30 Yanvar 2025 08:25
302
CƏMİYYƏT
A- A+
Seçkilər yerli özünüidarəetmə orqanına marağın artdığını təsdiqlədi

Seçkilər yerli özünüidarəetmə orqanına marağın artdığını təsdiqlədi


Bu, Binəqədi rayonunda da müşahidə olundu


Yanvarın 29-da ölkəmizdə keçirilən sayca 6-cı bələdiyyə seçkilərini müşahidə etmək məqsədilə 10 saylı Binəqədi III Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində olduq. Səhərin yenicə açılmasına baxmayaraq, seçki məntəqəsinin qarşısında qələbəlik var idi. Seçicilər səsvermə anının başlanacağı dəqiqələri gözləyirdilər. Çox keçmir ki, vaxt yetişir. Məntəqə seçki komissiyasının sədri Gülər Məcidova saat 08:00-da səsvermənin başlandığını elan edir. Beləliklə, seçici fəallığı ilə müşahidə olunan 13 saylı məntəqədə səsvermə başlayır.

284 nömrəli orta məktəbin binasında yerləşən məntəqədə seçicilərin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün bütün lazımi şərait yaradılıb. Seçkiləri müşahidə etmək üçün məntəqədə veb-kameralar quraşdırılıb. Müşahidəçilərlə söhbət edirik. Dostuxanım Ağayeva deyir ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Biləcəri qəsəbəsində yaşayıram. Bələdiyyələr yerli özünüidarətmə orqandır. Qəsəbə sakini olaraq istəyirəm ki, ən yaxşı namizədlər bu gün Biləcəri bələdiyyəsini təmsil etsinlər. Düşündüm ki, seçkiləri müşahidə etməklə mən də vətəndaşlıq borcumu yerinə yetirmiş olaram. Səslər sayılıb nəticələr bəlli olana kimi seçki məntəqəsini tərk etməyəcəyəm. Əgər hiss etsəm ki, kimlərsə seçkiyə müdaxilə etmək istəyir, dərhal, dairə və MSK-ya qanunsuzluq haqqında məlumat verəcəyəm. Əgər belə bir hal baş versə, digər müşahidəçilərlə birlikdə onu aktlaşdıracağıq. İnanıram ki, məntəqədə heç bir qanun pozuntusu olmayacaq. Vətəndaşlar sərbəst şəkildə seçimlərini edirlər. Məntəqədə veb-kameranın quraşdırılması müşahidəçilərin də işini yüngülləşdirib. 

Söhbətimizi digər müşahidəçi Dürdanə Sədirova ilə davam etdiririk. Dürdanə xanım deyir ki, bələdiyyə seçkilərinə maraq xeyli artıb. Biləcəri bələdiyyəsi üzrə 33 namizəd qeydə alınıb. Təbliğat kampaniyası dövründə namizədlər ev-ev gəzərək sakinlərlə görüşüb öz təbliğatlarını aparıblar. Görünən odur ki, təbliğatın düzgün aparılması seçicilərin fəallığına da təsir edib. Namizədlərin nümayəndələri də sərbəst şəkildə müşahidə aparırlar. Bu seçkilər ədalətli rəqabətlə müşahidə olunur. Namizədlər cəmiyyətin müxtəlif təbəqələri, ayrı-ayrı siyasi təşkilatların nümayəndələridir. Sağlam rəqabət olan yerdə nəticələr də ürəkaçan olur.  İstədiyimiz budur ki, ən yaxşı namizədlər bələdiyyə üzvü seçilsin. Ona görə buradayıq ki, seçkilər ədalətli keçirilsin. Hər hansı kənar müdaxilə olmasın. Düşünürəm ki, heç kim buna getməz. Ciddi nəzarət mexanizmindən başqa ictimai qınaq da var. Onu da qeyd edim ki, namizədlər hamısı tanıdığımız, gündəlik üzləşdiyimiz nüfuzlu şəxslərdir. İstəyirik ki, daha çox haqqı olanlar seçilsin.

Səsvermədə iştirak edən gənc bir xanım diqqətimizi çəkir. Hiss olunur ki, xanım ilk dəfə səsvermədə iştirak edir. Məntəqə seçki komissiyasının sədri Gülər Məcidova səsvermənin qaydalarını izah edib gənc xanımı səsvermə kamerasına istiqamətləndirir...

