12 Yanvar 2025 08:25
193
SİYASƏT
A- A+
Gələcək uğurların təməli

Gələcək uğurların təməli


Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid konsepsiya əsasında inkişaf edir


"Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi zamanı çox önəmli mesaj verdi. Dövlət başçısı qeyd etdi ki, həm Qarabağ, həm Şərqi Zəngəzur, həm də ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, "yaşıl enerji" və təhlükəsizlik nöqteyi-nəzərindən vahid böyük məkana çevrilməlidir". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Tural Murtuzəliyev deyib.

O qeyd edib ki, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edirlər. Prezident İlham Əliyevin bu fikirlərində diqqətçəkən iki əsas məqam var. Birincisi, sözügedən 3 iqtisadi rayonun vahid konsepsiya halında inkişaf etməsi, ikincisi isə həmin ərazilərin iqtisadi, sosial, "yaşıl enerji" və təhlükəsizlik baxımından vahid böyük məkana çevrilməsidir. Üç iqtisadi rayonun vahid konsepsiya halında inkişaf etməsi ilə əlaqədar respublikamızın bütün bölgələrində bərpa-quruculuq işləri gedir, dövlət proqramları, xüsusi layihələr icra olunur. Üç iqtisadi rayonun vahid konsepsiya ilə inkişafı dedikdə, bunların qarşılıqlı əlaqədə inkişafı nəzərdə tutulur. Zəngəzur dəhlizi açıldıqdan sonra bu regionlar həm ölkə iqtisadiyyatı, həm region, həm də türk dünyası üçün əhəmiyyətli rol oynayacaq. "Bu regionların xüsusi iqtisadi, sosial və siyasi əhəmiyyətini nəzərə alan ölkə rəhbəri yalnız sözügedən regionlarda xüsusi idarəetmə növü - Səlahiyyətli və Xüsusi Nümayəndəlik İnstitutları yaradıb. Daha çevik və şəffaf idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə səlahiyyətli və xüsusi nümayəndələrin təyin olunması regionlarda dövlət proqramları, xüsusi iqtisadi və sosialyönümlü layihələrin uğurla icra edilməsinə səbəb olub. Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi və Qarabağ, Şərqi Zəngəzura aid rayonlarda fəaliyyət göstərən xüsusi nümayəndələri dövlət başçısının sosial-iqtisadi inkişaf strategiyasını regionlarda tətbiq edir", - deyə Tural Murtuzəliyev əlavə edib. 

O qeyd edib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" bölgənin hərtərəfli inkişafını hədəfləyir. Bu proqram infrastruktur, sənaye, kənd təsərrüfatı, turizm və sosial sahələrdə mühüm addımların atılması üçün yol xəritəsidir. Bu dövlət proqramı ölkə tarixində əhatəsinə, nəzərdə tutulan büdcəsinə görə ən böyük proqramlardan biridir. Proqramın icrası nəzərdə tutulan böyük perspektivdən xəbər verir. 

Rəis müavini vurğulayıb ki, üç regionun vahid böyük məkana çevrilməsi istiqamətində əhəmiyyətli işlər icra olunur: "Əvvəldən görülən işlərlə yanaşı, təkcə 2024-cü ilin son ayında Prezident İlham Əliyev tərəfindən muxtar respublikanın bu yöndə inkişafına ciddi töhfə verəcək iki mühüm qərar olub: Naxçıvan Muxtar Respublikasında yeni Sənaye Parkının yaradılması və Naxçıvanda yeni istilik-elektrik stansiyasının tikintisi. Hər iki qərar maliyyə yükünə, ölkə iqtisadiyyatına olan qatqısına görə xüsusi əhəmiyyətə malikdir. Yaradılması nəzərdə tutulan Sənaye Parkı bölgənin sənaye potensialının artırılmasını, yeni iş yerlərinin açılmasını təmin etmək məqsədi daşıyır. Sənaye parkları, həmçinin yerli istehsalın artırılmasına və xarici investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Bu Sənaye Parkı xüsusilə kiçik və orta biznesin inkişafına töhfə verəcək, sosial rifahın yaxşılaşmasına dəstək göstərəcək və bölgənin iqtisadiyyatının şaxələndirilməsini təmin edəcək". 

Uzun illər blokada şəraitində qalmağın Naxçıvana müəyyən çətinliklər yaratdığını xatırladan T.Murtuzəliyev bildirib ki, muxtar respublikanın İran və Türkiyə üzərindən beynəlxalq bazarlara çıxışı Sənaye Parkında yaradılacaq müəssisələri ciddi imkanlarla təmin edə bilər. Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına daha sürətli inteqrasiya edəcək. Üç iqtisadi rayonun vahid konsepsiya əsasında inkişafı üçün Naxçıvanda yeni istilik-elektrik stansiyasının tikintisi ciddi töhfədir. Ehtimal olunan qiymətinə görə bu, muxtar respublikada icra olunan ən irihəcmli layihədir. 

İstilik-elektrik stansiyasının faydalarından danışan xidmət rəsmisi deyib ki, birincisi, muxtar respublikanın enerji dayanıqlılığı tam təmin olunacaq, bütün hallarda enerji təminatının tam müstəqilliyi bərpa olunacaq. İkinci əsas məsələ isə ondan ibarətdir ki, muxtar respublikada alternativ və bərpaolunan enerji potensialından istifadə üçün balans rolunu oynayacaq. Bu, Naxçıvanın enerji ixracını təmin etməyə birbaşa dəstəkdir. 

