18 Mart 2025 16:28
272
DÜNYA
A- A+
“Apple” yeni modelini təqdim etməyə hazırlaşır

“Apple” yeni modelini təqdim etməyə hazırlaşır


Bu ilin ikinci yarısında “iPhone 17 Air” smartfonu təqdim ediləcək. Onun əsas fərqləndirici xüsusiyyəti rekord dərəcədə nazik, cəmi 5,5 mm gövdəyə sahib olmasıdır. Bu, onu “Apple” tarixində ən nazik gövdəli “iPhone” edəcək.

Şirkət hazırlıq prosesində heç bir girişə sahib olmayan konsepsiyanı nəzərdən keçirsə də, sonda bu ideyadan imtina edib. Bunun əsas səbəblərindən biri Avropa qanunvericiliyinin mobil cihazları USB-C girişi ilə təchiz etməyi məcburi etməsi ola bilər. “Apple” uzun müddətdir “MagSafe” texnologiyasını inkişaf etdirir və naqilsiz data ötürmə sistemlərini təkmilləşdirir, lakin fiziki interfeyslərin tamamilə ləğvi smartfonun Avropada satışının qadağan olunmasına səbəb ola bilərdi. Beləliklə, tamamilə naqilsiz cihaz konsepsiyası test edilsə də, “iPhone 17 Air” modelində USB-C girişi saxlanılacaq.

Smartfon 6,6 düym ölçülü ekrana sahib olacaq və “ProMotion” texnologiyasını dəstəkləyəcək. Bu texnologiya 120 Hz-ə qədər təsvir yenilənməsini təmin edir. “iPhone 17 Air” yalnız bir əsas kamera ilə təchiz olunacaq.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!