Onunla tanış oluruq. Çinarə Şeydayeva ilk dəfə bələdiyyə seçkilərində iştirak etdiyini deyir: "Namizədlərdən bir neçəsini şəxsən tanıyıram. Təbliğat dövründə tanımadıqlarım namizədlər də evimizə gəlib, öz seçki platformaları haqqında bizi məlumatlandırıblar. Açığını deyəcəyəm, düşünürəm ki, hər bir vətəndaş seçkidə fəal iştirak etsə, həm bələdiyyələrin layiq olanlarla formalaşmasına nail olmaq olar, həm də seçkidə qeyri-neqativ halların qarşısını almış olarıq. Mən ilk dəfədir ki, bələdiyyə seçkilərində səs verirəm. Heç bir kənar müdaxilə olmadı. İstədiyim namizədə səs verdim".

Məntəqə seçki komissiyasının sədri məlumat verdi ki, 13 saylı məntəqədə 1290 namizəd qeydə alınıb. Biz saat 10 radələrində məntəqəni tərk etdik. Məntəqədə olarkən 149 seçici konstitusiya hüququndan istifadə edərək sərbəst şəkildə səs verdi. Onu da qeyd edək ki, seçici fəallığı artan temp üzrə müşahidə olunurdu.

Yolumuzu Biləcəri qəsəbəsindəki 5 saylı məntəqədən saldıq. Seçki məntəqəsinin qarşısında səs vermiş seçicilərlə Sevinc Babayeva, Aynurə Hacıyeva, Eyyub Xəlilovla qarşılaşdıq. Onlardan səsvermənin necə keçirildiyini soruşduqda Sevinc xanım dedi:

- Məntəqədə veb-kamera quraşdırılıb. Seçkini çoxsaylı müşahidəçilər izləyir. Bundan əlavə, bələdiyyə üzvlüyünə namizədlərin nümayəndələri də seçkiləri müşahidə edirlər. Səsvermə heç bir kənar müdaxilə olmadan keçirilir. İnanırıq ki, bu bələdiyyə seçkiləri həm seçki fəallığına, həm də demokratik keçməsinə görə tarixə düşəcək.

Məntəqəyə daxil olub qeydiyyatdan keçirik. Məntəqə seçki komissiyasının sədri Solmaz Kazımova məlumat verir ki, burada səsvermə üçün 1271 namizəd qeyd alınıb. Hələlik 197 nəfər səsvermədə iştirak edib. Bu gün keçirilən seçkidə çox ciddi şəkildə seçici fəallığı müşahidə olunmaqdadır. Məntəqədə müxtəlif ictimai təşkilatları, siyası partiyaları təmsil edən çoxsaylı müşahidəçilər qrupu iştirak edirdi.

Müşahidəçilərdən Gülnarə Fərəcova ilə söhbət edirik. O dedi: "Səsvermə başlayan andan buradayıq. Seçkilərə maraq artdığı kimi, ictimai nəzarət də güclüdür. Hətta səsvermədə iştirak edən seçicilər belə səs verdikdən sonra məntəqədə dayanıb səsverməni müşahidə edirlər. Bu vaxta kimi heç bir qanun pozuntusuna, kənar müdaxiləyə rast gəlməmişik.

Digər müşahidəçi Şəhla Muradova ilə söhbətimizi davam etdiririk. Şəhla xanım qeyd edir ki, seçkiləri müşahidə etmək qərarına gəlib: "Fikirləşdim ki, öz taleyimizə biganə qalmayım. Bələdiyyələr xalqa ən əlçatan özünüidarəetmə orqanıdır. Problemlərimizi bilən insanların bələdiyyə üzvü seçilməsi üçün hamılıqla seçkidə fəal iştirak etməliyik. Ona görə buradayıq ki, seçkidə ən layiqli namizədlərin aldıqları səsin qorunmasında, seçkilərin ədalətli keçirilməsində iştirak edək. Ən azından mən də vicdanım qarşısında hesabat verəndə deyə bilim ki, vətəndaş olaraq üzərimə düşən işi layiqincə yerinə yetirdim".

