12 Yanvar 2025 09:05
166
SİYASƏT
A- A+
Ermənistan bölgəni müharibəyə sürükləyir

Ermənistan bölgəni müharibəyə sürükləyir


Azərbaycan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün Ermənistanla müxtəlif məkanlarda xoşniyyətli danışıqlar aparır. Azərbaycandan fərqli olaraq Ermənistanın "fəaliyyəti" onun sülhdən yayındığını açıq-aydın göstərir. İrəvan ona verilən şansları dəyərləndirə bilmir. Ermənistanın baş naziri Nikol Paşinyan nə qədər özünü "sülh göyərçini" kimi təqdim etməyə, məsələnin mahiyyətindən qaçmağa çalışsa da, yaxın tarixin reallıqları unudulmayıb.

Ermənistan rəhbəri  son illərdə xarici ölkələrlə bir neçə milyard dollarlıq silah müqavilələri imzaladığını, öz hərbi sənayesinə bir neçə yüz milyon dollar dəyərində sifarişlər verdiyini açıqlamışdı. O həmçinin orduya qadınların cəlb olunmağa davam etdiyini, ordunun ehtiyat qüvvələrinin formalaşdırıldığını xatırladıb.

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistan hökuməti hər il hərbi büdcəsini artırmaqda davam edir. Kapitulyasiyadan sonrakı ildə Ermənistanın hərbi büdcəsi 600 milyon ABŞ dolları olmuşdusa, 2024-2025-ci fiskal ilində Ermənistanın Hindistandan alacağı silahların dəyəri 600 milyon ABŞ dollarına bərabərdir. Lokal xarakterli antiterror tədbirlərinin keçirildiyi 2023-cü ildə Ermənistan 2021-ci illə müqayisədə 100 faizdən çox artım edərək hərbi büdcəsini 1.28 milyard dollara çatdırıb. Ötən ildə Ermənistanın hərbi xərcləri 1.37 milyard dolları keçib. Postsovet məkanında ümumi daxili məhsulda hərbi xərclərin ən yüksək göstəricisi olan ölkə də 4.2 faiz olmaqla məhz Ermənistandır. 

Ermənistan hökumətinin Azərbaycan ilə diplomatik manevrlərə təkbaşına qərar vermədiyi hər kəsə məlumdur. Nikol Paşinyan bu gün Cənubi Qafqazda qeyri-stabillik yaratmağı qarşısına məqsəd qoyan Fransa ilə koordinasiyalı addımlar atır. Rəsmi Parisin, eləcə də bir neçə Avropa İttifaqı (Aİ) ölkəsinin dəstəyi ilə militarizasiya yolu tutan İrəvan regionda davamlı sülh yerinə yeni potensial münaqişə ocağı formalaşdırmaq niyyətindədir. Ermənistan bundan öncə Fransadan "Bastion" çoxməqsədli zirehli avtomobillər və "Sezar" özüyeriyən artilleriya qurğuları almışdı. Ardınca isə Avropa İttifaqının da Ermənistana Sülh Fondundan 10 milyon avro dəyərində hərbi dəstək ayırması məsələsi gündəmə gəldi. 

Qərbin bir sıra hakim dairələri məğlub ölkəni silahlandırmaqla onu yeni münaqişəyə təhrik etməyə, sülh danışıqlarının irəliləməsinə mane olmağa çalışır. Bütün bunlara paralel olaraq Nikol Paşinyan ikibaşlı oyun oynamaqda davam edir. Belə ki, baş nazir ATƏT-in Minsk qrupunun buraxılması və beynəlxalq məhkəmələr, qarşılıqlı iddialardan imtina da daxil olmaqla Azərbaycanla sülhün əldə edilməsinə dair 12 təklifini açıqlayıb. Məğlub ölkənin baş naziri bu barədə sosial media hesabında paylaşım edib. Digər təkliflərə silahlara qarşılıqlı nəzarət mexanizmlərinin formalaşdırılması, döyüşkən ritorikadan imtina və sülh müqaviləsinin imzalanması ilə "Dünyanın kəsişməsi" layihəsinin həyata keçirilməsi daxildir.

