12 Yanvar 2025 09:15
160
CƏMİYYƏT
A- A+
İşıqlı günlərin yollarında

İşıqlı günlərin yollarında


Könüllərə fərəh gətirən işıq, qəlblərə sevinc ələyən nur dünya yaranandan daim ahənrüba kimi insanları özünə çəkib. Bəşər övladları həmişə ürəkləri sıxan, onları zülmətdə saxlayan qaranlıqlardan işığa, aydınlığa çıxmağa can atıblar. Bu yolda əzablara, əziyyətlərə qatlaşıblar. Qaranlıqdan işıqlığa asanlıqla çıxmayıblar. İstəklərinə çatmaq üçün ucsuz-bucaqsız çöllərdən keçiblər, dağları, dərələrı aşıblar. Çaylardan, bulaqlardan su içiblər. İşığa doğru uzun-uzadı yol gəliblər, qaranlıq dünyaları dolaşıblar. Məqsədlərinə çatmaq üçün yorulmadan, dayanmadan çalışıblar. 

Bütün qaranlıq yollar sonda insanları işığa qovuşdurub, nura qərq edib. İşığı görən insanların coşub-daşan sevincindən, fərəhindən qaranlıq dünyalar aydınlığa çıxıb. Bu işıqdan  Yer üzündə həyat canlanıb. Daim vahimə yaradan, qorxu hissləri aşılayan qaranlıqlar lənətlənib, zülmətlər pislənib. Lənətlənən, pislənən qaranlıqları heç kim sevmir, ona tərəf kimsə getmir. 

İnsanlar daim ürəkləri sıxan, qəlblərdə qorxu oyadan qaranlıqdan, zülmətdən xilas olmaq üçün yollar axtarıblar. Böyük çətinliklə zülmətlərin bağrını yarıb işığa doğru cığır açıblar. Uzun axtarışlardan sonra istəklərinə qovuşublar, arzularına çatıblar. Hədəflərinə çatanda isə rahatlaşıblar, arxayınlaşıblar. Çünki məqsədlərinə yetişiblər, qaranlıqlardan işığa doğru gedən yolları tapıblar. 

İşığa çıxmaq, nura qovuşmaq yeni həyatın doğuluşudur, yeni günün başlanğıcıdır. Sabaha, gələcəyə atılan kövrək addımlardır. Hər şey mayasını, qayəsini  işıqdan götürür, nurdan alır. Bundan sonra yeni həyat başlayır, ömrün yeni illəri yaşanır. Ürəklərdə coşub-daşan arzular, istəklər əbədi məşəl kimi şölələnir. Dünya işıqla dolub nura boyanır. 

Həmişə uzaq yola çıxanda əzizlərimiz, doğmalarımız arzularını dilə gətirirlər, bizə ürəkdən gələn ən xoş sözlər söyləyirlər. Hər şeydən əvvəl işləriniz avand, yollarınız işıqlı olsun deyirlər. Bu xoş anlarda sanki onlar sevincdən don geyinirlər. 

İşığa qovuşandan sonra əhvali-ruhiyyəmiz yüksəlir, bundan çox sevinirik. Elə sevinə-sevinə də deyirik ki, işıqlarımız getdikcə gur yansın, qəlbimizdə nurlu fikirlər oyansın. Qoy narahatlıqlar içində çırpınan dünyamız nura boyansın, başımızın üzərində ədalət məşəli yansın. Yer üzünün bütün insanları özlərini xoşbəxt sansın. Ana təbiət günəşdən güc alsın, bütün qaranlıqlar, zülmətlər işıqlansın. İnsanlar gur işıqdan ruhlansın, həyat eşqləri artsın. Pisliklər unudulsun, yalnız yaxşılıqlar yadda qalsın. Qoy silahlar deyil, ağıldan, zəkadan güc alan sülh zəfər çalsın.    