10 saylı Biləcəri III Seçki Dairəsinin 8, 1 və 2 saylı məntəqələrində də səsvermənin gedişini müşahidə etdik.

1 saylı seçki məntəqəsində rastlaşdığımız səhnə istər-istəməz diqqətimizi çəkdi. Qəsəbə sakini Mehrab Sadiq oğlu Rəfiyev səs verməyə oğlu Rəhim Rəfili ilə gəlmişdi. Mehrab dedi ki, oğlum Rəfinin 18 yaşı təzə tamam olub. Rəhim bu gün ilk dəfə seçkilərdə iştirak edir. Belə bir məqamda onun yanında olmaq istədim. Rəhimin seçiminə hörmətlə yanaşacağam. Kaş oğlumun səs verdiyi bələdiyyə üzvləri etimadı doğrultsunlar.

Söhbəti gənc seçici Rəhim Rəfili ilə davam etdiririk:

- Çox həyəcanlıyam. Böyüdüyüm, müstəqil həyata atıldığım, hətta seçmək, səsvermə şansı qazandığım üçün sevinirəm. Bu gün burada seçici olaraq iştirak edirəm. Etiraf edim ki, iddialıyam. Gələcəkdə seçkilərdə namizəd kimi iştirak etmək, xalqıma, vətənimə və dövlətimə qulluq etmək niyyətindəyəm. Vətənə, millətə və dövlətimizə xeyirli olsun. Səsvermədə heç bir müdaxilə olmadı. Seçimimi sərbəst, azad şəkildə ifadə etdim.

Xatırladaq ki, 10 saylı Binəqədi III Seçki Dairəsi 2 bələdiyyəni əhatə edir: bunlar Binəqədi qəsəbə bələdiyyəsi və Biləcəri bələdiyyəsidir. Seçki dairəsində 42 daimi seçki məntəqəsi və müvəqqəti yaradılmış 1 seçki məntəqəsindən ibarətdir. Dairə üzrə daimi seçici siyahılarındakı seçicilərin sayı- 52610 nəfərdir. 3, 5, 13, 16, 21, 32, 37 seçki məntəqələrində veb-kamera quraşdırılıb. Dairə Seçki Komissiyasında olanda komissiyanın sədri İsgəndər Əliyev bildirdi ki, hələlik hər hansı qanun pozuntusu, seçkiyə kənar müdaxilə barədə seçki dairəsində heç bir şikayət və müraciət qeydə alınmayıb.


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sağlam dişlərin sirri

09:10
19 Fevral

Yenilənmiş "Şəmkir" futbol klubunun təqdimat mərasimi keçirilmişdir

09:05
19 Fevral

XX əsr qəzəlimizin Vahidi

09:00
19 Fevral

QƏZƏLLƏR

08:55
19 Fevral

"Xankəndi" iş başında

08:50
19 Fevral

Dövlət növbəti dəfə sahibkara sahib çıxdı

08:45
19 Fevral

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini Türkiyədə davam etdirəcəklər

08:40
19 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

08:35
19 Fevral

ABŞ-nin Mayami-Deyd dairəsində 26 fevral tarixi Xocalının Anım Günü elan edilib

08:30
19 Fevral

İşğaldan azad olunmuş ərazilərimiz geniş tikinti meydanına çevrilib

08:25
19 Fevral

Fransa tarixi haqsızlıq qarşısında utanmalıdır

08:20
19 Fevral

Ermənistan militarizasiya siyasəti həyata keçirir

08:15
19 Fevral

Belə bir məhkəmə bir gün Koçaryan üçün də qurulacaq

08:10
19 Fevral

Avropa Parlamentinin qərəz dolu Cənubi Qafqaz siyasəti

08:05
19 Fevral

Azərbaycan-Çin strateji tərəfdaşlığı - Avrasiyada iqtisadi sabitliyə və inkişafa xidmət edən əməkdaşlıq 

08:00
19 Fevral

Diplomatik xidmət haqqında 

02:14
19 Fevral

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:13
19 Fevral

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib  

22:59
18 Fevral

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

22:58
18 Fevral

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

22:57
18 Fevral

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
2425262728  

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!