Hər kəs yazın gəlişini, havaların isinməsini səbirsizliklə gözləyir. Baharda qan durulur, təzyiq yüksəlir, təbiət kimi orqanizm də oyanır. Bioritmlərin və hormonal balansların kəskin dəyişməsi isə əksər insanlarda yaz depressiyasına səbəb olur.
Bəs yaz depressiyasının əlamətləri nələrdir? Ondan necə qurtulmaq olar?
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov yaz depressiyasının bioloji və psixoloji faktorlarla əlaqəli olduğunu deyib. Mütəxəssisin sözlərinə görə, yaz depressiyası, adətən, mövsümi affektiv pozuntu (MAP) çərçivəsində dəyərləndirilən bir məqamdır və insanların psixoloji vəziyyətinə təsir edən mühüm dəyişikliklərlə müşayiət olunur. Fərqli simptomlarla özünü göstərən bu narahatlığın şiddəti insandan-insana dəyişir. Əsas əlamətləri halsızlıq, enerji, diqqət və konsentrasiyanın azalması, yuxu rejiminin pozulması, iştahanın dəyişməsi, qıcıqlanma və emosional həssaslıq, həyatdan zövq almamaqdır.
"Yaz depressiyasının yaranmasında bir neçə bioloji faktor rol oynayır. Buraya melatonin və serotonin balansının pozulmasını, bədənin bioloji ritmlərinin dəyişməsini, hormon balansındakı dəyişiklikliyi və sairə daxil edə bilərik. Yaz depressiyasının psixoloji səbəbləri kimi gözləntilərlə reallıq arasındakı uyğunsuzluqlar göstərilir. Belə ki, yaz fəsli əksər insanlar üçün yeni başlanğıclar və canlanma dövrü kimi qəbul edilir. Əgər insan bu dəyişikliklərə hazır deyilsə və ya gözlədiyi yenilikləri əldə edə bilmirsə, psixoloji təzyiq və məyusluq hiss edə bilər. Müqayisə və sosial təzyiqlər də bu prosesdə mühüm rol oynayır. Bahar fəslində insanlar daha çox sosiallaşmağa və açıq havada vaxt keçirməyə meyilli olurlar. Əgər bir insan özünü yetərincə aktiv hiss etmirsə, sosial mediada və ətrafında baş verən pozitiv dəyişikliklərlə müqayisədə özünü uğursuz və ya geri qalmış hiss edirsə, əlbəttə ki, o, depressiya yaşaya bilər. Onu da nəzərə almaq lazımdır ki, insanlar qış aylarında daha çox evdə vaxt keçirir, müəyyən bir gündəlik rejim formalaşdırırlar. Yazın gəlişi ilə sosial həyatın canlanması, insanların daha çox fəaliyyət göstərməsi isə bəzi insanlarda stres və uyğunlaşma çətinlikləri yarada bilər", - deyə mütəxəssis qeyd edib.
Yaz depressiyasının davametmə müddəti insandan-insana dəyişir. Elnur Rüstəmovun sözlərinə görə, bu vəziyyət, yazın əvvəlində, mart-aprel aylarında başlayıb, 4-8 həftə davam edə bilər. Bəzi insanlarda isə yayın ortalarına, iyun, iyul aylarına qədər uzanır. Əgər yaz depressiyası 2-3 aydan çox davam edirsə və hər il təkrarlanırsa, mütləq psixoloq və ya psixiatr dəstəyi almaq lazımdır.
Yaz depressiyası hər kəsdə eyni dərəcədə müşahidə olunmur. Bəzi insanlar mövsümi dəyişikliklərə daha həssasdır və onların psixoloji vəziyyəti daha çox təsirlənir. Əsas risk qruplarına əvvəlki illərdə payız-qış depressiyası və ya yaz depressiyası yaşamış insanlar daxildir. Eyni zamanda depressiya, bipolar pozuntu, anksiyete (həyəcan-təşviş) pozuntusu, obsesiv-kompulsiv pozuntu (OKP) kimi psixi xəstəliklərdən əziyyət çəkən insanlarda yaz depressiyası daha ağır formada keçə bilər. Hormonal dəyişikliklər emosional vəziyyətə təsir etdiyi üçün tiroid vəziləri ilə bağlı problemləri olanlar da yaz depressiyasına daha meyilli olurlar. Gecə növbəsində işləyən, qeyri-stabil həyat tərzi keçirən, dostları və ailəsi ilə az ünsiyyətdə olan, iş və ya sosial həyatında problemlər yaşayan insanlar da bu mövsümi narahatlığı daha ağır keçirirlər.
Bir neçə il ardıcıl təkrarlanan yaz depressiyası müalicə olunmazsa, xroniki hala çevrilə, bir müddət sonra daha ciddi psixi pozuntuların yaranmasına səbəb ola bilər. Psixoloq bildirib ki, xronikləşmənin qarşısını almaq üçün mütəmadi psixoloji və fiziki sağlamlığa diqqət yetirməli, depressiya əlamətlərini erkən mərhələdə aşkarlamalı və tədbirlər görülməlidir. Depressiyanı yüngülləşdirmək və ya onun təsirini azaltmaq üçün yuxu rejimini nizamlamaq, gün işığından daha çox yararlanmaq, fiziki və sosial aktivliyi artırmaq, meditasiya etmək, gündəlik gəzintilərə çıxmaq, dostlarla və ailə üzvləri ilə vaxt keçirmək vacibdir. Əsas məqsəd psixoloji və bioloji tarazlığı bərpa etmək, sosial sağlam həyat tərzi formalaşdırmaq və sosial aktivliyi artırmaqdır. Əgər bu üsullar nəticə vermirsə və depressiv əlamətlər daha uzun müddət, yazın ortalarına qədər davam edirsə və ya şiddətlənirsə, gündəlik həyatı ciddi şəkildə çətinləşdirirsə, bu artıq mövsümi affektiv pozuntudan daha ciddi bir psixi problemə işarədir və mütəxəssis müdaxiləsi tələb edir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"
X.R.Vəliyevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar cəmiyyəti ASCO-nun Dəniz Nəqliyyat Donanmasının inzibati binasının pilləkən pillələrinə və pəncərə mailliklərinə mərmərin quraşdırılması xidmətlərinin (material və işçilik daxil) satın alınması məqsədilə müsabiqə elan edir
Levon Mnatsakanyan: Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi – MƏHKƏMƏ
Elm və təhsil naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib
MN: Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub
Xarici İşlər Nazirliyi Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün iftar tədbiri təşkil edib
Azərbaycanla Gürcüstan arasında din sahəsində əlaqələr müzakirə olunub
Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub
Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərini dünyaya çatdıran mükəmməl platformadır
Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində videoformatda müşavirə keçirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirilib
YAP-ın İdarə Heyətinin iclasında 2024-cü il üzrə maliyyə hesabatı təqdim olunub
Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclası keçirilib
Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiyanın “Dostluq” ordeni təqdim edilib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Zabux kənd məktəbində Novruz şənliyi keçirilib
RİNN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
Bu il 420 mindən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb ediləcək
Mnatsakanyan: İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!