Ermənistanın baş nazirinin fikrincə, Azərbaycanın iki hissəsi arasında Ermənistan ərazisindən keçən kommunikasiya məsələləri (və əksinə) və iki ölkədən olan qaçqınların problemləri bütövlükdə nəzərə alınmaqla, bu çərçivədə həll edilə bilər. Həmçinin bu məsələyə ekspert komissiyalarının cəlb edilməsini də zəruri sayır. 

Göründüyü kimi, Paşinyanın mövqeyi sülhü yaxınlaşdırmır, əksinə, uzaqlaşdırır.  Paşinyan Azərbaycana Qərbi Azərbaycan terminindən imtinanı "tövsiyə" edir. Eyni zamanda Qərbi Azərbaycan dedikdə Naxçıvanı və digər ərazilərimizi nəzərdə tutduğunu bildirir. Bununla da o, Azərbaycan Prezidentinin qərbi azərbaycanlılarla görüşüb, onları dinləmək təklifindən yayınmağa cəhd göstərir. Halbuki Petrosyanın da etiraf etdiyi kimi, bu azərbaycanlılar öz torpaqlarından silah gücünə qovulublar və bu məqsəd üçün erməni terrorçular 216 mülki azərbaycanlını xüsusi amansızlıqla qətlə yetiriblər.

Bütün bunlar əyani şəkildə Ermənistanın sülhə hazır olmadığını göstərir. Paşinyan təkliflərin absurd və icrasının qeyri-real olduğunu özü də yaxşı anlayır. Əksinə, bununla hərbləşmə siyasətinə "özünümüdafiə" donu geyindirmək, beynəlxalq birliyin gözü önündə sülh təşəbbüskarı kimi görünmək istəyir. Amma təbii ki, onun bu primitiv diplomatik oyunları istər Bakı, istərsə də digər regional oyunçular tərəfindən aydın görünür.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə eksperti: Hrant Dink Fondu regiondakı reallıqları təhrif etməyə çalışır  

13:33
12 Yanvar

NASA Yerin maqnit sahəsini müfəssəl öyrənəcək  

12:48
12 Yanvar

Türkiyə enerji daşıyıcıları idxalını minimuma endirməyi hədəfləyir  

12:28
12 Yanvar

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

11:37
12 Yanvar

Faktiki hava: Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb  

11:21
12 Yanvar

Fransa yeni siyasi təlatüm astanasında

09:25
12 Yanvar

Mənim sualım var

09:20
12 Yanvar

İşıqlı günlərin yollarında

09:15
12 Yanvar

Torpağı və orqanizmi zəhərləyən torbalar

09:10
12 Yanvar

Ermənistan bölgəni müharibəyə sürükləyir

09:05
12 Yanvar

Ədalət mühakiməsi başlayır

09:00
12 Yanvar

Qərbi Azərbaycana qayıdış missiyası

08:55
12 Yanvar

Azərbaycanda yeni milli park yaradılacaq

08:50
12 Yanvar

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub

08:40
12 Yanvar

Daha bir uğur ünvanı 

08:35
12 Yanvar

YAP ölkəboyu geniş və effektiv təşviqat kampaniyası aparır

08:30
12 Yanvar

Gələcək uğurların təməli

08:25
12 Yanvar

Azərbaycanın D-8-ə üzvlüyü əməkdaşlıq üçün yeni imkanlar yaradır

08:20
12 Yanvar

İƏİT: "Azərbaycan "yaşıl enerji" və Dayanıqlı İnkişaf Məqsədləri sahəsində irəliləyir"

08:15
12 Yanvar

Ümumdünya İqtisadi Forumu Azərbaycanı lider elan etdi

08:10
12 Yanvar

Məmnun vətəndaş - güvənli dövlət

08:05
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!