30 Yanvar 2025 08:45
263
CƏMİYYƏT
A- A+
Yerli müşahidəçilər seçki prosesini müsbət qiymətləndirdilər

Yerli müşahidəçilər seçki prosesini müsbət qiymətləndirdilər


"Hər hansı qanun pozuntusu müşahidə olunmur, səsvermə normal keçir"


Ötən il Prezident və Milli Məclisə keçirilən seçkilərdə şəffaf və demokratik nümunə ortaya qoyan Azərbaycan bələdiyyə seçkilərini də arxada qoydu. Ölkə həyatında mühüm siyasi hadisə olan seçkilərdə 23 siyasi partiyanı təmsil edən 16 min 92 namizəd mübarizə apardı.

Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında seçki prosesini izləmək üçün 70 min 625 yerli müşahidəçi akkreditasiyadan keçmişdi.

Müstəqil Azərbaycan tarixində sayca 6-cı bələdiyyə seçkiləri də şəffaf və demokratik şəraitdə baş tutdu. Bunu seçki məntəqələrində səsvermə prosesini izləyən yerli müşahidəçilər də təsdiqlədilər.

Biz də Nizami rayonu 25 saylı II Seçki Dairəsinin bir neçə məntəqəsində olub, həm seçki prosesini izlədik, həm də müşahidəçilərin fikirlərini öyrəndik. 

18 saylı seçki məntəqəsində könüllü müşahidəçi Samara Məmişova qeyd etdi ki, səhər saat 08:00-dan məntəqədədir və seçki prosesinin başlanması ilə bağlı bütün prosesləri izləyib. O, qaydalara əməl olunduğunu dedi: "Seçki prosesi normal gedir. Səhər saatları olduğu üçün seçici fəallığı o qədər də yüksək deyil. Amma seçicilər məntəqəyə yaxınlaşaraq istədikləri namizədə sərbəst şəkildə səs verib, məntəqəni tərk edirlər".

Müşahidəçi vurğuladı ki, seçicilər arasında ortayaşlı şəxslər daha çoxdur: "Gənc və yaşlı seçicilərə o qədər də rast gəlinmir. Hələ səhər saatlarıdır. Yəqin ki, günün növbəti saatlarında aktivlik müşahidə olunacaq".

Seçki prosesi ilə bağlı fikirlərini öyrəndiyimiz digər müşahidəçi də bildirdi ki, səhər saatlarından seçicilər məntəqəyə gəlirlər. 

YAP-ın müşahidəçisi Mehriban Vəliyeva da məntəqəyə yaxınlaşan seçicilərin əsasən orta nəslin nümayəndələri olduğunu vurğuladı: "Saat 08:30-dan məntəqədəyəm.  Seçici fəallığı hiss olunur. Hər hansı pozuntu müşahidə etməmişəm. Məntəqəyə gələn seçicilər istədikləri namizədə rahatlıqla səs verirlər. Seçkilər şəffaf şəkildə keçirilir və səsvermə hüququna malik olan şəxslər öz seçki hüquqlarından sərbəst şəkildə istifadə edə bilirlər. Gün ərzində də məntəqələrdə müşahidəmi davam etdirəcəyəm".

Qeyd edək ki, səhər saat 08:00-da  başlayıb, 19:00-da başa çatıb. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yenilənmiş "Şəmkir" futbol klubunun təqdimat mərasimi keçirilmişdir

09:05
19 Fevral

XX əsr qəzəlimizin Vahidi

09:00
19 Fevral

QƏZƏLLƏR

08:55
19 Fevral

"Xankəndi" iş başında

08:50
19 Fevral

Dövlət növbəti dəfə sahibkara sahib çıxdı

08:45
19 Fevral

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini Türkiyədə davam etdirəcəklər

08:40
19 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

08:35
19 Fevral

ABŞ-nin Mayami-Deyd dairəsində 26 fevral tarixi Xocalının Anım Günü elan edilib

08:30
19 Fevral

İşğaldan azad olunmuş ərazilərimiz geniş tikinti meydanına çevrilib

08:25
19 Fevral

Fransa tarixi haqsızlıq qarşısında utanmalıdır

08:20
19 Fevral

Ermənistan militarizasiya siyasəti həyata keçirir

08:15
19 Fevral

Belə bir məhkəmə bir gün Koçaryan üçün də qurulacaq

08:10
19 Fevral

Avropa Parlamentinin qərəz dolu Cənubi Qafqaz siyasəti

08:05
19 Fevral

Azərbaycan-Çin strateji tərəfdaşlığı - Avrasiyada iqtisadi sabitliyə və inkişafa xidmət edən əməkdaşlıq 

08:00
19 Fevral

Diplomatik xidmət haqqında 

02:14
19 Fevral

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:13
19 Fevral

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib  

22:59
18 Fevral

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

22:58
18 Fevral

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

22:57
18 Fevral

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
2425262728  

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!