12 Yanvar 2025 08:50
165
CƏMİYYƏT
A- A+
Azərbaycanda yeni milli park yaradılacaq

Azərbaycanda yeni milli park yaradılacaq


Azərbaycanda yeni milli parkların yaradılması istiqamətində işlər aparılır.

Bunu "Report"a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev deyib.

Onun sözlərinə görə, son illərdə ölkə ərazisində xüsusi mühafizə olunan ərazilərin sahəsinin genişləndirilməsi və yenilərinin yaradılması istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir. Hazırda Azərbaycan ərazisində 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 təbiət yasaqlığı fəaliyyət göstərir ki, onların da ümumi sahəsi 893 min hektar olmaqla ölkə ərazisinin 10,3 faizini təşkil edir. Xüsusi mühafizə olunan ərazilər şəbəkəsi 2001-ci ilə qədər 478 min hektar təşkil edirdisə, hazırda bu rəqəm 2 dəfəyədək artırılıb: "Əhəmiyyətli və unikal təbii landşaft müxtəlifliyinə malik Qanıx çayı vadisini və Axar-baxar dağ silsiləsini əhatə edən Bozdağ-Acınohur Milli Parkının, həmçinin İlisu Dövlət Təbiət Qoruğunun bazasında İlisu Milli Parkının yaradılması üzrə işlər davam edir. Milli parklarda infrastruktur layihələrinin həyata keçirilməsi, eyni zamanda, yeni turizm marşrutlarının yaradılması və milli park heyətinin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tədbirlər davam edir".

R.Allahverdiyev deyib ki, milli parklar xüsusi mühafizə olunan təbiət əraziləri olaraq təbii arealın və ekosistemlərin mühafizəsi istiqamətində ixtisaslaşıb. Bəzi milli parklarda müəyyən reintroduksiya layihələrinin aparılması istiqamətində işlər aparılır: "2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi həyata keçirilir. Layihə çərçivəsində İndiyədək Şirvan Milli Parkından tutulmuş ümumilikdə 396 baş ceyranın respublikanın müxtəlif ərazilərinə (Ağgöl və Abşeron Milli Parkları, Korçay Dövlət Təbiət Qoruğu, Qax Dövlət Təbiət Yasaqlığı, Şamaxı yolu (Pirəkəşkül), Cəbrayıl və Samux rayonuna), eləcə də Gürcüstan Respublikasının Vaşlovani Milli Parkına reintroduksiyası həyata keçirilib".

O əlavə edib ki, 2012-ci ilin sonlarından etibarən zubrların (Bison bonasus) Azərbaycanın vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində intensiv işlər aparılır: "Belə ki, 2015-ci ildə Şahdağ Milli Parkının İsmayıllı rayonunun inzibati ərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılıb, orada onların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib. Reintroduksiya layihəsi çərçivəsində 2019-2023-cü illər ərzində ölkəmizə Fransa, Belçika və Almaniya zooparklarından 46 baş Avropa bizonu gətirilib və sayında artım müşahidə olunaraq 68 başa çatıb".

Xidmət rəsmisi əlavə edib ki, milli parklara yerli və xarici turistlərin marağı çox yüksəkdir: "Milli parklarımızda hazırda 120 turizm marşrutu fəaliyyət göstərir. 2024-cü il ərzində milli parklara 224 min turist səfər edib. Bunların, əlbəttə ki, böyük əksəriyyəti yerli, bir qismi isə xarici turistdir. COP29 tədbirləri çərçivəsində milli parklarımıza xarici qonaqların səfərlərinin artmasını xüsusi qeyd etmək istərdim. Xüsusi mühafizə olunan təbiət əraziləri iqlim dəyişmələri ilə mübarizədə əsas adaptiv tədbirlərdən hesab olunur".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə eksperti: Hrant Dink Fondu regiondakı reallıqları təhrif etməyə çalışır  

13:33
12 Yanvar

NASA Yerin maqnit sahəsini müfəssəl öyrənəcək  

12:48
12 Yanvar

Türkiyə enerji daşıyıcıları idxalını minimuma endirməyi hədəfləyir  

12:28
12 Yanvar

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

11:37
12 Yanvar

Faktiki hava: Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb  

11:21
12 Yanvar

Fransa yeni siyasi təlatüm astanasında

09:25
12 Yanvar

Mənim sualım var

09:20
12 Yanvar

İşıqlı günlərin yollarında

09:15
12 Yanvar

Torpağı və orqanizmi zəhərləyən torbalar

09:10
12 Yanvar

Ermənistan bölgəni müharibəyə sürükləyir

09:05
12 Yanvar

Ədalət mühakiməsi başlayır

09:00
12 Yanvar

Qərbi Azərbaycana qayıdış missiyası

08:55
12 Yanvar

Azərbaycanda yeni milli park yaradılacaq

08:50
12 Yanvar

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub

08:40
12 Yanvar

Daha bir uğur ünvanı 

08:35
12 Yanvar

YAP ölkəboyu geniş və effektiv təşviqat kampaniyası aparır

08:30
12 Yanvar

Gələcək uğurların təməli

08:25
12 Yanvar

Azərbaycanın D-8-ə üzvlüyü əməkdaşlıq üçün yeni imkanlar yaradır

08:20
12 Yanvar

İƏİT: "Azərbaycan "yaşıl enerji" və Dayanıqlı İnkişaf Məqsədləri sahəsində irəliləyir"

08:15
12 Yanvar

Ümumdünya İqtisadi Forumu Azərbaycanı lider elan etdi

08:10
12 Yanvar

Məmnun vətəndaş - güvənli dövlət

08:05
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!