Həmişə qaranlıqlardan işığa çıxaq, çətinlikləri arxada qoyaq, insanlara zülmətləri yaşadanların gözlərini tutaq. Yubanmadan, ləngimədən işıqlı məqsədlərə, nurlu amallara doğru addımlayaq. Ətrafımızdakı insanlara yalnız xoş sözlər deyək. Belə olarsa, həyatımızda  uğurlar qazanarıq, reallaşmış arzularımızın sevincini yaşayarıq. Qarşımızda daim zəfər işıqları yanar, bundan dünya nura boyanar. Yer üzünün insanlarını məhvə sürükləyən müharibələr, qırğınlar dayanar. İnsanlar səhərlər silahların səsinə deyil, quşların cəh-cəhinə, şirin nəğməsinə yuxudan oyanar.

Artıq neçə gündür yeni ilə qədəm qoymuşuq. Yeni günlər yeni ilin qapısını yenicə açıb. Köhnə il bizimlə vidalaşıb. Yeni ilin yeni yollarına yeni niyyətlə, yeni amalla çıxmışıq. Ömür yollarımıza yeni arzulardan, yeni istəklərdən qanad taxmışıq. Gəlin yeni ilin yeni günlərində hamımız bir-birimizə işləriniz avand, yollarınız açıq və işıqlı olsun deyək. Həmişə uğurlu işlərimizi, xeyirxah əməllərimizi dəyərli, qiymətli sözlərlə ifadə edək.

Yeni ilin ilk günlərini yaşayırıq. Yaşadığımız bu soyuq qış günlərində ürəyimizdən gələn isti, ilıq sözlər sevinc içində qulağımıza tez-tez bu sözləri pıçıldayır: "İlimiz uğurlu, yollarımız işıqlı, çöhrəmiz nurlu, baxışlarımız qürurlu, qamətimiz dağlar kimi vüqarlı olsun! Qəlbimizdən ürəyimizə nur ələnsin, gur tökülsün, çətinliklərimiz asanlıqla çözülsün, uğurlarımız ard-arda düzülsün. Üzümüz gülsün, gözlərdən çöhrələrə tükənməyəcək sevinc süzülsün".


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə eksperti: Hrant Dink Fondu regiondakı reallıqları təhrif etməyə çalışır  

13:33
12 Yanvar

NASA Yerin maqnit sahəsini müfəssəl öyrənəcək  

12:48
12 Yanvar

Türkiyə enerji daşıyıcıları idxalını minimuma endirməyi hədəfləyir  

12:28
12 Yanvar

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

11:37
12 Yanvar

Faktiki hava: Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb  

11:21
12 Yanvar

Fransa yeni siyasi təlatüm astanasında

09:25
12 Yanvar

Mənim sualım var

09:20
12 Yanvar

İşıqlı günlərin yollarında

09:15
12 Yanvar

Torpağı və orqanizmi zəhərləyən torbalar

09:10
12 Yanvar

Ermənistan bölgəni müharibəyə sürükləyir

09:05
12 Yanvar

Ədalət mühakiməsi başlayır

09:00
12 Yanvar

Qərbi Azərbaycana qayıdış missiyası

08:55
12 Yanvar

Azərbaycanda yeni milli park yaradılacaq

08:50
12 Yanvar

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub

08:40
12 Yanvar

Daha bir uğur ünvanı 

08:35
12 Yanvar

YAP ölkəboyu geniş və effektiv təşviqat kampaniyası aparır

08:30
12 Yanvar

Gələcək uğurların təməli

08:25
12 Yanvar

Azərbaycanın D-8-ə üzvlüyü əməkdaşlıq üçün yeni imkanlar yaradır

08:20
12 Yanvar

İƏİT: "Azərbaycan "yaşıl enerji" və Dayanıqlı İnkişaf Məqsədləri sahəsində irəliləyir"

08:15
12 Yanvar

Ümumdünya İqtisadi Forumu Azərbaycanı lider elan etdi

08:10
12 Yanvar

Məmnun vətəndaş - güvənli dövlət

08:05
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!