12 Yanvar 2025 08:30
179
CƏMİYYƏT
A- A+
YAP ölkəboyu geniş və effektiv təşviqat kampaniyası aparır

YAP ölkəboyu geniş və effektiv təşviqat kampaniyası aparır


Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Naxçıvan şəhəri Naxçıvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli qeyd edib ki, müasir, qüdrətli, güclü və qalib Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir: "Heydər Əliyev yolu Azərbaycanı Zəfər zirvəsinə yüksəldib. Bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlu nəticələri hər birimizin gözü önündədir. Hazırda harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz qüdrətli dövləti ilə qürur duyur".

 "İndiyədək keçirilən beş bələdiyyə seçkisinin hamısında YAP böyük üstünlüklə qalib gəlib və xalqın rifahı naminə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə öz töhfəsini verib" deyən E.Cəfərli builki seçkilərdə də xalqımızın partiyanın namizədlərinə etimad göstərəcəyinə inandığını bildirib.  

Seçki qərargahının üzvləri Rail Tağızadə və Nazim Bayramov, bələdiyyə üzvlüyünə namizədlər Tahir Hüseynli, Orxan Əliyev və Bahar Vəliyeva Ulu Öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Bələdiyyə seçkilərinin YAP-ın növbəti mühüm siyasi nailiyyəti kimi tarixə düşəcəyi əminliklə ifadə olunub.

*** 

Xəzər rayonu Türkan və Binə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin ölkəmizin sosial-iqtisadi inkişafını təmin etdiyini bildirib. O, qarşıdan gələn bələdiyyə seçkilərinin önəmindən danışıb, YAP-ın namizədləri barədə seçicilərə məlumat verib. Ş.Nənəcanov bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının qalib olacağına əminliyini ifadə edib. "YAP Zəfər partiyasıdır", - deyə vurğulanıb.

Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Tehran Rəhimov, Fərzəli Hacıyev, Habil Həmidov və Ramin Feyziyev görüş iştirakçılarını seçkilərdə fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

***

Şamaxı rayonu Şamaxı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, Ulu Öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə, müstəqilliyi daimi, dönməz və əbədi etməyə nail olub: "Ümummilli Lider xalqımıza çoxsaylı tarixi nailiyyətlər qazandırmaqla yeni, müasir və müstəqil Azərbaycan reallığını yaradıb. Bu gün Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində milli məqsədlərimiz müvəffəqiyyətlə gerçəkləşdirilir, bütün sahələrdə böyük nailiyyətlər qazanılır".

T.Qasımlı bildirib ki, dövlət başçısının ölkəmizin tərəqqisinə xidmət edən siyasətinin təməlində çoxşaxəli islahatların həyata keçirilməsi dayanır: "Bu, bütün sahələrdə davamlı yüksəlişi təmin etməklə bərabər, bələdiyyə institutunun da inkişafı üçün münbit zəmin formalaşdırmışdır".

Seçki qərargahının üzvü Ağarza Bayramov və təşviqat qrupunun üzvü Fuad Səmiyev YAP-ın seçki proqramında nəzərdə tutulan hədəflərin gerçəkləşdirilməsinin yerli özünüidarəetmə orqanlarının fəaliyyətini təkmilləşdirəcəyini qeyd edərək seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.

***

Gəncə şəhəri Kəpəz bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Gəncə şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov qeyd edib ki, müstəqil ölkəmizdə bələdiyyələrin xüsusi rolu var. Bələdiyyələrin ölkəmizdə formalaşması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Seçki qərargahının üzvləri Mehman Rzayev, Elgün Aslanov, bələdiyyə üzvülüyünə namizəd Vüqar Mehdiyev, şəhid Hacı Rauf Əsgərovun anası Brilliant Əsgərova, şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə çıxış edərək, Yeni Azərbaycan Partiyasının yeni qələbələrə müvəffəq olmaq gücündə olduğunu qeyd ediblər. Onlar seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər də bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini diqqətə çatdırıblar.

Gəncə şəhəri Kəpəz bələdiyyəsi üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.