Rəis müavini qeyd edib ki, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzuru birləşdirən ən ortaq cəhət hər üç iqtisadi rayonun "yaşıl enerji" zonası olmasıdır: "Şərqi Zəngəzurda Cəbrayıl enerji qovşağının yaradılması elektrik enerjisinin Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsinə şərait yaradacaq. Naxçıvan "yaşıl enerji"nin istehsalı və istehlakı ilə bərabər, ixracının da həm mənbəyi, həm də marşrutuna çevriləcək. Belə ki, muxtar respublikada mövcud olan enerji potensialının reallaşdırılması yönündə işlərə başlanılıb. Enerji sisteminin ölkənin əsas enerji sisteminə inteqrasiyası yönündə atılan addımlar enerji təminatının dayanıqlılığının qorunması və ixrac hədəflərinin gerçəkləşdirilməsinin ilkin addımlarıdır. Günəş potensialı ilə fərqlənən hər 3 regionun enerji potensialının istifadəsi ölkəmizə ciddi gəlirlər gətirəcək və neft-qaz ölkəsi ilə yanaşı enerji ixracında payını artıracaq".

Naxçıvan Muxtar Respublikasının ölkə üçün siyasi və iqtisadi strateji əhəmiyyətə malik regionlardan biri olduğunu vurğulayan T.Murtuzəliyev bildirib ki, Azərbaycanın əsas hədəfləri içərisində Zəngəzur dəhlizinin açılması ilə muxtar respublikanın inkişafının tam təmin olunması da var. Bu baxımdan muxtar respublikanın öz-özünü maliyyələşdirən bölgəyə çevrilməsi yönündə işlər aparılır. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən muxtar respublikada iqtisadi və sosial islahatlar həyata keçirilir. Naxçıvanda yenidənqurma, təkmilləşdirmə və iri layihələrin icrası davam edir və bu yöndə planlar hazırlanır. Ölkənin mövcud iqtisadi, ictimai-siyasi həyatında əhəmiyyətli yerə malik olan səlahiyyətli və xüsusi nümayəndə təyin olunmuş regionlar nəzərdə tutulan iri layihələrin və dövlət proqramlarının icrasında yaxşı nəticələr əldə edilmişdir. Belə ki, muxtar respublikada səlahiyyətli nümayəndəlik fəaliyyətə başlayan dövrün əvvəli ilə 2024-cü il arasında büdcə daxilolmalarında 72.6 faiz, yəni 97 milyon manat artım müşahidə olunub. "Yəni Naxçıvan ölkə üçün əhəmiyyətli hədəfə doğru gedir. Mərkəzi büdcədən asılılığın azaldılması istiqamətində işlər aparılır. İqtisadi yüksəlişlə yanaşı, sosial və ictimai sahələrdə də planlar icra olunur, yeni layihələr hazırlanır. Cənab İlham Əliyevin dediyi kimi, Naxçıvan və Ordubad şəhərlərinin baş planlarının hazırlanmasına da bu il başlanılır. Nəzərdə tutulur ki, ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin də baş planlarının hazırlanması həyata keçirilsin", - deyə o əlavə edib.

Xidmət rəsmisi yekunda qeyd edib ki, görülən işlər, verilən vədlər nəticəsiz qalmır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan vahid inkişaf konsepsiyası ilə inkişaf edir. Bütün bunlar gələcək perspektivlərin və uğurların daha böyük olacağından xəbər verir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə eksperti: Hrant Dink Fondu regiondakı reallıqları təhrif etməyə çalışır  

13:33
12 Yanvar

NASA Yerin maqnit sahəsini müfəssəl öyrənəcək  

12:48
12 Yanvar

Türkiyə enerji daşıyıcıları idxalını minimuma endirməyi hədəfləyir  

12:28
12 Yanvar

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

11:37
12 Yanvar

Faktiki hava: Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb  

11:21
12 Yanvar

Fransa yeni siyasi təlatüm astanasında

09:25
12 Yanvar

Mənim sualım var

09:20
12 Yanvar

İşıqlı günlərin yollarında

09:15
12 Yanvar

Torpağı və orqanizmi zəhərləyən torbalar

09:10
12 Yanvar

Ermənistan bölgəni müharibəyə sürükləyir

09:05
12 Yanvar

Ədalət mühakiməsi başlayır

09:00
12 Yanvar

Qərbi Azərbaycana qayıdış missiyası

08:55
12 Yanvar

Azərbaycanda yeni milli park yaradılacaq

08:50
12 Yanvar

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub

08:40
12 Yanvar

Daha bir uğur ünvanı 

08:35
12 Yanvar

YAP ölkəboyu geniş və effektiv təşviqat kampaniyası aparır

08:30
12 Yanvar

Gələcək uğurların təməli

08:25
12 Yanvar

Azərbaycanın D-8-ə üzvlüyü əməkdaşlıq üçün yeni imkanlar yaradır

08:20
12 Yanvar

İƏİT: "Azərbaycan "yaşıl enerji" və Dayanıqlı İnkişaf Məqsədləri sahəsində irəliləyir"

08:15
12 Yanvar

Ümumdünya İqtisadi Forumu Azərbaycanı lider elan etdi

08:10
12 Yanvar

Məmnun vətəndaş - güvənli dövlət

08:05
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!