14 Mart 2026 09:15
3774
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Mağazadan ütü almışam, lakin işləməsində müəyyən problemlər var. Ütünü yenisi ilə dəyişdirmək üçün mağazaya getsəm də, onu dəyişmədilər. Mağazanın satıcısı dedi ki, alınan mallar nə qaytarılır, nə də ki dəyişdirilir. Bu barədə divara vurulmuş məlumatı da mənə göstərdi. Bu düzgündür?


Könül QASIMOVA,

Xırdalan şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

- lazımi keyfiyyətli mala dəyişdirməyi;

- satış qiymətini uyğun məbləğdə azaltmağı;

- malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

- malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;

- müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Həmçinin qanunun 7-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə, satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.

İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan 2 ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 7-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan tələblərdən hər hansı birinin yerinə yetirilməsini irəli sürə bilər.

Bundan başqa, qanunun 10-cu maddəsinin 6-cı hissəsinə əsasən, malların (işlərin, xidmətlərin) geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərəri istehsalçı (icraçı) tam həcmdə ödəməlidir.

Beləliklə, aldığınız məhsulda qüsur halı mövcuddursa, o zaman onu istehlakçıya qaytarmaqla yuxarıda qeyd olunan tələb hüquqlarınızdan istifadə edə bilərsiniz. Əgər istehlakçı tələbinizi yerinə yetirməkdən imtina edərsə, o zaman müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət etməyiniz tövsiyə olunur.


- Bir nəfərin dostuma böyük məbləğdə borcu var. Borcu qaytara bilmədiyi üçün əvəzində torpaq sahəsi vermək istəyir. Dostum isə hazırda başqa ölkədədir və həmin torpağın mənim adıma keçirilməsini istəyir. Bu mümkündürmü və bunu qanuni şəkildə necə həyata keçirmək olar? 

Fərqan OSMANLI, 

Qobustan rayonu


- Sualınıza cavab olaraq bildiririk ki, bəli, bu hüquqi cəhətdən mümkündür. Belə ki, mülki münasibətlərdən dolayı yaranmış borcun tərəflərin (borc verən və borc alan) razılaşmasına uyğun olaraq, əvəzləşdirilməsi həyata keçirilə bilər. Bu əvəzləşmə adətən borcun qaytarılması üçün nəzərdə tutulan müddətin başa çatmasından sonra baş verir. Lakin nəzərə alınmalıdır ki, tələbin əvəzləşdirilməsi icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da həyata keçirilir. 

Tələbin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir, məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsız sayılır. 

Burada borc münasibətlərinin rəsmi və qeyri-rəsmi olaraq yaranmasına xüsusi diqqət ayırmaq lazımdır. Çünki rəsmi olaraq verilmiş borc üzrə tələbin əvəzləşdirilməsi proseduru, qeyri-rəsmi olaraq verilmiş borc tələbi üzrə fərqli xüsusiyyətlərə malik ola bilər. Qeyri-rəsmi verilmiş borc münasibətilə bağlı tələbin əvəzləşdirilməsi müvafiq bağışlama və ya alqı-satqı yolu ilə mümkündür.

Suala uyğun olaraq tərəflər aralarında mövcud olan borc münasibətlərindən dolayı yaranmış borcu digər əmlakla (torpaq sahəsi və s.) əvəzləşdirə bilərlər. Belə olan halda borcalan mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsini borcverənin mülkiyyətinə keçməsinə razılıq ifadə etməli, borcverən isə həmin torpaq sahəsinin onun mülkiyyətinə keçməsinə razılıq verməlidir. 

Dostunuzun xarici ölkədə olması bu hüququndan istifadə etməsinə maneə deyil. Belə ki, o, Sizə və başqa şəxsə müvafiq olaraq müəyyən hüquqların verilməsini (ötürülməsini) özündə əks etdirən etibarnamə verməklə bu hüququnu rahat şəkildə həyata keçirə bilər. Belə olan halda Siz və digər şəxs verilmiş etibarnamə əsasında dostunuzun adından çıxış edirsiniz və onun adından torpaq sahəsinin dostunuzun mülkiyyətinə keçməsinə razılıq verirsiniz.

Dostunuzun razılığı əsasında Siz həmin torpaq sahəsinin öz mülkiyyətinizə keçməsini də həyata keçirə bilərsiniz. Bunun üçün ilkin olaraq borclu şəxslə dostunuz, daha sonra Sizinlə dostunuz arasında müvafiq razılaşma olmalıdır. Belə olan halda borclu şəxs tərəfindən mülkiyyətində olan torpaq sahəsinin Sizin adınıza keçməsinə, Sizin isə həmin torpaq sahəsini mülkiyyətinizə keçməsinə razılıq verməniz başlıca şərtdir.


Sualları cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!