Ötən həftə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı başladılan iki ayrı istintaq çərçivəsində ümumilikdə 51 nəfər həbs edilib, 14 nəfərin isə axtarışları davam edir. Bəzi beynəlxalq dairələr bu istintaqın siyasi motivlər əsasında aparıldığı görüntüsünü yaratmağa və ya ölkə başçısı ilə əlaqələndirməyə çalışdı. Bu iddiaları qətiyyətlə rədd edirik. Respublika prokuroru şübhəlilərin həm lehinə, həm də əleyhinə olan sübutları toplayır. Hər kəs bilməlidir ki, hüquqi dövlətdə törədilən hər cinayətin müdafiəsi məhkəmədə aparılmalıdır, küçələrdə yox. Müdafiəni məhkəmə qarşısında etmək həm hüququn təmini, həm də məsuliyyətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbulda beynəlxalq mətbuat nümayəndələri ilə görüşü zamanı söyləyib.
Türkiyənin hüquqi dövlət olduğunu bir daha vurğulayan nazir deyib: “Biz hüququ yalnız qanunlar toplusu kimi görmürük. Hüquq bizim cəmiyyətin təməl daşıdır. Demokratiyanın ayrılmaz hissəsi olan düşüncə azadlığının inkişafı üçün 23 il ərzində mühüm addımlar atmışıq. Məhkəmə strategiya sənədləri ilə çoxsaylı islahatlar həyata keçirilib, köklü və genişmiqyaslı addımlar atılıb. Bu müddət ərzində Türkiyədə xalqın dövlətlə birbaşa əlaqəsinin təmini istiqamətində yeni sistem yaradılıb. Siyasi və hüquqi azadlığa olan maneələr aradan qaldırılıb.
Türkiyənin qərəzsiz və müstəqil məhkəmə sisteminə güvənilməlidir. Ədalətin yerinə yetməsi üçün verilən qərara hörmətlə yanaşmaq hamımızın borcudur. Beynəlxalq ictimaiyyətin ikili standartlarını rədd edirik”.
Türkiyənin qlobal səviyyədə də insan hüquqlarını müdafiə etdiyini vurğulayan nazir bildirib ki, qlobal böhranlara nəzər saldıqda Türkiyənin mövqeyinin nə qədər əhəmiyyətli olduğu açıq-aşkar görünür. Türkiyə təkcə öz xalqı üçün deyil, bütün insanlıq üçün təhlükəsiz bir limandır.
Nazir deyib ki, İBB araşdırmasının ardından Türkiyədə keçirilən qanunsuz aksiyalar zamanı ölkənin 24 vilayətində ümumilikdə 1568 nəfər saxlanılıb, onlardan 222-nin həbsinə qərar verilib.
Norveçdə kosmosa peyk buraxılışı uğursuz olub
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti beynəlxalq konfransda gənc nəslin tərbiyəsində irsin rolundan danışıb
Azərbaycan Ordusunda Ramazan bayramı qeyd olunub
Britaniya miqrasiya ilə bağlı sərt tədbirlərə start verir
Almaniya klubunun baş məşqçisi istefaya göndərilib
Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar
Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək
Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib
Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ
Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb
Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb
Şuşada bayram namazı qılınıb
Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan
Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq
Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib
Bakının məscidlərində bayram namazı qılınıb
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!