12 Yanvar 2025 08:35
183
İDMAN
A- A+
Daha bir uğur ünvanı 

Daha bir uğur ünvanı 


Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır


Müasir dünyamızda hər bir ölkənin imicinin formalaşmasında idmanın güclü vasitə olduğunu hamı etiraf edir. İdman da, mədəniyyət və incəsənət kimi, xalqı beynəlxalq aləmdə tanıdan əsas faktorlardan birinə çevrilib. Tarixən idman güc, əzm, qətiyyət, dözümlülük göstəricisi olub. 

Böyük ənənələrə sahib Azərbaycan xalqı üçün sağlam həyat tərzinin həm də  tərbiyəvi, vətənpərvərlik anlamı var. 

44 günlük Vətən müharibəsində düşməni ölkəmizdən qovan rəşadətli ordumuzun hər bir zabiti və əsgəri tarixi ədaləti bərpa etmək üçün hər zaman güclü olmağın insana hansı üstünlüklərin verdiyini təsdiqlədi. Biz 30 il ərzində dünyanın susqunluğu şəraitində davam edən işğalın aradan qaldırılmasının güclü ordusuz mümkünsüzlüyünü dərk edən xalqın nümayəndələriyik. Ərazi bütövlüyünü bərpa etməyə qadir qüdrətli ordu isə güclü fərdlərdən təşkil olunur.


İdmanın əsgərləri


Müasir Azərbaycanda dövlətin hərtərəfli qayğısını görən sahələrdən biri də idmandır. Onun ən müxtəlif növləri ilə bağlı həyata keçirilən proqram xarakterli tədbirlər, idmançıların dövlət tərəfindən himayə edilməsi, məşq və hazırlıq şəraitinin daim diqqətdə olması öz müsbət nəticələrini göstərməyə bilməzdi. İnşa edilən komplekslərin və yaradılan qurğuların, həyata keçirilən yarışların Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında böyük rolu olmuşdur. Bu gün ölkəmizin elə bir bölgəsi yoxdur ki, orada idman zalları, stadionlar olmasın. Bu sağlamlıq ocaqlarında yaradılmış münbit şəraitdə yetişən gənclər Azərbaycanın idman əsgərləridir. 

2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Prezident İlham Əliyevin toxunduğu ilk məqam məhz bu oldu - idmanın vətənpərvərliyin aşılanmasındakı rolu: "İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır". 

2024-cü il də ənənəyə əsasən, Azərbaycan idmanı üçün uğurlu olub. İdmançılarımız beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edərək 1700-ə yaxın medal qazanıblar. Dövlətimizin başçısının dediyi kimi, belə bir uğur onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. 

Müstəqil idman tarixi cəmi üç onilliyi əhatə edən Azərbaycan üçün əldə edilən nailiyyətlər miqyasına görə diqqət çəkir. Məsələn, son Yay Olimpiadasında ölkəmiz 200-dən çox dövlət içində medal hesabına 30-cu yeri tutmağa nail olub. Baxmayaraq ki, biz müstəqil respublika kimi ən irimiqyaslı idman tədbirlərində yalnız 1996-cı ildən etibarən iştirak edirik.

"Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir. Onu da deməliyəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır", - deyə Prezident İlham Əliyev ilin idman yekunlarına həsr olunan tədbirdə xüsusi qeyd edib.

Dövlətimizin başçısı bir fikri həmişə  vurğulayır ki, Olimpiya Oyunları təkcə idman yarışı deyil, həm də böyük siyasətdir. Bu, böyük bir idman hadisəsidir və dünya miqyasında çox mühüm ictimai hadisədir. Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi xüsusi əhəmiyyət daşıyır. Çünki idman ictimai həyatın əsas hissəsidir. Tikilən idman qurğuları, sosial infrastrukturun yeniləşməsi, - bütün bunlar sosialyönümlü tədbirlərdir.

Bu gün Azərbaycan dünyanın istər siyasi, istərsə də iqtisadi  sistemində özünəməxsus yeri ilə seçilir, ölkəmizlə hesablaşır, ona hörmət və ehtiramla yanaşırlar. Azərbaycan bu nailiyyəti güclü liderin - Prezident İlham Əliyevin qətiyyəti sayəsində əldə edib. Başqa fəaliyyət sahələrində olduğu kimi, Azərbaycan idmanında da böyük uğurlar qazanılıb və hazırda bu sahə sürətli inkişaf dövrünü yaşayır.


