Quba Soyqırımı Memorial Kompleksi 31 Marta hazırlaşır
Neçə illər öncə Quba şəhərində stadion kimi istifadə olunan ərazidə aparılan tikinti işləri zamanı kütləvi məzarlıq aşkar edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən ərazidə 2007-ci il aprel ayının 8-dən 11-dək tədqiqat işləri aparılmış və məzarlıq 1918-ci ildə erməni quldur dəstələrinin Azərbaycan ərazisində törətdikləri soyqırımlarının əyani sübutu kimi qiymətləndirilmişdir.
Bu tarixi faktların dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamına əsasən, Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması işlərinə başlanılmışdır. Kompleksin inşası Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmiş və o, 2013-cü il sentyabrın 18-də istifadəyə verilmişdir. Açılış mərasimində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etmişlər.
Nazirlər Kabinetinin 29 iyul 2015-ci il tarixli sərəncamı ilə Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeçiliyinə verildikdən sonra "Qoruq" statusu ilə fəaliyyətini davam etdirir. Hazırda Soyqırımı Memorial Kompleksi ölkəmizdə erməni vandalizminin təsirlərini özündə cəmləşdirən yeganə ideoloji mərkəz kimi tanınır. Mərkəzin əsas missiyası erməni vəhşiliklərinin reallığını olduğu kimi bəyan etmək və Azərbaycanla bağlı həqiqətləri həm yerli, həm də beynəlxalq aləmdə göstərməkdir.
Hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü Quba şəhərindəki bu kompleksdə geniş formatda qeyd olunur. On minlərlə vətəndaş kompleksə axın edir və həm "Xatirə abidəsi"ni, həm də burada yerləşən muzeyi ziyarət edirlər. Təkcə 2024-cü il ərzində Soyqırımı Memorial Kompleksi tərəfindən 60 yerli və 15 beynəlxalq tədbir, 3 ustad dərsi, 7 elmi konfrans, 4 seminar, 2 interaktiv proqram təşkil olunmuşdur. Keçən il, eləcə də Birinci Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə işğal altında olmuş Azərbaycan ərazilərindəki tarixi, mədəniyyət və dini abidələrimizlə bağlı "Mədəni irsimiz dünən və bu gün" adlı layihə həyata keçirilmişdir. Layihə çərçivəsində bərpaolunan abidələrin məlumat və şəkillərini özündə əks etdirən sərgilər il boyu fəaliyyət göstərmiş və müxtəlif qurumlarda, o cümlədən ümumtəhsil müəssisələrində nümayiş olunmuşdur. Ümumilikdə 21 sərgini minlərlə insan ziyarət etmişdir.
Ötən il həmçinin "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Soyqırımı Memorial Kompleksinin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən "yasilgelecek.az" saytında soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bölmə yaradılmış, "yaşıl dünya"ya töhfə vermək üçün onlayn ağacəkmə kampaniyası təşkil edilmiş və aksiya çərçivəsində 880 ağac əkilmişdir. Kampaniya ilə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kompleksə təşəkkür məktubu göndərilmişdir. Bundan savayı Soyqırımı Memorial Kompleksinin Çıraqqala-Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə əməkdaşlıq əlaqələri yaradılmış və bu əməkdaşlıq çərçivəsində kompleksin muzeyində keçirilən avqust-sentyabr aylarında "Qədim Şabranın yaşayış mədəniyyəti" adlı sərgi təşkil olunmuşdur. Sərgini 3,4 min nəfər ziyarət etmişdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, keçən il kompleksin ümumilikdə 39,7 min nəfər ziyarətçisi olmuşdur. Onların 4 min 600 nəfərdən çoxu xarici ziyarətçilərdir. Fəaliyyət göstərdiyi illər ərzində isə Soyqırımı Memorial Kompleksini 200 mindən çoxu xarici turistlər olmaqla 1 milyondan çox insan ziyarət etmişdir.
Bu il erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının 107-ci ildönümüdür. Martın 31-də qeyd olunan həmin tarixlə əlaqədar Soyqırımı Memorial Kompleksində müxtəlif layihələr həyata keçirilir. Bu sırada müxtəlif dövlət qurumları ilə genişmiqyaslı tədbirlər, respublikanın bir çox təhsil müəssisələrində sərgilərin nümayişi nəzərdə tutulur. Eləcə də Şamaxı rayonunda soyqırımlarının baş verdiyi əraziləri özündə əks etdirəcək xəritə-kitabça hazırlanır. Bundan əlavə, 31 Mart Azərbaycanlıların Soyqırımı Günündə Kompleksə kütləvi ziyarət təşkil olunacaq. Ziyarət zamanı həmişə olduğu kimi, yerli və xarici vətəndaşlara Azərbaycan, rus, ingilis, ərəb və fars dillərində peşəkar bələdçilər tərəfindən 1918-ci ildə baş vermiş azərbaycanlıların soyqırımı haqqında ətraflı məlumat veriləcək. Bundan əlavə, ziyarətçilərin daha geniş məlumat alması üçün kompleksin zəngin kitabxanasından istifadə imkanı yaradılacaq. Həmçinin kompleks tərəfindən nəşr edilmiş buklet, Quba rayonunda soyqırımlarının baş verdiyi ərazilərin xəritəsini və məlumatlarını özündə əks etdirən 2 dildə nəşr edilmiş kitabça təqdim olunacaq.
Hazırda kompleksdə ilk dəfə keçiriləcək "Gənc Etnoqrafların I Forumu"na hazırlıq işləri gedir. Forumda incəsənət nümayəndələrinin yerli icmaların mədəni və mənəvi irsinə həsr olunmuş yaradıcılıq nümunələri nümayiş olunacaq.
Akif ƏLİYEV,
"Azərbaycan"
Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
“ExxonMobil” şirkəti ilə Xəzər dənizinin külək enerjisi potensialı müzakirə olunub
Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib YENİLƏNİB
Ruben Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs ifadə verib
bp şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib
ANAMA-da Bosniya və Herseqovinanın nümayəndə heyəti ilə görüş keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Balakəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Xankəndi şəhərində məskunlaşma olan yaşayış yerləri telekommunikasiya xidmətləri ilə təmin edilib
Bakıda və Abşeron yarımadasında 32 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
Ağdaşda özünüməşğulluq proqramı çərçivəsində 800-dək şəxs üçün kiçik təsərrüfat yaradılıb
Çin alimləri xərçəngin müalicəsində sıçrayış ediblər
“Apple” yeni modelini təqdim etməyə hazırlaşır
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“AzerGold” Göygöl rayonunda növbəti sosial yardım aksiyası təşkil edib
Ölkə ərazisində qəzalı binalara dair müşavirə keçirilib
XİN: Ermənistan Baş nazirinin ofisinin sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən bəyanatını rədd edirik
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcək - XƏBƏRDARLIQ
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!