12 Yanvar 2025 09:00
168
SİYASƏT
A- A+
Ədalət mühakiməsi başlayır

Ədalət mühakiməsi başlayır


İşləri məhkəməyə göndərilən ünsürlər layiqli cəzalarını alacaqlar


2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərinin nəticəsində Qarabağdakı erməni separatçılığına, qondarma respublikanın mövcudluğuna birdəfəlik son qoyuldu. 

Bu tarixi zəfər bir daha Prezident İlham Əliyevin qətiyyətinin, güclü siyasi iradəsinin təntənəsinə çevrildi və bununla Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Ermənistanın və dünya erməniliyinin torpaqlarımızda ikinci erməni dövləti yaratmaq xülyası tarixin zibilliyinə atıldı.


1389 cinayət işi


Azərbaycan dövləti yalnız torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası ilə kifayətlənmədi. Antiterror əməliyyatlarının nəticəsi olaraq həm də onilliklər boyu torpaqlarımızda separatçılıqla məşğul olanlar, milli kimliyimizə düşmən kəsilərək xalqımıza qarşı kütləvi qətliamlar, soyqırımları, müharibə cinayətləri törədən erməni cəlladları da həbs edildilər, əlləri qandallanaraq Bakıya gətirildilər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun ötən ay yaydığı məlumata əsasən, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən respublikamıza qarşı törədilmiş qanunsuz əməllərə dair cinayət işi məhkəməyə göndərilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü ilədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və respublikamızın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.


16 təqsirləndirilən şəxs


Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Arkadi Qukasyan, Arayik Harutyunyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan, Davit Manukyan, Qarik Martirosyan, Melikset Paşayan, Davit Allahverdiyan, Qurqen Stepanyan, Levon Balayan, Madat Babayan, Vasili Beqlaryan və Erik Qazaryan cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə təqsirləndirilirlər. 

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğunun ötən il dekabrın 28-də yaydıqları birgə məlumata əsasən isə Rusiya vətəndaşı olmuş, hazırda Ermənistan vətəndaşı olan, Rusiyada "Troyka Dialoq" şirkətinin təsisçisi və rəhbəri Ruben Vardanyanın da cinayət işi məhkəməyə göndərilib. Qeyd edək ki, bir vaxtlar Azərbaycanın Qarabağ bölgəsində at oynadan, respublikamızı təhdid edən Ruben Vardanyan antiterror əməliyyatlarından bir neçə gün sonra Ermənistana qaçmaq istəyərkən saxlanılıb. Toplanmış sübutlar əsasında ona Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak etdiyinə görə Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən yekun ittiham elan olunub.

Bu həmin  Ruben Vardanyandır ki, Xankəndidə oturub terrorçuluğu maliyyələşdirir, Azərbaycana qarşı hədyanlar söyləyirdi. Arayik Harutyunyan isə 2000-ci ildə qondarma respublikanın "prezidenti" kimi "andiçməsini" Şuşada keçirmiş, "vəzifəsinə" başladığı ilk gündən bizi başqa torpaqlarımızın da işğal edilməsi ilə hədələmişdi. Vətən müharibəsində isə bu cani Gəncənin raket atəşinə tutulması üçün əmr verdiyi ilə qürurlanırdı.

Ayrı-ayrı vaxtlarda separatçı rejimə rəhbərlik etmiş Arkadi Qukasyan və Bako Sahakyan da əlləri xalqımızın qanına bulaşmış cəlladlardır. Onlar yəqin ki, nə vaxtsa həbs olunacaqlarına inanmaq istəməzdilər. Lakin bu baş verdi və bir vaxtlar torpaqlarımızı işğal etmələri ilə qürurlanan, Azərbaycanı yeni ərazilərin işğalı ilə təhdid edən, Şuşada yallı gedən bu ünsürlər indi məhkəmələrini gözləyirlər. Onları mühakimə edən isə güclü və qalib Azərbaycan dövlətidir. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə eksperti: Hrant Dink Fondu regiondakı reallıqları təhrif etməyə çalışır  

13:33
12 Yanvar

NASA Yerin maqnit sahəsini müfəssəl öyrənəcək  

12:48
12 Yanvar

Türkiyə enerji daşıyıcıları idxalını minimuma endirməyi hədəfləyir  

12:28
12 Yanvar

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

11:37
12 Yanvar

Faktiki hava: Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb  

11:21
12 Yanvar

Fransa yeni siyasi təlatüm astanasında

09:25
12 Yanvar

Mənim sualım var

09:20
12 Yanvar

İşıqlı günlərin yollarında

09:15
12 Yanvar

Torpağı və orqanizmi zəhərləyən torbalar

09:10
12 Yanvar

Ermənistan bölgəni müharibəyə sürükləyir

09:05
12 Yanvar

Ədalət mühakiməsi başlayır

09:00
12 Yanvar

Qərbi Azərbaycana qayıdış missiyası

08:55
12 Yanvar

Azərbaycanda yeni milli park yaradılacaq

08:50
12 Yanvar

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub

08:40
12 Yanvar

Daha bir uğur ünvanı 

08:35
12 Yanvar

YAP ölkəboyu geniş və effektiv təşviqat kampaniyası aparır

08:30
12 Yanvar

Gələcək uğurların təməli

08:25
12 Yanvar

Azərbaycanın D-8-ə üzvlüyü əməkdaşlıq üçün yeni imkanlar yaradır

08:20
12 Yanvar

İƏİT: "Azərbaycan "yaşıl enerji" və Dayanıqlı İnkişaf Məqsədləri sahəsində irəliləyir"

08:15
12 Yanvar

Ümumdünya İqtisadi Forumu Azərbaycanı lider elan etdi

08:10
12 Yanvar

Məmnun vətəndaş - güvənli dövlət

08:05
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!