Ukrayna Prezidenti Volodimir Zelenskiyə etimad səviyyəsi 2025-ci ilin əvvəlində ABŞ siyasətindəki dəyişiklik səbəbindən əhəmiyyətli dərəcədə artıb. Sosioloqlar mart ayında Ukrayna Prezidentinə etimad dinamikasını izləməkdə davam edirlər.
AZƏRTAC xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələrinə əsasən, 2025-ci il martın ikinci yarısına olan məlumata görə, ukraynalıların 69 faizi Zelenskiyə inanır, 28 faizi ona inanmır.
Fevralın 14-dən martın 4-dək olan müddətdə respondentlərin 67 faizi prezidentə etimad göstərib, 29 faiz isə etimad göstərməyib.
Təhlükəsizlik zəmanəti verilmədən müvəqqəti atəşkəs olacağı təqdirdə respondentlərin 77 faizi seçkilərin əleyhinədir və seçkilərin yalnız təhlükəsizlik zəmanəti və ya yekun sülh razılaşması əldə edildikdən, müharibənin tam dayandırılmasından sonra keçirilməsi variantını seçir.
Eyni zamanda, rəyi soruşulanların 8 faizi seçkilərin belə şəraitdə keçirilməsinin, 11 faizi isə atəşkəsi belə gözləmədən seçkilərin elə indi keçirilməsinin tərəfdarıdır.
Bu sorğular martın 12-dən 22-dək 1326 respondenti əhatə edib.
Milli Kitabxana Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı elektron məlumat bazası və virtual sərgi təqdim edib
ABŞ lideri: Həftəsonu Ukrayna nizamlanmasında böyük irəliləyiş əldə olunub
Qrenlandiyanın yeni Baş naziri: Biz heç kimə aid deyilik
Tramp: Zelenski nadir torpaq mineralları sazişindən geri çəkilmək istəyir
NATO ölkələri genişmiqyaslı hava qüvvələri təlimlərinə başlayır
İranda avtobusun qəzaya uğraması nəticəsində 14 nəfər ölüb
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
İcma: Ermənistan dövlətini törətdiyi soyqırımı, etnik təmizləmə, insanlıq əleyhinə və müharibə cinayətlərinə görə məsuliyyətini etiraf etməyə və barışıq naminə zəruri addımları atmağa çağırırıq
XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Birinci vitse-prezident Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
MN: Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb
Prezident İlham Əliyev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
31 Mart soyqırımı: XX əsrin ən qanlı hadisələrindən biri
HƏMAS Qəzzada yeni atəşkəs təklifi ilə razılaşıb
İordaniya mətbuatında Azərbaycanlıların Soyqırımı Günü haqqında məqalə nəşr olunub
Almaniyanın ilk özəl raketi sınaqdan keçirilib
Keniyanın Baş naziri COP29-da Azərbaycanın liderliyi ilə qəbul olunan qərarların əhəmiyyətindən danışıb
Ağsuda ekoloji maarifləndirmə: tullantılardan sənət əsəri yaradıldı
Misli Premyer Liqası: "Zirə" doğma meydanda üç xala sevinib
Norveçdə kosmosa peyk buraxılışı uğursuz olub
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti beynəlxalq konfransda gənc nəslin tərbiyəsində irsin rolundan danışıb
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!