18 Mart 2025 15:38
235
SİYASƏT
A- A+
Türkiyəli ekspert: Qlobal Bakı Forumunun nəticələri Azərbaycanın dünyadakı yeni rolunu nümayiş etdirir

Türkiyəli ekspert: Qlobal Bakı Forumunun nəticələri Azərbaycanın dünyadakı yeni rolunu nümayiş etdirir


XII Qlobal Bakı Forumu Azərbaycanın paytaxtında keçirilərək enerji təhlükəsizliyi, regional sabitlik və İsrail-Fələstin münaqişəsi kimi əsas qlobal məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrildi.

Bu barədə AZƏRTAC-a türkiyəli politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Emir Aksoy bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın enerji geosiyasətində artan təsirini, eləcə də Cənubi Qafqazda artan diplomatik və hərbi rolunu vurğuladı. Forumda çıxışı zamanı Əliyev qeyd etdi ki, Azərbaycan təbii qazı birbaşa 12 ölkəyə ixrac edilir ki, onlardan 10-u Avropa ölkəsidir. Bu isə Rusiya-Ukrayna münaqişəsindən sonra dünya enerji bazarlarında dəyişən dinamikanı əks etdirir. Bu bəyanat Azərbaycanın Avropa İttifaqı üçün alternativ qaz təchizatçısı kimi mövqeyini möhkəmləndirdiyini göstərir və Avropanın Rusiya enerji resurslarından asılılığını azaltmaq cəhdləri fonunda xüsusi aktuallıq daşıyır. Cənub Qaz Dəhlizinin inkişafı Bakı üçün təkcə Avropa bazarlarında iştirakını gücləndirmək deyil, həm də regional enerji siyasətində müstəqilliyini artırmaq imkanı yaradıb”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, ABŞ və Aİ-nin Azərbaycana marağı təkcə enerji təhlükəsizliyi ilə məhdudlaşmır, ölkəni Mərkəzi Asiya ilə Avropa arasında strateji körpü kimi mövqeləndirir.

“Öz çıxışında Prezident İlham Əliyev Bakının regional sabitliyə sadiqliyini təsdiqləyərək bildirib ki, regionumuzu mövcud böhranlardan qorumaq bizim üçün həyati əhəmiyyət daşıyır. Bu bəyanat Azərbaycanın Cənubi Qafqazda təhlükəsizlik arxitekturasını müstəqil şəkildə formalaşdırmaq istəyini nümayiş etdirir. Qarabağda qazanılan qələbə ölkənin təkcə əsas enerji oyunçusu kimi deyil, həm də hərbi və diplomatik sahədə güclü qüvvə kimi statusunu möhkəmləndirib. Qlobal geosiyasi nöqteyi-nəzərdən Azərbaycanın rolunun güclənməsi regional güc balansında dəyişiklikləri əks etdirir, ABŞ-ın Cənubi Qafqazdakı təsirini artırır və Rusiyanın ənənəvi dominantlığını zəiflədir”, - deyə Mehmet Emir Aksoy bildirib.

Ekspertin sözlərinə görə, forumun mühüm mövzularından biri İsrail-Fələstin münaqişəsi olub ki, bu da beynəlxalq diplomatiyanın ən aktual problemlərindən biri kimi qalır. Azərbaycan İsraillə sıx iqtisadi və hərbi əlaqələrə malik olmaqla yanaşı, İslam dünyası ilə də tarixi münasibətlərə sahibdir və bu, ona balanslaşdırıcı güc kimi çıxış etməyə imkan yaradır. Bakının Təl-Əvivlə tərəfdaşlığı onun regional təsirini gücləndirir və İsrail ilə İslam ölkələri arasında vasitəçilik üçün imkanlar açır. Lakin Azərbaycanın bu münaqişənin həllində uğuru onun diplomatik təşəbbüslərinə beynəlxalq dəstəkdən asılı olacaq.

“Daha bir əsas mövzu Türkiyə və Azərbaycan arasındakı strateji tərəfdaşlıq olub ki, bu da regional təhlükəsizlik və enerji arxitekturasını dəyişməyə davam edir. “Bir millət, iki dövlət” konsepsiyası artıq sadəcə bir şüar deyil, əksinə, geosiyasi mənzərəni formalaşdıran reallığa çevrilib. Azərbaycanın Avropaya enerji tədarükü Türkiyənin regionun aparıcı enerji qovşağına çevrilmək ambisiyaları ilə üst-üstə düşərək Xəzər dənizindən Balkanlara qədər uzanan enerji təhlükəsizliyi dəhlizi yaradır. Geosiyasi baxımdan Türkiyə-Azərbaycan oxu Rusiyanın və İranın təsirini məhdudlaşdıran əsas amilə çevrilir.

Forumun nəticələri Azərbaycanın dünya siyasi arenasında yeni rolunu açıq şəkildə nümayiş etdirir. Ölkə təkcə Avropa üçün strateji enerji təchizatçısı kimi mövqeyini təsdiqləməklə kifayətlənmir, həm də Cənubi Qafqazda diplomatik və hərbi təsirini gücləndirərək regional təhlükəsizliyin formalaşmasında Türkiyə ilə birlikdə əsas oyunçuya çevrilir. Bu uzunmüddətli strateji dəyişiklik regionda Rusiyanın ənənəvi təsirinə ciddi bir çağırışdır”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycanın transformasiyası onun təkcə enerji sahəsində deyil, həm də beynəlxalq diplomatiya və hərbi strategiyada artan əhəmiyyətini vurğulayır. Türkiyə ilə dərinləşən ittifaq ikitərəfli münasibətlərin hüdudlarını aşaraq, Avrasiyanın gələcəyini müəyyən edəcək güclü geosiyasi qüvvəyə çevrilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!