30 Yanvar 2025 08:40
261
CƏMİYYƏT
A- A+
Müşahidəçilər səsvermənin gedişindən razılıq etdilər

Müşahidəçilər səsvermənin gedişindən razılıq etdilər


Ötən gün Azərbaycanda 118 seçki dairəsi üzrə 5846 seçki məntəqəsində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə həyata keçirildi. 

"Azərbaycan" qəzetinin əməkdaşı olaraq 11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsinin bir neçə seçki məntəqəsində olaraq müşahidəçilərin bələdiyyə seçkiləri ilə bağlı ümumi təəssüratlarını öyrəndik.  

11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsinin 32 saylı seçki məntəqəsində müşahidəçi olan Nuranə Səmədova söylədi ki, o, Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edir: "Artıq neçə illərdir ki, ölkəmizdə keçirilən seçkilərdə müşahidəçi kimi iştirak edirəm. Hazırkı bələdiyyə seçkilərində indiyəqədərki  müşahidələrimə əsasən deyə bilərəm ki, seçki prosesi qanunvericiliyə uyğun gedir. Heç bir qanun pozuntusuna rast gəlinməyib. Seçici aktivliyi yaxşıdır. Seçicilər məntəqəyə gəlib rəvan şəkildə səs verirlər". 

Könüllü müşahidəçi Ziyəddin Həmzəyev söylədi ki, məntəqədə müşahidə etdiyi seçici fəallığı qənaətbəxşdir. 

30 yaşlı Nicat Cəlilli də könüllü müşahidəçi olduğunu bildirdi: "Ötən il fevralın 7-də keçirilən prezident seçkilərində, həmçinin sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə də müşahidəçi kimi iştirak etmişəm. Həmin seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də heç bir qanun pozuntusuna rast gəlməmişəm". 

N.Cəlilli vurğuladı ki, erkən saatlar olmasına baxmayaraq,  məntəqəyə gələn seçicilərin sayı kifayət qədərdir: "Ümid edirəm ki, bu seçkinin nəticələri də xalqımızın ürəyindən olacaq".


Seçkilər demokratik keçirilir

 

11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsinin 30 saylı seçki məntəqəsində könüllü müşahidəçi olan Sona Qarayeva seçki prosesi ilə bağlı müşahidələrinin müsbət olduğunu dilə gətirdi: "Seçki şəffaf keçir və seçicilər sərbəst şəkildə gəlib öz istədikləri namizədə səs verirlər". 

Aysel Bayramova da könüllü müşahidəçi olduğunu bildirdi və bələdiyyə seçkilərinin şəffaf şəkildə keçirildiyini söylədi: "Seçicilərin aktivliyi diqqət çəkir. İndiyə qədər hər hansı qanun pozuntusuna rast gəlməmişik. Seçicilərin fəallıq nümayiş etdirməsi, ümumilikdə seçki prosesinin şəffaf həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki bu, həm də seçkilərin demokratik keçirilməsindən xəbər verir".

11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsinin 32 saylı seçki məntəqəsində könüllü müşhidəçi olan Zahidə Məmmədli ilk dəfədir ki, müşahidəçi kimi seçkilərdə iştirak etdiyini deyir: "Bələdiyyə seçkiləri müşahidəçi kimi ilk təcrübə qazandığım seçki oldu. Təəssüratlarım çox yaxşıdır. Hər şey qanunauyğun formada həyata keçirilir". 

Könüllü müşahidəçi olan 33 yaşlı Səfa Əhmədova da ilk dəfədir ki, seçkilərdə müşahidəçi kimi iştirak etdiyini,  heç bir qayda pozuntusuna rast gəlmədiyini bildirdi. 


Beynəlxalq standartlara uyğun seçkilər


11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsinin 26 saylı seçki məntəqəsinin YAP-dan olan müşahidəçisi Vəzir Qurbanov vurğuladı ki, bələdiyyə seçkiləri çox fəal keçir: "Səhər saat 8-dən, yəni seçkiyə start veriləndən indiyə qədər seçicilərin axını davam edir". 

Könüllü müşahidəçi Sahib Şirinov söylədi ki, səsvermə seçki qanunvericiliyinə uyğun qaydada keçir: "Başlanğıc çox yaxşıdır. Əgər belə davam etsə, düşünürəm ki,  seçicilərin bu məntəqədə böyük səs faizi ilə iştirakı qeydə alınacaq". 

Könüllü müşahidəçi olan Fizzə Qurbanova da dedi ki, seçicilər tərəfindən fəallıq yüksək səviyyədədir. Proses normal qaydada davam edir. 

"Seçki başlayandan indiyə qədər apardığım müşahidələrimə əsasən deyə bilərəm ki, bələdiyyə seçkilərində əhali aktiv iştirak edir", - deyə qeyd edən könüllü müşahidəçi  Yeganə Əzməmmədovanın sözlərinə görə seçkilərin şəffaflığını pozacaq heç bir neqativ halla qarşılaşmayıb. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XX əsr qəzəlimizin Vahidi

09:00
19 Fevral

QƏZƏLLƏR

08:55
19 Fevral

"Xankəndi" iş başında

08:50
19 Fevral

Dövlət növbəti dəfə sahibkara sahib çıxdı

08:45
19 Fevral

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini Türkiyədə davam etdirəcəklər

08:40
19 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

08:35
19 Fevral

ABŞ-nin Mayami-Deyd dairəsində 26 fevral tarixi Xocalının Anım Günü elan edilib

08:30
19 Fevral

İşğaldan azad olunmuş ərazilərimiz geniş tikinti meydanına çevrilib

08:25
19 Fevral

Fransa tarixi haqsızlıq qarşısında utanmalıdır

08:20
19 Fevral

Ermənistan militarizasiya siyasəti həyata keçirir

08:15
19 Fevral

Belə bir məhkəmə bir gün Koçaryan üçün də qurulacaq

08:10
19 Fevral

Avropa Parlamentinin qərəz dolu Cənubi Qafqaz siyasəti

08:05
19 Fevral

Azərbaycan-Çin strateji tərəfdaşlığı - Avrasiyada iqtisadi sabitliyə və inkişafa xidmət edən əməkdaşlıq 

08:00
19 Fevral

Diplomatik xidmət haqqında 

02:14
19 Fevral

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:13
19 Fevral

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib  

22:59
18 Fevral

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

22:58
18 Fevral

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

22:57
18 Fevral

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

20:08
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
2425262728  

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!