Ürək transplantasiyası ən ciddi ürək xəstəliklərini aradan qaldırmaq üçün həyata keçirilən cərrahi əməliyyatdır.
O, ürək çatışmazlığının son mərhələlərində, həyat tərzi dəyişiklikləri, dərmanlar və digər müalicə üsulları müvəffəqiyyətli olmadıqda son çıxış yoludur. Təəssüf ki, transplantasiya gözləyən insanlar üçün kifayət qədər ürək yoxdur. Bir insan uyğun orqan nəqli üçün aylarla gözləməlidir. Belə xəstələrin böyük bir qismi isə həmin müddətdə dünyalarını dəyişirlər.
Orqan nəqli olunanadək xəstələr süni ürək dəstək sistemlərindən yararlanırlar. 1990-cı illərin ortalarında hazırlanan, tədricən geniş istifadə olunan süni ürək dəstək sistemləri qısamüddətli və uzunmüddətli cihazlar olaraq 2-3 həftədən bir ilədək istifadə oluna bilər. Qısamüddətli cihazlar yalnız xəstəxanalarda istifadə üçün uyğundur və intensiv terapiya monitorinqi tələb edir. Bu cihazlar ürək transplantasiyası gözləyən xəstələrdə həyati təhlükə yaradan ürək çatışmazlığının inkişaf etdiyi hallarda istifadə olunur. Uzunmüddətli cihazlar xəstənin evə buraxılmasına və sosial həyatına davam etməsinə şərait yaradır.
Tədqiqatçılar ürək çatışmazlığı zamanı yaranan donor problemini həll etmək üçün uzun illərdir səy göstərirlər. 2022-ci ildə innovativ həll axtarışında olan mütəxəssislər tarixdə ilk dəfə olaraq genetik cəhətdən dəyişdirilmiş donuz ürəyini insana nəql ediblər. ABŞ vətəndaşı olan 57 yaşlı Devid Bennet bu ürəklə cəmi iki ay yaşaya bilib. O, əməliyyatı haqqında "Ya öləcəkdim, ya da bu əməliyyatı keçirəcəkdim" deyib. Devid əməliyyatdan sonra ailəsi ilə vaxt keçirə bilib, hətta Amerika Futbol Liqasının finalına baxıb.
Təəssüf ki, orqan transplantasiyasında ən böyük maneə hiper-kəskin imtinadır. Bu zaman orqanizm köçürülmüş toxumanı o qədər yad kimi qəbul edir ki, onu məhv etmək üçün hərəkətə keçir. Orqanizmin ürəyi rədd etməməsi üçün onun geni dəyişdirilsə də, nəticə ürəkaçan olmayıb. Buna baxmayaraq, Devidin ailə üzvləri bu cür əməliyyatları "ümidlərin başlanğıcı" olduğunu qeyd edərək peşman olmadıqlarını bildiriblər.
Qısa müddət sonra Hərbi Dəniz Qüvvələrinin 58 yaşlı veteranı Lourens Fosetə də geni dəyişdirilmiş donuz ürəyi transplantasiya edilib. Foset əvvəllər keçirdiyi ürək-damar xəstəliyi və daxili qanaxma ilə bağlı ağırlaşma səbəbindən insan ürəyi transplantasiyasına yararlı olmayıb. O, əməliyyatdan sonra orqanizminin donor orqanına uyğunlaşması üçün xüsusi preparatlar qəbul etsə də, cəmi 6 həftə yaşaya bilib.
Ötən həftələrdə ürək transplantasiyasında inqilabi yeniliyə imza atılıb. Avstraliyada ilk dəfə olaraq titandan hazırlanmış süni ürəklə yaşayan xəstə evə buraxılıb. 40 yaşlı avstraliyalı kişi "BiVACOR" adlı cihazla üç aydan çox yaşadıqdan sonra ona donor ürək transplantasiyası edilib. Bu süni ürək donor çatışmazlığı səbəbindən transplantasiya gözləyən ürək çatışmazlığı xəstələri üçün müvəqqəti həll kimi istifadə edilir.
Sidneydəki Müqəddəs Vinsent Xəstəxanasında aparılan əməliyyat uğurla nəticələnib və xəstənin vəziyyətinin yaxşılaşdığı bildirilib. Donor tapılana qədər xəstələri həyatda saxlamaq üçün körpü rolunu oynayan "BiVACOR" mühəndis Daniel Timms tərəfindən hazırlanıb. Bu süni ürək ənənəvi ürək cihazlarından fərqli olaraq, fasiləsiz qan dövranını təmin edən maqnitli rotor texnologiyası ilə çalışır.
Tədqiqatçılar cihazın gələcəkdə donor ürəyi üçün uyğun olmayan bəzi xəstələrdə daimi alternativ ola biləcəyini irəli sürsələr də, bunun üçün əlavə klinik sınaqlar tələb olunur. Mütəxəssislər innovativ texnologiyanın ürək xəstəliklərinin müalicəsində yeni perspektivlər açacağını bildirirlər.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"
Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
“ExxonMobil” şirkəti ilə Xəzər dənizinin külək enerjisi potensialı müzakirə olunub
Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib YENİLƏNİB
Ruben Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs ifadə verib
bp şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib
ANAMA-da Bosniya və Herseqovinanın nümayəndə heyəti ilə görüş keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Balakəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Xankəndi şəhərində məskunlaşma olan yaşayış yerləri telekommunikasiya xidmətləri ilə təmin edilib
Bakıda və Abşeron yarımadasında 32 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
Ağdaşda özünüməşğulluq proqramı çərçivəsində 800-dək şəxs üçün kiçik təsərrüfat yaradılıb
Çin alimləri xərçəngin müalicəsində sıçrayış ediblər
“Apple” yeni modelini təqdim etməyə hazırlaşır
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“AzerGold” Göygöl rayonunda növbəti sosial yardım aksiyası təşkil edib
Ölkə ərazisində qəzalı binalara dair müşavirə keçirilib
XİN: Ermənistan Baş nazirinin ofisinin sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən bəyanatını rədd edirik
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcək - XƏBƏRDARLIQ
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!