18 Mart 2025 17:36
233
CƏMİYYƏT
A- A+
Xankəndi şəhərində məskunlaşma olan yaşayış yerləri telekommunikasiya xidmətləri ilə təmin edilib 

Xankəndi şəhərində məskunlaşma olan yaşayış yerləri telekommunikasiya xidmətləri ilə təmin edilib 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya sahəsinin inkişafıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMC tərəfindən Xankəndi şəhərində məskunlaşma olan bütün yaşayış yerləri və biznes subyektləri, internet də daxil olmaqla, telekommunikasiya xidmətləri ilə təmin olunub. Belə ki, GPON texnologiyasının tətbiqi ilə abunəçilərə yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri də təqdim edilib. Vətəndaşlar bu xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən Xankəndi şöbəsinə (ünvan: Xankəndi şəhəri), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.

“Aztelekom” MMC-nin mətbuat katibi Alidə Mustafayeva bildirib ki, bu günə olan məlumata görə, 94 biznes subyekti və 1209 ev təsərrüfatı telekommunikasiya xidmətləri ilə təmin edilib, yeni qoşulmalar davam edir.

İşğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarına, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı”na uyğun olaraq, ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərdə 1000 kİlometrdən çox magistral fiber-optik kabel və ya onun alternativi olan xətlərin layihələndirilməsi və çəkilməsi hədəflənib. Həmçinin Xankəndi şəhərində də müasir avadanlıqlar quraşdırılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirdiyi işlər çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Abonentlərin yüksəksürətli internetlə təmin edilməsi sakinlər tərəfindən razılıqla qarşılanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötənilki rekord istilər buzlaqları əridib

17:34
19 Mart

İlk daş alətlərin mənşəyinə dair yeni açıqlamalar

17:33
19 Mart

Emin Mahmudov yenidən oyuna qayıdır

17:33
19 Mart

“Azərkosmos” “Azerspace-1” üzərindən “IoT” xidmətini aktivləşdirib

17:30
19 Mart

Azərbaycan-Bəhreyn əməkdaşlığının perspektivləri müzakirə olunub

17:27
19 Mart

Türkiyənin energetika naziri Xəzər dənizində yataqların işlənməsində yeni tərəfdaşlığa hazır olduğunu bəyan edib  

17:26
19 Mart

Agentlik bayramdan sonra ilk dərs gününün tarixini açıqlayıb

16:49
19 Mart

Azərbaycan Ordusunun hərbi qulluqçuları qar uçqununa düşüblər, axtarış tədbirlərinə başlanılıb

16:29
19 Mart

Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşların müraciətlərini dinləyib  

16:04
19 Mart

“AzerGold”un KSM Komitəsinin üzvləri Göygöldə yerli sakinlərlə görüşüb

15:51
19 Mart

Ceyhun Bayramov Britaniyanın Dövlət katibi ilə regional vəziyyəti müzakirə edib

15:42
19 Mart

Aleksandar Vuçiç: Serbiyada xarici qüvvələr “rəngli inqilab”a cəhd etdilər

15:36
19 Mart

Vətən müharibəsi şəhidi Şakir Cəmillinin ailəsi ziyarət edilib

15:18
19 Mart

Kərə yağı adı ilə satılan daha bir neçə yağın tərkibində uyğunsuzluq aşkarlanıb 

15:02
19 Mart

Ağdərənin Həsənriz kəndinə köç etmək üçün 360 nəfər siyahıya alınıb – köç prosesi mərhələli şəkildə davam edəcək

14:53
19 Mart

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan Daşqın Behbudov Göyçayda dəfn edilib

14:39
19 Mart

Prezident İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib - YENİLƏNƏCƏK

14:29
19 Mart

Qızılın qiyməti yeni rekorda imza atıb

14:23
19 Mart

Allahşükür Paşazadə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

14:12
19 Mart

Rusiyanın Avropaya neft satışından əldə etdiyi gəlirlər aşağı düşüb

14:06
19 Mart

Gənclər və Idman nazirliyinin kollegiya iclasi keçirilib

13:30
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!