Azərbaycan tranzit ölkə kimi əlverişli coğrafi məkanda yerləşir. Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirən ən qısa marşrutlar ölkəmizin üzərindən keçir. Yeri gəlmişkən, xatırladaq ki, tarixən də Azərbaycan İpək yolu ticarət marşrutunda önəmli ölkə olub.
Hazırda strateji ticarət yolunun seçilməsində üç əsas şərt - təhlükəsizlik, qısa vaxt və ucuz tarif əsas rol oynayır. Azərbaycan bu üç şərtin ölkəmizdə icra olunması ilə yanaşı, region ölkələrinin də buna qoşulması üçün səylər göstərir. Dövlətimizin başçısının dediyi kimi, nəqliyyat infrastrukturunun formalaşmasında region ölkələri ilə yaxşı əlaqə qurmaq və birgə fəaliyyət göstərmək mühüm şərtdir. Nəqliyyat dəhlizləri ilə bağlı bir çox regional və qlobal tədbirlərin Azərbaycanda keçirilməsi də ölkəmizin bu sahədə aktiv fəaliyyət göstərməsinə əyani sübutdur.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan dünyada müxtəlif sahələri əhatə edən ən əhəmiyyətli tranzit ölkəsidir. Ölkəmiz təkcə nəqliyyat deyil, həm də neft-qaz, enerji və "yaşıl enerji" üzrə də etibarlı tranzit ölkə kimi tərəfdaşlarının etimadını qazanıb. İki mühüm beynəlxalq marşrutun - Orta dəhliz və "Şimal-Cənub" marşrutu üzrə qovşaq ölkə olması bizə qlobal səviyyədə strateji dövlət statusunu qazandırıb.
Azərbaycanda formalaşan daha bir nəqliyyat infrastrukturu ölkəmizə bu sahədə əlavə dividendlər qazandıracaq. Hava nəqliyyatında da tranzit ölkə statusu qazanması Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu daha da artıracaq. Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, Azərbaycanın hava nəqliyyatında da mühüm tranzit ölkə olmasına xüsusi fikir verir, bu məqsədlə infrastrukturun yaradılmasına ciddi diqqət yetirir. Dövlət başçısının sərəncamları ilə mövcud hava limanları yenidənqurma işləri aparılaraq beynəlxalq standartlara uyğunlaşdırılıb. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə 2 yeni beynəlxalq əhəmiyyətli hava limanları tikilib, 3-nün isə bu il açılması gözlənilir. Ümumiyyətlə, dövlət başçısının təşəbbüsü ilə 2013-cü ildən ötən 11 il ərzində ölkəmizdə beynəlxalq aeroportların sayı 8-ə çatıb və Laçında tikilən 9-cu, qeyd etdiyimiz kimi, tamamlanmaq üzrədir. Yeni dövlət proqramının icrası isə rəsmiyyətin sadələşdirilməsi, yükün, baqajın, poçt daşımaları hərəkətinin asanlaşdırılması, gecikmələrin qarşısının alınması, hava əlaqələrinin sürətləndirilməsi, sərnişinlərin rahatlığının və sərnişin məmnunluğunun artırılması ilə ölkəmizin bütün hava limanlarının aktivliyini yüksəldəcək, hava daşımaları HAB-ı kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək.
İqtisadi İslahatların Təhlili və Kommmunikasiya Məkrəzinin şöbə müdiri Aqil Əsədov deyir ki, hava nəqliyyatı ilə daşımaların sadələşdirilməsi ölkənin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu, daxili və beynəlxalq ticarət əlaqələrinin şaxələnməsinə, logistika proseslərinin sürətlənməsinə və xarici investisiyaların cəlb edilməsinə əlavə imkanlar yaradır. Hava yolu ilə daşımaların asanlaşdırılması həm də səyahətləri daha rahat və sürətli edərək turizm sektorunun inkişafına müsbət təsir göstərir. Hava nəqliyyatının genişləndirilməsi ölkəyə əlavə gəlirlərin əldə edilməsinə, yeni iş yerlərinin yaradılmasına və regionlar arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə də stimul verə bilər. Bu növ infrastrukturun inkişafı ölkənin strateji mövqeyini və beynəlxalq əlaqələrini gücləndirərək qlobal bazarda daha rəqabətqabiliyyətli olmağa imkan yaradır.
"Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir", - deyən Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə son dövrlər mühüm sənədlərin qəbulu sahənin imkanlarını daha da genişləndirir. Eyni zamanda qəbul edilən qərarlar, proqram və layihələr nəqliyyat sektoruna dövlətin diqqət və qayğısını nümayiş etdirməklə yanaşı, həm də Avroatlantik məkanın aparıcı nəqliyyat-tranzit qovşağı kimi Azərbaycanın uzunmüddətli hədəflərə istiqamətləndiyini göstərir. Bütün bunlar paralel olaraq etibarlı tərəfdaş kimi dövlətimizin mövqeyini möhkəmləndirir, Azərbaycanın öz öhdəlik və hədəflərinə sadiqliyini ifadə edir.
A.Əsədov bildirir ki, "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqram"nın təsdiq edilməsi ölkəmizin nəqliyyat-tranzit imkanlarını daha da artırmaqla bərabər, Azərbaycanı hava daşınmaları HAB-ına çevirəcək. Bu proqram qeyd olunan sahədə nəzarət və icra prosedurlarının beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması, kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsinə səbəb olacaq. Onun sözlərinə görə, dövlət proqramının həyata keçirilməsi nəticəsində hava daşımaları üzrə proseslər asanlaşacaq və əməliyyatların səmərəliliyinin artmasına nail olunacaq, sərhədlərin təhlükəsizliyi gücləndiriləcək, ticarət və turizmin inkişafına, həmçinin ümumi iqtisadi inkişafa və məşğulluğa töhfə veriləcək, keyfiyyətli aviasiya xidmətlərinin əlçatanlığı təmin ediləcək.
"Ümumilikdə 10 məqsədi və 10 hədəfi əhatə edən proqram qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq infrastruktur təminatının təkmilləşdirilməsi ilə reyslərin sayının artırılmasını və daşıma coğrafiyasının genişləndirilməsini təmin edəcək. Dövlət proqramı həm də mülki aviasiya daşımaları ilə bağlı mühüm qlobal əhəmiyyətə malik, 1944-cü ildə qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın tələblərindən irəli gələn məsələləri özündə cəmləşdirir", - deyə A.Əsədov bildirib. Bu proqram həmçinin hava daşımalarının sadələşdirilməsi və sərhəd nəzarəti ilə bağlı proseslərin səmərəli idarə edilməsində, eləcə də beynəlxalq hava daşımalarının sürətləndirilməsində mühüm rol oynayır. Proqram ölkəmizin hava nəqliyyatında təmin edilmiş dinamikanı daha da sürətləndirəcək, daşınmaları daha da intensivləşdirəcək.
Rüstəm KAMAL,
"Azərbaycan"
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Xankəndi şəhərində məskunlaşma olan yaşayış yerləri telekommunikasiya xidmətləri ilə təmin edilib
Bakıda və Abşeron yarımadasında 32 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
Ağdaşda özünüməşğulluq proqramı çərçivəsində 800-dək şəxs üçün kiçik təsərrüfat yaradılıb
Çin alimləri xərçəngin müalicəsində sıçrayış ediblər
“Apple” yeni modelini təqdim etməyə hazırlaşır
Mərkəzi Seçki Komissiyasının iclası keçirilir
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“AzerGold” Göygöl rayonunda növbəti sosial yardım aksiyası təşkil edib
Ölkə ərazisində qəzalı binalara dair müşavirə keçirilib
XİN: Ermənistan Baş nazirinin ofisinin sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən bəyanatını rədd edirik
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcək - XƏBƏRDARLIQ
Türkiyəli ekspert: Qlobal Bakı Forumunun nəticələri Azərbaycanın dünyadakı yeni rolunu nümayiş etdirir
Türkiyədə 18 Mart-Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümü qeyd edilir
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə biləşdirən körpü istifadəyə verilib
İsraillə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub
DYP Novruz bayramı ilə əlaqədar gücləndirilmiş rejimdə çalışacaq
Qazaxıstan Xəzər dənizində hərbi təlim keçirib
Birinci vitse-prezident Mehriban Əliyeva Ağdərədən paylaşım edib
Ötən il ölkənin xalis maliyyə aktivləri artıb
Fransızlar əmanətlərinin hərbi məqsədlər üçün istifadə olunmasını istəmirlər
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!