazda havaların tədricən isinməsi ilə əlaqədar orqanizm bədənin istiliyini lazımi qaydada saxlamaq üçün o qədər də çox enerji sərf etmir. Ona görə də qışda istifadə edilən heyvani zülalların bir hissəsini bitki zülalları ilə əvəz etmək olar. İmmun sistemini gücləndirmək, dəri sağlamlığını yaxşılaşdırmaq və dəmirin mənimsənilməsini artırmaq kimi mühüm funksiyaları yerinə yetirən C vitaminini ən yüksək konsentrasiyada ehtiva edən məhsullar arasında çiyələk, gilas, alça, pomidor, kahı, kivi, turp, şüyüd, cəfəri, kəvər, brokoli, limon, qırmızı və yaşıl bibər yer alır.
C vitamini dedikdə ağlımıza ilk gələn meyvə portağal olsa da, bu vitaminin daha zəngin mənbələri var. Əgər ortaölçülü portağalda 60-83 mq C vitamini varsa, kividə bu miqdar 84 mq-dir. Bundan əlavə, kivi fol turşusu, K və E vitaminləri ilə də zəngindir. Doğru kivi seçərkən, meyvənin mümkün qədər təzə olduğuna, yeni yığıldığına diqqət etmək vacibdir. Mütəxəssislərin fikrincə, meyvə yığılan kimi qida dəyərini itirməyə başlayır. Yol nə qədər uzun olarsa, kivi də bir o qədər öz xüsusiyyətlərini itirir.
Qırmızı və yaşıl bibər də sözügedən vitaminlə zəngindir. Yarım stəkan doğranmış bibərdə təxminən 144 mq C vitamini var ki, bu da insanın gündəlik ehtiyacını ödəmək üçün kifayətdir. Bolqar bibərinin tərkibində beta-karotin kimi antioksidantlar da var.
Çiyələk yalnız şirin və dadlı deyil, həm də C vitamini ilə zəngindir. 8 çiyələkdə 1 portağaldan daha çox - təxminən 85 mq C vitamini var. Çiyələk beyin sağlamlığını dəstəkləyən və xərçəng riskini azalda bilən güclü antioksidantları ehtiva edir. Onun əsas antioksidantı meyvəyə qırmızı rəngi verən antosianindir. Çiyələyin tərkibindəki antosianinin miqdarı meyvə yetişdikcə artır. Beləliklə, çiyələk nə qədər qırmızıdırsa, deməli, bir o qədər xeyirlidir.
Sevimli meyvələrdən olan alça da güclü antioksidantdır. O, arterial təzyiqi tənzimləməyə, orqanizmdən toksinləri xaric etməyə kömək edir, damarları daha möhkəm və elastik edir. Meyvənin tərkibində B3 vitamini də var. Bu vitamin orqanizmi hüceyrə səviyyəsində müxtəlif mutasiyalardan qoruyur. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, çiyələyin tərkibindəki antioksidantlar beyindəki iltihabı aradan qaldırmağa, yaşla bağlı yaddaş itkisini gecikdirməyə və yaşlılarda Altsheymer xəstəliyi riskini azaltmağa kömək edir.
Mütəxəssislər bildirirlər ki, orqanizm düzgün, balanslı qidalanma, fiziki hərəkət və sağlam həyat tərzi ilə fəsil dəyişkənliklərinə hazırlıqlı olar.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"
“Azərişıq” ASC-nin sədri Zərdabda vətəndaşların müraciətlərini dinləyib
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Laçında işəgötürənlərlə görüş keçirilib
Arayik Harutyunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisindən aldığını bildirib
Komitə sədri: Biz artıq ən mükəmməl planlaşdırma aparırıq
Moldova portalı XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin çıxışına geniş yer ayırıb
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə start verilib
Bakıda və Abşeron yarımadasında temperatur 27 dərəcəyədək yüksələcək
İslam Dünyası Elmlər Akademiyasının sabiq baş direktoru: Bakı Qlobal Forumu dünyada bir nömrəli siyasi forumdur
Tramp: Rusiya ilə razılaşmanı imzalamasaq, daha çox hadisələr baş verəcək
Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb
Xocalıya köçən sakin: Fəxrlə doğma yurduma qayıtmışam
Azərbaycan əraziləri işğal altında olarkən Qarabağda istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb
İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda gömrük məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb
Anar Quliyev: Dövlət büdcəsindən azad edilmiş ərazilərdə yenidənqurma işlərinə böyük vəsait ayrılıb
Volkan Bozkır: Azərbaycanın Qarabağda apardığı tikinti-quruculuq işləri nümunədir
Qırğızıstanın sabiq Baş naziri: Azərbaycan məqsədyönlü yanaşma sayəsində öz hədəflərinə çatacaq
Milli Məclis Nazirlər Kabinetinin 2024-cü il üçün illik hesabatını qəbul edib
Qlobal Bakı Forumunda panel iclası - “Yeni dünya düzənində orta güclər” YENİLƏNİB
Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının müxtəlif aspektləri müzakirə olunub
Slovakiyanın sabiq xarici işlər naziri: Forum qarşımızda duran qlobal vəzifələrin icrasına töhfə verir
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!