30 Yanvar 2025 08:35
239
CƏMİYYƏT
A- A+
"Gənc nəslin səsvermədə fəallığı məni çox sevindirir"

"Gənc nəslin səsvermədə fəallığı məni çox sevindirir"


19 saylı Nərimanov I Seçki Dairəsinin 16 saylı məntəqəsi önündə seçicilər çox rahatlıqla növbəliliyə riayət edirdilər. Məntəqənin giriş qapısında şəxsiyyət vəsiqələrini təqdim edib içəri daxil olaraq, öz təşəbbüsü ilə iştirak edən, eləcə də   siyasi partiya bloklarından olan müşahidəçilərin nəzarəti ilə elektron lampada barmaq izlərini verirdilər. 

Məntəqədə 1478 seçicinin səsvermədə şəffaflıqla iştirak etməsi  üçün lazımi şərait yaradılıb. Burada bələdiyyə üzvü olmaq istəyən 19 yerə qarşı 31 namizəd mübarizə aparırdı.  

Müşahidəçilərdən Gülşən İsgəndərova və Xuraman Əliyeva bildirdilər ki, səsvermə normal keçir, elə bir ciddi qanun pozuntusu müşahidə edilməyib.

Xoş ovqatla məntəqədən çıxan seçicilərdən Teyyub Əliyev, Nərminə Əliyeva,  onların qapıbir qonşuları Hümbət və Nərminə Mustafazadələrlə həmsöhbət olduq. Yaşı 60-ı ötmüş bu seçicilər məntəqədə səsvermə üçün yaradılan şəraitdən razılıqlarını bildirdilər.

Rayonun 19 saylı Nərimanov I Seçki Dairəsinin 15 saylı məntəqəsində də seçici fəallığı müşahidə olunurdu. Əksəriyyəti məntəqənin yaxınlığında yaşayan sakinlər idi. Onlar da bir-bir, iki-bir qeydiyyatdan keçib, seçki kabinələrinə daxil olub istədikləri namizədə səs verirdilər. Burada bələdiyyə üzvlüyü uğrunda 19 yerə qarşı 31 nəfər mübarizəyə qoşulmuşdu.

Məntəqədə öz təşəbbüsü ilə müşahidəçi qismində iştirak edən Lalə Əzimova, eləcə də "Ana vətən" Partiyasının nümayəndəsi Məzahir Cəfərov  bildirdilər ki, səsvermə prosesində heç bir neqativ hal nəzərə çarpmayıb. Məntəqənin yaxınlığında - Ağa Nemətulla küçəsi 35, mənzil 24-də yaşayan, sinəsi orden və medallarla dolu Böyük Vətən müharibəsi veteranı 84 yaşlı Şahbaba Məmmədov isə məmnunluqla dedi: 

- İndiyədək neçə-neçə seçkidə iştirak etmişəm. Bugünkü seçki də çox şəffaf və rahat təşkil olunub. Gənc nəslin səsvermədə həvəslə iştirak etməsi məni çox sevindirdi. Ümidvaram ki, onlar ən layiqli namizədə səs verirlər.  


Hər kəs istədiyi namizədə səs verdi


Xətai rayonunun digər məntəqələrində olduğu kimi, rayonun 1-33 saylı dairəsinin 4 saylı seçki məntəqəsində də insanlar səsvermədə həvəslə iştirak edirdilər. Seçicilər şəxsiyyət vəsiqələrini təqdim edərək qeydiyyatdan və elektron lampada barmaq izlərini təsdiqlətməklə  bülletenləri əldə edib seçki kabinələrinə daxil olub istədikləri namizədə səs verirdilər. Digər məntəqələrdə olduğu kimi, burada da veb-kamera fəaliyyət göstərirdi.

Xatırladaq ki, 2008-ci ildən etibarən ölkəmizdəki səsvermələrdə tətbiq olunan veb-kamera səsvermədə şəffaflığın təmin edilməsinə şərait yaradır. Səsvermədə iştirak edənləri və səsvermə prosesini müşahidəçilər, media nümayəndələri, habelə peşəkar seçki mütəxəssisləri rahatlıqla müşahidə edirlər. 

Məntəqənin həyətində seçicilərdən  Həsən və Sevda Məmmədovlarla, Sevər Rüstəmova, oğulları  Vüqar, Anar və gəlini Təranə ilə, eləcə də  Müseyib Əliyevlə həmsöhbət olduq. Müseyib Əliyev səsverməyə bacısı Şəmslə gəlmişdi. Müseyib Əliyev dedi: 

- Bacım gəncdir, ilk dəfədir seçkilərdə iştirak edir. Tək gəlməyə çəkinirdi, tərəddüd edirdi. Qərara aldıq ki, mənimlə gəlsin. Çox sevinir ki, o, vətəndaş olaraq səsvermə hüququna malikdir. 

Onlarla bərabər bizə də məntəqəyə daxil olmaq imkanı yaranır. Məntəqənin görməli yerində əyləşən bir neçə müşahidəçi prosesin qüsursuz  davamına nəzarət edirdi. Onlardan "Böyük qurtuluş" Partiyasının nümayəndəsi Rövşən Həsənov və müstəqil müşahidəçi qismində könüllü iştirakçı Natiqə Hüseynova ilə həmsöhbət olduq. Hər iki müşahidəçi seçkinin normal və qanun pozuntusu olmadan keçdiyini bildirdi. Natiqə Hüseynova onu da qeyd etdi ki, bir az əvvəl ətrafda yaxşı tanınan bir nəfər şəxsiyyət vəsiqəsi olmadan şəsverməyə qatılmaq istəyirdi. Ona çox sakit və ətraflı şəkildə izah edildi ki, bu, mümkün deyil. Həmin şəxs evinə gedib, çox keçmədən şəxsiyyət vəsiqəsi ilə gəlib özünü təqdim etdi, tələblərə uyğun səs verdi.  Bundan özü də, biz də çox məmnun qaldıq. 


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sağlam dişlərin sirri

09:10
19 Fevral

Yenilənmiş "Şəmkir" futbol klubunun təqdimat mərasimi keçirilmişdir

09:05
19 Fevral

XX əsr qəzəlimizin Vahidi

09:00
19 Fevral

QƏZƏLLƏR

08:55
19 Fevral

"Xankəndi" iş başında

08:50
19 Fevral

Dövlət növbəti dəfə sahibkara sahib çıxdı

08:45
19 Fevral

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini Türkiyədə davam etdirəcəklər

08:40
19 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

08:35
19 Fevral

ABŞ-nin Mayami-Deyd dairəsində 26 fevral tarixi Xocalının Anım Günü elan edilib

08:30
19 Fevral

İşğaldan azad olunmuş ərazilərimiz geniş tikinti meydanına çevrilib

08:25
19 Fevral

Fransa tarixi haqsızlıq qarşısında utanmalıdır

08:20
19 Fevral

Ermənistan militarizasiya siyasəti həyata keçirir

08:15
19 Fevral

Belə bir məhkəmə bir gün Koçaryan üçün də qurulacaq

08:10
19 Fevral

Avropa Parlamentinin qərəz dolu Cənubi Qafqaz siyasəti

08:05
19 Fevral

Azərbaycan-Çin strateji tərəfdaşlığı - Avrasiyada iqtisadi sabitliyə və inkişafa xidmət edən əməkdaşlıq 

08:00
19 Fevral

Diplomatik xidmət haqqında 

02:14
19 Fevral

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:13
19 Fevral

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib  

22:59
18 Fevral

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

22:58
18 Fevral

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

22:57
18 Fevral

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
2425262728  

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!