Suqovuşan kəndində 2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla, 5 yaşayış binasından ibarətdir. Bu binalarda, ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.
A.Telmanqızı bildirib ki, Suqovuşan kəndinə ilk köç prosesi 20 ailəni əhatə edib. Bu proses mərhələli şəkildə aparılacaq və kənd sakinləri doğma yurdlarında firavan yaşayacaqlar. Kəndə köçlə bağlı, ümumilikdə, 180 ailə (591 nəfər) siyahıya alınıb.
Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən sakinlərə evlərin açarlarını təqdim ediblər.
Suqovuşanın düşməndən azad olunması tarixinə yenidən nəzər salaq.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatının elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və “keçilməz” adlandırdığı ön müdafiə xətti yarıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz və Talış kəndlərini işğaldan azad etdi. Bu xoş müjdəni tviter hesabından xalqımıza çatdıran dövlətimizin başçısı Madagizin tarixi adını da bərpa edərək, onu Suqovuşan adlandırdı. Beləliklə, 1990-cı illərin əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən Suqovuşan və Talış kəndləri Vətən müharibəsinin yeddinci günündə azadlığına qovuşdu.
Suqovuşan və Talış Azərbaycan Ordusu üçün çox böyük strateji əhəmiyyətə malik ərazilərdən idi. Suqovuşanın azad edilməsi ilə mühüm əhəmiyyətə malik təminat yolları Azərbaycanın nəzarətinə keçdi. Bu döyüşlərdə Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirdi. Suqovuşan və Talışdakı yüksəkliklər strateji baxımdan çox əhəmiyyətli olduğundan bu yaşayış məntəqələrinin azad edilməsi Azərbaycan Ordusuna ətrafdakı əraziləri nəzarətdə saxlamaq imkanı verdi.
İndi işğaldan azad olunan digər ərazilərimiz kimi, Suqovuşanda da dövlətimiz tərəfindən genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Artıq Suqovuşan ilk sakinlərini qarşılayıb və insanlar uzun illər sonra doğma yurda qovuşmağın sevincini yaşayırlar.
Türkiyə və Somali liderləri arasında Ankarada danışıqlar aparılıb
Avropa Azərbaycan Mərkəzi ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının qərəzli hesabatı ilə bağlı bəyanat yayıb
Zelenski müttəfiqlərin hərbi kontingentinin Ukraynaya göndərilməsi şərtlərini açıqlayıb
Azərbaycanın Gürcüstandakı səfirliyi və AZEBİ 300-dən çox aztəminatlı ailəyə yardım edib
Britaniyada yoxsulluq şəraitində yaşayan uşaqların sayı rekord həddə çatıb
Almaniya və Avstriyanın daxili işlər nazirlərinin Suriyaya səfəri terror təhlükəsi ilə əlaqədar ləğv edilib
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən
Martın 20-dən 26-dək təcili tibbi yardım xidmətinə 30 minə yaxın müraciət daxil olub
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Xarici işlər nazirinin müavini Pekində Çin və Qloballaşma Mərkəzinin üzvləri ilə görüşüb
Misirdə turist batiskafı batıb: ölənlər var
İtaliya Suriyada humanitar layihələrin maliyyələşdirilməsi üçün 68 milyon avro ayırıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib və aparılan tikinti işləri ilə tanış olublar YENİLƏNİB
Türkiyədə işsizlik səviyyəsi aşağı düşüb
Sorğu: Ukrayna Prezidenti Zelenskiyə etimad səviyyəsi artıb
Türkiyənin ədliyyə naziri: Hər cinayətin müdafiə prosesi məhkəmədə aparılmalıdır, küçələrdə yox
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3
Prezident: İkinci Qarabağ müharibəsi tarixdə şanlı səhifəmiz kimi əbədi qalacaq
Azərbaycan Prezidenti: Biz Ağdamı yenidən qururuq və quracağıq
“Əyilməz Fransa” partiyası VI Respublikaya keçmək üçün Təsis Məclisinin çağırılmasına dair petisiyaya başlayıb
Prezident İlham Əliyev: Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!