12 Dekabr 2025 09:20
1344
Səhiyyə
A- A+
COVID-19 vaksinlərinin yeni müsbət təsirləri aşkarlanıb

COVID-19 vaksinlərinin yeni müsbət təsirləri aşkarlanıb


Koronavirus pandemiyası dünyada milyonlarla insanın həyatını dəyişdirməklə birlikdə, tibb elminə də yeniliklər gətirdi. Pandemiya dövründə istifadə olunan mRNA texnologiyalı vaksinlər ilk növbədə virusa qarşı qoruma məqsədi daşısa da, son araşdırmalar onların gözlənilməz və bir o qədər də ümidverici başqa təsirini üzə çıxarıb. "Nature" elmi-tədqiqat jurnalında dərc edilən araşdırmaya görə, sözügedən peyvənd müəyyən xərçəng növləri olan xəstələrin sağ qalma müddətini əhəmiyyətli dərəcədə uzadır. Mühüm dönüş nöqtəsi hesab olunan bu xəbər elmi ictimaiyyətdə böyük rezonans yaradıb.

Tədqiqat ABŞ-nin Texas Universitetinin MD Anderson Xərçəng Mərkəzində aparılıb. Araşdırma çərçivəsində ağciyər xərçənginin 3-cü və 4-cü mərhələlərində olan xəstələrin tibbi məlumatları təhlil edilib və onların bəzilərinin COVID-19 pandemiyası dövründə Pfizer və Moderna mRNA vaksinlərini qəbul etməsindən əvvəl və sonra ümumi klinik vəziyyəti müqayisə olunub. Nəticələr gözləniləndən qat-qat təsirli olub. İmmunoterapiya müalicəsi alan və müalicənin ilk 100 günü ərzində mRNA vaksini qəbul edən xəstələrin orta sağ qalma müddəti 37,3 aya yüksəlib. Eyni müalicəni alan, lakin vaksin qəbul etməyən xəstələrdə isə bu göstərici 20,6 ay təşkil edib. Bu, sağ qalma müddətində 75 faizlik artım deməkdir və onkologiyada son illərin ən diqqətçəkən tapıntılarından biridir.

İmmunoterapiya müasir onkologiyanın əsas istiqamətlərindən biridir. Bu müalicə üsulu immun sistemini xərçəng hüceyrələrinə qarşı aktivləşdirməyi hədəfləyir. Lakin immunitet sistemi bəzən xərçəng hüceyrələrini tanımaqda çətinlik çəkir, çünki bu hüceyrələr orqanizmin öz hüceyrələrindən törəyir. Alimlərin fikrincə, mRNA vaksinləri immun sistemində bir növ "oyanan siqnal" rolunu oynayaraq immun hüceyrələrini daha aktiv vəziyyətə gətirir. Bu, bədənin xərçəng hüceyrələrini daha sürətlə və effektiv şəkildə tanımasına kömək edir. Həmçinin qeyd edilir ki, vaksinlərin təsiri xərçəngə birbaşa yönəlməsə də, immunitetin ümumi aktivləşməsi nəticəsində xərçəngə qarşı müqavimət artır.

Mütəxəssislər bildirirlər ki, bu mexanizmin daha dərindən araşdırılması gələcəkdə universal xərçəng vaksinlərinin hazırlanması üçün mühüm baza rolunu oynaya bilər. Onların sözlərinə görə, koronavirus dövründə təhlükəsizliyi milyonlarla insanda sübut olunmuş mRNA texnologiyası həm ucuz, həm də geniş tətbiq oluna bilən onkoloji müalicə vasitəsinə çevrilə bilər. Bu texnologiyanın üstünlüyü ondan ibarətdir ki, ənənəvi kimyaterapiyanın əksinə olaraq, o, sağlam hüceyrələrə daha az zərər vurur və yan təsirləri azdır.

Xərçənglə bağlı bu ümidverici araşdırma ilə yanaşı, mRNA vaksinlərinin uzunmüddətli təhlükəsizliyini qiymətləndirən başqa genişmiqyaslı tədqiqatlar da aparılıb. Fransada gerçəkləşdirilən və ümumilikdə təxminən 28 milyon insanı əhatə edən araşdırma bu vaksinlərin həm təhlükəsizliyini, həm də COVID-19-dan ölüm riskini azaltmaqda effektivliyini təsdiqləyib. 22,7 milyon peyvənd olunmuş və 5,9 milyon peyvənd olunmamış şəxsin təxminən 45 ay ərzində izlənildiyi araşdırmada peyvənd olunmuş insanların COVID-19-dan ölüm riski 74 faiz daha aşağı olub. Üstəlik, dördillik müşahidə dövründə vaksin olunmuş şəxslərdə bütün səbəblərdən ölüm riski artmayıb, əksinə, 25 faiz azalıb.

