Novruz bayramı ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. BDYPİ-dən verilən məlumatda bildirilib ki, Novruz bayramı ilə əlaqədar ölkə yollarında nəqliyyat vasitələrinin və sərnişin axınının artması gözlənilir.
Qeyd olunub ki, Novruz bayramı ilə əlaqədar ölkə yollarında nəqliyyat vasitələrinin və sərnişin axınının artması gözlənilir: "Əhalinin bölgələrə, kəndlərə səfərlərinin artması, bayram şənliklərinin keçirildiyi məkanlarda sıxlığın yaranması nəzərə alınaraq, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu müddətdə respublikanın magistral yollarında, şəhərlərə və rayon mərkəzlərinə giriş-çıxışlarda, turizm və istirahət zonalarına aparan yollarda nəzarət tədbirləri gücləndiriləcək”.
Baş Dövlət Yol Polisi sürücüləri və piyadaları xüsusilə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır. Sürücülərə uzun səfərlər öncəsi nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaları, yorğun halda sükan arxasına əyləşməmələri tövsiyə edilir.
Bayram günlərində sərnişindaşıma ilə məşğul olan sürücülərə isə reysqabağı nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq və sürət həddini aşmamaq tövsiyə olunur.
Baş DYP İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarının bayramını təbrik edir və yol hərəkəti təhlükəsizliyə birgə töhfə verməyi xahiş edir.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında
Mərkəzi Seçki Komissiyasının 2025-ci il 12 fevral və 14 fevral tarixli iclas protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Şuşada əyləncəli bayram tədbiri keçirilib
Ukrayna Prezidentindən Tramp-Putin razılaşmasına ilk reaksiya
Ağdərə və Xocalıda İlaxır çərşənbə sevinclə qarşılanıb
Xankəndidə Novruz tonqalı alovlandırılıb
Ağalı kəndində İlaxır çərşənbəsi sevinci
Trampla Putin münaqişənin başa çatması barədə razılığa gəliblər
Qarabağ Universitetində İlaxır çərşənbə və Novruz bayramı ilə bağlı konsert proqramı təşkil edilib
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
Trampla Putin arasında telefon danışığı olub
Ordubad şəhərindəki Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub YENİLƏNİB
Prezident İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!