Azərbaycanı dünyaya tanıdan mühüm məqamlardan biri ölkəmizin beynəlxalq tədbirlər məkanına çevrilməsidir. Artıq uzun müddətdir ki, beynəlxalq tərəfdaşlığın, sivilizasiyalararası əməkdaşlığın ən səmərəli və uğurlu platformalarını yaradan Azərbaycan hazırda çox mühüm forumlara, konfranslara evsahibliyi edir, irəli sürdüyü təşəbbüslər qlobal miqyasda hər zaman dəstəklənir.
Təsadüfi deyil ki, Bakı Qlobal Forumu, Bakı Beynəlxalq Humanitar Forumu kimi tədbirlər hər zaman maraqlı və səmərəli diskussiyalarlarla, təşəbbüslərlə, yeni yanaşmaların meydana çıxması ilə yadda qalır. Martın 13-dən 15-dək Bakı şəhərində keçirilən XII Qlobal Bakı Forumu da bu baxımdan əlamətdar oldu.
Xatırladım ki, Qlobal Bakı Forumu Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Birinci Forum 2013-cü ildə keçirilib. Ən mühümü odur ki, ilk gündən Qlobal Bakı Forumu dünyanı düşündürən məsələlərin müzakirə olunduğu platforma kimi tanınıb. Təsadüfi deyil ki, hər bir Forum əvvəlkilərə nisbətən iştirakçıların sayının artması ilə əlamətdar olub. İndiyədək keçirilmiş forumların hər birinin mövzularını nəzərdən keçirdikdə aydın olur ki, məhz Bakıda siyasi liderlərin, politoloqların, nüfuzlu dövlət xadimlərinin iştirakı ilə dünyanı narahat edən ən aktual məsələlər müzakirə edilib. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr edilən XII Qlobal Bakı Forumunda 400-ə yaxın iştirakçının, hazırda fəaliyyətdə olan dövlət başçılarının, sabiq prezidentlərin, Baş nazirlərin, həmçinin BMT strukturlarının rəhbərlərinin, alimlərin iştirakı bir daha təsdiq etdi ki, Bakı qlobal problemlərin müzakirə olunduğu ünvandır.
XII Qlobal Bakı Forumunun ən yaddaqalan məqamlarından biri Prezident İlham Əliyevin açılış mərasimində etdiyi dərin məzmunlu çıxış oldu. Öncə onu qeyd edim ki, əvvəlki forumların da hər birinin açılış mərasimində Prezident İlham Əliyev çıxış edib. Dövlətimizin başçısı nitqlərində Forumun mövzusuna uyğun olaraq dünyanı düşündürən məsələlərin aydın və dəqiq təhlilini verib, problemlərin həlli yollarını izah edib, təşəbbüslərlə çıxış edib. Eyni zamanda həmin çıxışlarında Prezident İlham Əliyev Azərbaycanın üzləşdiyi ədalətsizlikləri dünyaya çatdırıb, Ermənistanın işğal siyasətini ifşa edib. Olduqca qürurvericidir ki, artıq 5-ci ildir Qlobal Bakı Forumu həm də Azərbaycanın Vətən müharibəsindəki zəfərini, torpaqlarını işğaldan azad etməsini və digər möhtəşəm uğurlarını dünyaya təqdim edən platforma kimi özünü göstərməkdədir.
Azərbaycan Prezidenti İlham Əliyevin martın 13-də XII Qlobal Bakı Forumunda etdiyi çıxışında da respublikamızın nailiyyətləri, dövlətimizin həyata keçirdiyi qətiyyətli siyasət beynəlxalq icitmaiyyətin diqqətinə çatdırıldı. Dövlətimizin başçısı Ermənistanın işğal siyasəti və bunun nəticəsində ölkəmizə vurulan zərər, Azərbaycanın öz ərazilərini işğaldan azad etməklə BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etməsi, COVID-lə əlaqədar respublikamızın həyata keçirdiyi fəaliyyət, COP29 zamanı Azərbaycana edilən təzyiqlər, Qərbin bu tədbirlə bağlı yürütdüyü qarayaxma kampaniyası ilə bağlı tədbir iştirakçılarını məlumatlandırdı. Eyni zamanda Prezident İlham Əliyev bəzi Avropa bürokratlarının həyata keçirdiyi məkrli siyasəti bu tədbirdə bir daha ifşa etdi, onların işğalçı Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışdıqlarını, bu ölkəni silahlandıraraq, o cümlədən Azərbaycanla sərhədə monitorinq adı altında kəşfiyyat missiyası göndərərək regionda vəziyyəti gərginləşdirməyə cəhd etdiklərini Forum iştirakçılarının diqqətinə çatdırdı. Bütün bunlarla yanaşı dövlətimizin başçısı USAID kimi təşkilatların, korrupsioner Menendesin, eləcə də Adam Şif, Frenk Pallone, Nensi Pelosi kimi şəxslərin ABŞ-dakı erməni diasporundan pul alaraq Azərbaycanı gözdən salmağa çalışdıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı hər birimizdə qürur doğurdu. Eyni zamanda bu çıxış ölkəmizdən kənarda da maraqla izləndi. Beləliklə, göründüyü kimi Qlobal Bakı Forumu həm də Azərbaycanın həqiqətlərini, ölkəmizin nailiyyətlərini və qələbələrini dünyaya çatdıran mükəmməl siyasi platformadır.
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı,
“Azeri Light” markalı neft bahalaşıb
Daha iki itkin-şəhidin dəfn mərasimi olacaq
Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb
Vəkilliyə namizədlərlə görüşdə peşə nüfuzunun yüksəldilməsindən danışılıb
Zelenski: Ukrayna 3000 km məsafə qət edə bilən dronunu uğurla sınaqdan keçirib
Fransada irqçilik, ksenofobiya və din əleyhinə cinayətlər artıb
Azərbaycan 2024-cü ildə terror hadisəsi qeydə alınmayan ölkələr sırasındadır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak ediblər YENİLƏNƏCƏK
Lənkəranda zəlzələ olub
MN: Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub
Ürək çatışmazlığında innovativ həllər
Ağ Evdən növbəti qərar
Sorağı əsrlərə yetəcək soyqırımı
Çiçək ətirli bahar gəlir
Tarixi keçmişimizi, adət-ənənələrimizi özündə yaşadan müqəddəs bayram
Torpaq çərşənbəsi
Ermənistanda biznesə vergi terroru
Avropa Parlamentinin ölkəmizə qarşı növbəti qərəzi
AP-nin qətnaməsi anti-Azərbaycan ritorikasının pik həddidir
Azərbaycan hava nəqliyyatında da mühüm tranzit ölkəyə çevriləcək
Hökumət hesabat verdi
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!