Tədqiqatın maraqlı tərəflərindən biri də peyvənd olunmuş şəxslərin əksəriyyətinin yaşca daha böyük, bir çoxunda isə xroniki xəstəliklərin olmasıdır. Əslində, bu qrupun riskli olması səbəbindən ölüm göstəricilərinin yüksək olacağı gözlənilsə də, nəticələrin tam əksi ortaya çıxıb: vaksinlər həm COVID-19-dan qoruyub, həm də ümumi ölüm ehtimalını azaldıb. Bu, mRNA vaksinlərinin uzunmüddətli təhlükəsizliyinə dair ən genişmiqyaslı sübutlardan biri kimi qiymətləndirilir.

Fransada aparılan araşdırma həm də ilk dəfə olaraq gənc yaş qrupunda - 18-59 yaş arasında  mRNA peyvəndlərinin uzunmüddətli təsirlərini qiymətləndirib və vaksin olunmuş şəxslərdə dörd il ərzində ölüm riskinin artmadığını, əksinə, azaldığını göstərib. Bu, daha əvvəl qısamüddətli nəticələrə əsaslanan narahatlıqları aradan qaldırır və vaksinlərin təhlükəsizliyini bir daha təsdiqləyir.

Son aylarda dünyada yenidən virus infeksiyalarının artması, üstəlik, xəstəlik əlamətlərinin koronavirusa bənzəməsi insanları narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatlarına əsasən, COVID-19-un yeni dalğaları qeydə alınmasa da, yoluxma hallarının artdığı müşahidə olunur. Bu da xəstəxanaya müraciətlərin sayını artırır. ÜST və digər səhiyyə qurumları xəbərdarlıq edirlər ki, risk altında olan qruplar üçün peyvənd zəruridir. Xüsusilə 65 yaşdan yuxarı insanlar, xroniki ürək, ağciyər və böyrək xəstəlikləri olanlar, həmçinin kimyaterapiya və immuniteti zəiflədən müalicələr alan şəxslər peyvəndi gecikdirməməlidirlər.

Mütəxəssislər bildirirlər ki, risk qrupları üçün həm mövsümi qrip peyvəndi, həm də ən son COVID-19 peyvəndləri aktual olaraq qalır. Çünki elm çox aydın şəkildə göstərir ki, peyvənd olunmuş şəxslərdə xəstəxanaya yerləşdirilmə ehtimalı 40 faiz, reanimasiya şöbəsinə intubasiya ehtiyacı isə 80 faiz azalır. Bu, təkcə şəxsi sağlamlığı deyil, səhiyyə sisteminin ümumi yükünü də azaltmağa xidmət edir.

Koronavirusun daha yüngül keçdiyi sağlam və gənc yaş qruplarında belə, infeksiyanın uzunmüddətli fəsad yaratdığı hallar az deyil. Buna görə də peyvəndlər yalnız ağırlaşmaların qarşısını almaqla kifayətlənmir, həm də post-COVID sindromlarının yayılmasını azaldır. Məhz bu səbəbdən mütəxəssislər pandemiya sonrası dövrdə belə peyvəndləmənin vacibliyini vurğulayırlar.

Bu gün tibbin qarşısında duran əsas vəzifə mövcud kəşflərin klinik praktikaya mümkün qədər tez və təhlükəsiz şəkildə tətbiq edilməsidir. Tədqiqatçıların fikrincə,  mRNA texnologiyası gələcəkdə bir çox xəstəliklərin müalicəsində inqilabi dəyişikliklər edəcək. Həm təhlükəsizliyi, həm də immun sistemi aktivləşdirmə qabiliyyəti bu vaksinləri gələcəyin ən perspektivli biotexnoloji alətlərinə çevirir. 

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Davosda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüş keçirilib YENİLƏNƏCƏK  

16:24
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

Tramp: İran danışıqlar aparmaq istəyir

15:16
22 Yanvar

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib  

15:01
22 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

14:53
22 Yanvar

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub  

14:49
22 Yanvar

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır  

14:48
22 Yanvar

Donald Tramp: Bu gün dünya daha təhlükəsiz və sabit yerə çevrilib

14:43
22 Yanvar

ABŞ-ın müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq  

14:43
22 Yanvar

Tramp: Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik  

14:42
22 Yanvar

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar  

14:39
22 Yanvar

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

14:33
22 Yanvar

Azərbaycanla NATO arasında əməkdaşlıq imkanları müzakirə olunub  

14:28
22 Yanvar

Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək  

14:21
22 Yanvar

Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların sayı 150-yə çatıb  

14:11
22 Yanvar

Avropada qazın qiymətində rekord bahalaşma qeydə alınıb  

14:03
22 Yanvar

Media: Tramp Qrenlandiyanın hər bir sakininə 1 milyon dollar ödəyə bilər  

13:52
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!