18 Mart 2025 08:20
178
SİYASƏT
A- A+
Beynəlxalq təşkilatlar ya çox zəifləyib, ya da iflic vəziyyətinə düşüblər

Beynəlxalq təşkilatlar ya çox zəifləyib, ya da iflic vəziyyətinə düşüblər


Gələcəyin dünyası ikitərəfli və regional əməkdaşlıqlara əsaslanacaq


"Prezident İlham Əliyev "Euronews" TV kanalına müsahibəsi zamanı qlobal dəyişikliklər və yeni dünya nizamı barədə fikirlərini bildirib, hazırda dünyada yaşanan geosiyasi transformasiyaya və Cənubi Qafqazda vəziyyətlə bağlı məsələlərə toxunub. Uzun illər mövcud olmuş beynəlxalq qaydalar artıq keçmişdə qalıb və yeni nizam formalaşma mərhələsindədir. Bəs bu yeni qaydalar necə müəyyənləşdirilir? Onları kim müəyyənləşdirir? Dünya siyasəti hansı istiqamətdə gedir? Bu suallar hələ də açıq qalır və qlobal ictimaiyyətin əksəriyyəti bu suallara aydın cavab tapa bilmir".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. O bildirib ki, burada aydın olan bir neçə əsas məqam var. Dövlətlərin daxili gücünə arxalanması zərurəti artıq hər bir ölkənin öz daxili siyasətinə və iqtisadi imkanlarına daha çox önəm verməsini labüd edir. Xarici yardımlara, hətta beynəlxalq hüququn qoruyacağına olan inam və etimad azalır. Çünki beynəlxalq hüquq çox vaxt selektiv şəkildə tətbiq olunur və ədalət prinsiplərinə əsaslanmır. "Azərbaycan bu reallığın ən bariz nümunələrindən biridir. Otuz il ərzində beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, real addımlar atılmadı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qaldı və işğalın qarşısını almaq üçün heç bir beynəlxalq mexanizm işləmədi. Azərbaycan yalnız öz daxili resurslarına güvənərək ərazi bütövlüyünü bərpa etdi və ədaləti təmin etdi. Bu təcrübə göstərdi ki, hər bir ölkənin gələcəyi öz əlindədir və heç bir beynəlxalq institut həmin ölkənin suverenliyini onun qədər qoruya bilməz", - deyə deputat əlavə edib.

P.Vəliyeva qeyd edib ki, mövcud qlobal böhranlar - Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginliklər, Asiya və Afrikada siyasi çalxalanmalar beynəlxalq təşkilatların ya çox zəif, ya da tam iflic vəziyyətə düşdüyünü açıq şəkildə göstərir. BMT və ATƏT kimi qurumlar dünyada baş verən böhranların qarşısını almaqda tam uğursuzdurlar. Avropa İttifaqı və NATO yalnız öz maraqlarına uyğun məsələlərdə aktiv olurlar, digər hallarda isə ciddi təsir göstərmirlər. Beynəlxalq insan haqları təşkilatları isə bəzi hallarda siyasi təsir aləti kimi istifadə olunur. Nəticə etibarilə, dövlətlər çoxtərəfli institutlardan daha çox ikitərəfli və regional əməkdaşlıqlara üstünlük verməyə başlayırlar, çünki bu təşkilatlar tez-tez siyasi və iqtisadi maraqlara xidmət edir, obyektiv və neytral mövqedən çıxış edə bilmirlər.

Deputat vurğulayıb ki, hazırkı proseslər dünyanın hələlik böyük transformasiyanın ilkin mərhələsində olduğunu göstərir: "Bir çox məsələlər gələcək hadisələrin gedişatından asılı olacaq, lakin bəzi tendensiyalar artıq aydın müşahidə olunur. Dövlətlər beynəlxalq qurumlardan daha çox regional və ikitərəfli əməkdaşlıqlara üstünlük verəcək. Qlobal sabitlik uzun müddət bərpa olunmayacaq və dövlətlər öz təhlükəsizliklərini özləri təmin etməli olacaqlar. Geosiyasi bloklar zəifləyəcək və daha çevik, maraq əsaslı koalisiyalar yaranacaq. İqtisadi və texnoloji müstəqillik əsas prioritet olacaq. Azərbaycan bu dəyişən dünya nizamında sabit, güclü və müstəqil siyasət yürüdərək öz milli maraqlarını qorumağa davam edəcək. Biz artıq daxili resurslarımıza güvənərək uğur qazandıq və gələcəkdə də bu strategiya ilə irəliləyəcəyik. Biz sübut etdik ki, müstəqil siyasət və güclü daxili resurslar ölkənin suverenliyini təmin edən əsas faktorlardır". 

Deputat əlavə edib ki, beynəlxalq təşkilatlardan real nəticə gözləmək mümkün deyil. Gələcəyin dünyası daha çox dövlətlərarası ikitərəfli və regional əməkdaşlıqlara əsaslanacaq.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə biləşdirən körpü istifadəyə verilib

14:54
18 Mart

İsraillə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

14:53
18 Mart

DYP Novruz bayramı ilə əlaqədar gücləndirilmiş rejimdə çalışacaq

14:52
18 Mart

Qazaxıstan Xəzər dənizində hərbi təlim keçirib

14:49
18 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Ağdərədən paylaşım edib 

14:47
18 Mart

Ötən il ölkənin xalis maliyyə aktivləri artıb

14:45
18 Mart

Fransızlar əmanətlərinin hərbi məqsədlər üçün istifadə olunmasını istəmirlər

14:44
18 Mart

Azərbaycanlı gənclər Ankarada müdafiə və kommunikasiya sahələri üzrə aparıcı şirkətləri ziyarət ediblər

14:44
18 Mart

Mediator ola bilməyən şəxslərin əhatə dairəsi genişləndirilir  

14:42
18 Mart

Naxçıvanda Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd olunub

13:23
18 Mart

Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb

13:22
18 Mart

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib

13:21
18 Mart

Türkiyədə Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd olunur

13:20
18 Mart

Sabah bəzi yerlərdə yağmurlu hava şəraiti gözlənilir

13:19
18 Mart

Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib

13:17
18 Mart

Azərbaycandan ABŞ-a yumurta ixracına başlanılır

13:16
18 Mart

Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib YENİLƏNƏCƏK

13:15
18 Mart

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub YENİLƏNƏCƏK

13:14
18 Mart

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

13:12
18 Mart

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

13:12
18 Mart

Kiyev Donald Trampın Odessanın Rusiyaya verilməsi ilə razılaşacağından ehtiyatlanır  

13:09
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!