***

Qazax rayonu Salahlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP)  namizədlərinin seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşlərdə giriş sözü ilə çıxış edən YAP Qazax  rayon  təşkilatının sədri Anar Nəbiyev Azərbaycanın qüdrətli, sarsılmaz və böyük nüfuz sahibi olan dövlət kimi dünyada tanındığı, böyük uğurlara imza atdığını qeyd edib. O, YAP-ın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını, partiyanın növbəti bələdiyyə seçkilərində möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Seçki qərargahının üzvləri Fərhad Qocamanov, Gülnaz Alişanova, Elxan Abdullayev, Pəri İbrahimova, Müqabil Məmmədov, Azər Məmmədov, bələdiyyə üzvlüyünə namizədlər Alı Budaqov, Mətanət Ayvazova, Aqil İsmayılov, Günay Allahverənova və digərləri ötən müddət ərzində bələdiyyələrin inkişafı istiqamətində mühüm addımların atıldığını, bir çox mühüm layihənin həyata keçirildiyini vurğulayıblar.

Seçicilər Nəbi Murquzov, Ayvaz Osmanov, Məzahir Hüseynov, Etibar Vəliyev və başqaları çıxış edərək YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

***

Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Yevlax rayonu Xaldan bələdiyyəsi üzrə Xaldan, Quşçu, Yuxarı Salamabad kəndlərinin və Qaraməmmədli bələdiyyəsi üzrə Qaraməmmədli və Rüstəmli kəndlərinin ərazisində yaşayan seçicilərlə görüşü keçirilib.

Görüşlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Görüşlərdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası digər seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də fəal iştirakı ilə fərqlənib. Budəfəki seçkilərin də favoriti YAP-dır.

Seçki qərargahının üzvləri Bayram Yusifov, Tofiq Həsənov və bələdiyyə üzvlüyünə namizədlər Röyal Cəfərov, Telli Məmmədova, Suca Əliyeva, Əhliman Quliyev, İkram Məmmədov, Dünyamin Göygözov, Mehri Əlizadə və Xalidə Kərimova vurğulayıblar ki, ölkədəki inkişaf, dünyada baş verən hadisələr, demokratik dəyişikliklər bələdiyyələri yeni məqsədlərə, səmərəli fəaliyyətə istiqamətləndirir. Namizədlər xüsusilə bildiriblər ki, Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi hər zaman Azərbaycanın hərtərəfli inkişafı naminə misilsiz xidmətlər göstərib.

Görüşlərdə çıxış edən seçicilər ölkəmizdəki xalq-iqtidar birliyinin sarsılmaz olduğunu qeyd edərək keçmişdə olduğu kimi, gələcəkdə də güclü Yeni Azərbaycan Partiyasını dəstəkləməyə davam edəcəklərini bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə eksperti: Hrant Dink Fondu regiondakı reallıqları təhrif etməyə çalışır  

13:33
12 Yanvar

NASA Yerin maqnit sahəsini müfəssəl öyrənəcək  

12:48
12 Yanvar

Türkiyə enerji daşıyıcıları idxalını minimuma endirməyi hədəfləyir  

12:28
12 Yanvar

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

11:37
12 Yanvar

Faktiki hava: Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb  

11:21
12 Yanvar

Fransa yeni siyasi təlatüm astanasında

09:25
12 Yanvar

Mənim sualım var

09:20
12 Yanvar

İşıqlı günlərin yollarında

09:15
12 Yanvar

Torpağı və orqanizmi zəhərləyən torbalar

09:10
12 Yanvar

Ermənistan bölgəni müharibəyə sürükləyir

09:05
12 Yanvar

Ədalət mühakiməsi başlayır

09:00
12 Yanvar

Qərbi Azərbaycana qayıdış missiyası

08:55
12 Yanvar

Azərbaycanda yeni milli park yaradılacaq

08:50
12 Yanvar

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub

08:40
12 Yanvar

Daha bir uğur ünvanı 

08:35
12 Yanvar

YAP ölkəboyu geniş və effektiv təşviqat kampaniyası aparır

08:30
12 Yanvar

Gələcək uğurların təməli

08:25
12 Yanvar

Azərbaycanın D-8-ə üzvlüyü əməkdaşlıq üçün yeni imkanlar yaradır

08:20
12 Yanvar

İƏİT: "Azərbaycan "yaşıl enerji" və Dayanıqlı İnkişaf Məqsədləri sahəsində irəliləyir"

08:15
12 Yanvar

Ümumdünya İqtisadi Forumu Azərbaycanı lider elan etdi

08:10
12 Yanvar

Məmnun vətəndaş - güvənli dövlət

08:05
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!