12 Yanvar 2025 09:25
176
DÜNYA
A- A+
Fransa yeni siyasi təlatüm astanasında

Fransa yeni siyasi təlatüm astanasında


Ölkə əhalisinin 61 faizi E.Makronun istefasını istəyir


2025-ci ilin ilk sorğuları göstərir ki, fransızları üç məsələ narahat edir: Baş nazir Fransua Bayrunun əvvəlki Nazirlər Kabineti kimi zəif olan yeni hökumətinin gələcəyi,  üç hissəyə bölünmüş parlamentdə mövcud vəziyyət və Milli Assambleyanın yenidən buraxılması ehtimalı,  habelə təkcə siyasi rəqiblərinin deyil, həm də ölkə əhalisinin əksəriyyətinin tələbi ilə Prezident Emmanuel Makronun mümkün istefası.

Prezident E.Makronun ənənəvi Yeni il nitqi keçən illə müqayisədə daha az inamlı səslənib. Bir neçə əsas telekanalda yayımlanmasına baxmayaraq, o, cəmi 9,7 milyon tamaşaçı cəlb edib.

Əvvəlki illərdən fərqli olaraq bu dəfə Makron təkcə siyasi vəziyyətin qeyri-sabitliyini deyil, həm də buna görə birbaşa məsuliyyətini qeyd edib. O etiraf edib ki, parlamentin buraxılması həll yollarından daha çox assambleyaya fikir ayrılığı gətirib. 

Prezidentin parlamentdəki parçalanmanın həllinə kömək edəcəyinə ümid etdiyi tədbirlər sakitlikdən daha çox qeyri-sabitlik yaradıb. Bununla belə Makron öz məsuliyyətini bəyan etməklə kifayətlənməyib. Həmvətənlərini təşvişə salaraq  tezliklə yenidən ölkəyə müraciət edəcəyinə söz verib.

"Le Figaro" qəzetinin keçirdiyi "Odoxa-Backbone" sorğusuna görə, fransızların 86 faizi dekabrda təyin olunan Baş nazir Fransua Bayrunun istefasının qaçılmaz olduğunu düşünür. Onun hökuməti  təyin olunduqdan üç ay sonra etimadsızlıq səsverməsi ilə üzləşən sabiq baş nazir Mişel Barnyenin əvvəlki kabinetinin taleyini təkrarlamaq riskini daşıyır. Parlamentdə davamlı sabotajla üzləşən Prezident onu buraxmaq barədə düşünə bilər. Jan-Lyuk Melanşonun "Yenilməyən Fransa"sı  məhz bunu gözləyir,  ifrat sağçı "Milli Birliy"in rəhbəri Marin Le Pen isə ötən ayın ortalarında partiyasının növbədənkənar prezident seçkilərinə hazırlaşdığını elan edib. O, "demokratik həll" tələb edən hökumət böhranının "xoşbəxt nəticəsi"nə ümid etdiyini gizlətmir.

Belə bir ehtimal var ki, Prezident üçün  aktual məsələləri parlamentdən keçirmək çox çətinləşdiyi üçün o, bunları referenduma çıxarmaq niyyətindədir. 2017-ci ildə hakimiyyətə gələndən bəri E.Makron belə bir konstitusiya alətindən istifadəni daim qeyd etsə də, hələ ki, bu yöndə addımlar atmayıb. Ola bilsin ki, indiki vəziyyətdə bu, Prezidentin loyallığına  əmin olmadığı parlamenti kənarda qoymaqla, xalqla birbaşa əlaqə yaratmaq cəhdidir. Lakin o da nəzərə alinmalıdır ki,  məsələn, referendumla büdcənin qəbulu mümkün deyil.

Fransızları belə mürəkkəb problemlərin həllinə cəlb etmək üçün ilk növbədə parlamentin hər iki palatasından referendumun mətni, vaxtı və təyinatı ilə bağlı razılıq əldə etmək lazımdır. Aydındır ki, bu, nə Prezidentin, nə də hökumətin ümumi dil tapacağına əmin olmadığı Milli Assambleya və Senatın qanun layihəsinə yeni cəlb olunması deməkdir.

Üstəlik, Fransada keçirilən son iki referendumun tarixi hakimiyyətə bəzi xoşagəlməz dərslər verib. İyirmi il əvvəl, 2005-ci ildə prezident Jak Şirakın dövründə keçirilən referendumda fransızlar Avropa Konstitusiyasını rədd etmişdilər, lakin onların qərarına heç kim qulaq asmamışdı. Sual yaranır: referendum Makronun istəklərinə zidd keçərsə, o, başqa cür hərəkət edəcəkmi? İkinci hal isə 1969-cu ildə Prezident Şarl de Qoll tərəfindən təyin edilmiş və onu  istefaya getməyə məcbur etmiş referendumdur. Prezident Makron tez-tez heyranlığını bölüşdüyü Şarl de Qolldan nümunə götürəcəkmi? Üstəlik, son sorğulara görə, fransızların 61 faizi Makronun istefasını istəyir.

Bu ideya Prezidentin əsas opponentləri tərəfindən böyük həvəslə qarşılanıb. Onlar prezidentlik müddətinin başa çatması və ya ölkədə icra hakimiyyətinin onların əlinə keçməsi məsələsini gündəmə gətirdiyi halda hər an belə referendum keçirməyə hazırdırlar. Bunun qarşısını almaq üçün Prezident referendum təyin edərkən düşünməlidir ki, fransızların "hə" və ya "yox" cavabı problemi həll etmək əvəzinə onun istefasına çevrilməsin.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə eksperti: Hrant Dink Fondu regiondakı reallıqları təhrif etməyə çalışır  

13:33
12 Yanvar

NASA Yerin maqnit sahəsini müfəssəl öyrənəcək  

12:48
12 Yanvar

Türkiyə enerji daşıyıcıları idxalını minimuma endirməyi hədəfləyir  

12:28
12 Yanvar

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

11:37
12 Yanvar

Faktiki hava: Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb  

11:21
12 Yanvar

Fransa yeni siyasi təlatüm astanasında

09:25
12 Yanvar

Mənim sualım var

09:20
12 Yanvar

İşıqlı günlərin yollarında

09:15
12 Yanvar

Torpağı və orqanizmi zəhərləyən torbalar

09:10
12 Yanvar

Ermənistan bölgəni müharibəyə sürükləyir

09:05
12 Yanvar

Ədalət mühakiməsi başlayır

09:00
12 Yanvar

Qərbi Azərbaycana qayıdış missiyası

08:55
12 Yanvar

Azərbaycanda yeni milli park yaradılacaq

08:50
12 Yanvar

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub

08:40
12 Yanvar

Daha bir uğur ünvanı 

08:35
12 Yanvar

YAP ölkəboyu geniş və effektiv təşviqat kampaniyası aparır

08:30
12 Yanvar

Gələcək uğurların təməli

08:25
12 Yanvar

Azərbaycanın D-8-ə üzvlüyü əməkdaşlıq üçün yeni imkanlar yaradır

08:20
12 Yanvar

İƏİT: "Azərbaycan "yaşıl enerji" və Dayanıqlı İnkişaf Məqsədləri sahəsində irəliləyir"

08:15
12 Yanvar

Ümumdünya İqtisadi Forumu Azərbaycanı lider elan etdi

08:10
12 Yanvar

Məmnun vətəndaş - güvənli dövlət

08:05
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!