İdman şöhrətini yaşadan ölkə


Ölkəmiz dünyada idman şöhrətini güclü idmançıları ilə yanaşı, həm də qürurla və uğurla evsahibliyi etdiyi böyük idman tədbirləri ilə də qazanmağı bacarıb. Məsələn, tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının məhz Azərbaycana etibar edilməsi olduqca böyük nailiyyət idi. Ölkəmiz bu idman tədbirini Prezidentimizin qeyd etdiyi kimi, ümumdünya olimpiya oyunları çapında, standartlarında reallaşdırmağa müvəffəq olmuşdur. Respublikamız qitəmiqyaslı belə turnirdən iki il sonra isə Bakı İslam Oyunlarına evsahibliyi etmişdir. Avropa Oyunları üçün tikilən bütün infrastruktur İslam Oyunlarında da uğurla sınaqdan çıxarılmışdır. 

Ümumiyyətlə, Azərbaycanda keçirilən iri idman yarışları bu gün Bakıda təşkil olunan qlobal beynəlxalq əhəmiyyətli tədbirlərin reallaşdırılması üçün bir təcrübə prosesi olub. Yetişdirilən gənc kadrlar, böyük könüllü ordusu və qazanılan təcrübə evsahibliyi etdiyimiz və edəcəyimiz bu kimi hadisələrin uğur açarıdır. "Bakı şəhərində ən müasir idman infrastrukturumuz var" - deyən dövlətimizin başçısı Bakıda COP29 beynəlxalq iqlim konfransının da Olimpiya Stadionunda və onun ətrafında keçirildiyini söyləmiş, vaxtilə inşa edilən idman obyektinin - Olimpiya Stadionunun böyük rolu olduğunu bildirmişdir: "Çünki əgər vaxtilə biz bunu etməsəydik, bu boyda, bu miqyasda beynəlxalq tədbiri keçirə bilməzdik - 197 ölkə, 76 min qeydiyyatdan keçmiş iştirakçı təmsil olunurdu və qonaqların məmnunluğu xüsusi qeyd edilirdi" - dedi ölkə Prezidenti. Bu sözlər üzərinə gəldiyimiz məqamın aktuallığını bir daha qabardır. 

Reallaşdırlan idman yarışları turizm və büdcəyə daxilolmalar baxımından ciddi əhəmiyyətə malikdir. Məsələn, elitar idman növü olan "Formula-1" yarışları dünyanın barmaqla sayılacaq yerlərində keçirilir ki, onlardan biri də Bakıdır. Bu yarışların Azərbaycana hansı təbliğati üstünlüklərin verdiyini son illərin qran-pri etapları zamanı aşkar hiss edirik. Dolu tribunalar qazanclı turizm infrastrukturu deməkdir. Bu baxımdan, idman həm də bir marketinq gedişidir ki, dövlətimiz bu üstünlüklərdən məharətlə yararlanmaqdadır. 


Uğurların daha bir səbəbi - müasir infrastruktur 


Ölkəmizin idman nailiyyətləri güclü ənənələri olan idman məktəblərimiz və idmançılaraımızla yanaşı, həm də rahat, modern və əlçatan infrastrukturun mövcudluğu ilə bağlıdır. İdmançılarla keçirilən tədbirdəki çıxışında ölkə rəhbəri dövlətin bu istiqamətdəki fəaliyyətinin qarşıdakı illərdə də davam edəcəyini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, bütün lazımi qərarlar verilib, bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Federasiyalarda gücləndirmə işləri aparılmışdır. Bizim həm ənənəvi medal gətirən idman növlərində, həmçinin bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaqdır. Uzun illər bütün bölgələrdə idmanla məşğul olmaq üçün dövlət öz fəaliyyətini aparıb. 

Ölkənin idman infrastrukturunun yenilənməsi, inşası davamlı prosesdir və qarşıdakı illərdə biz dəfələrlə bunun şahidi olacağıq. Bu il Azərbaycan növbəti, daha bir böyük idman yarışına evsahibliyi edəcək. Söhbət MDB Oyunlarından gedir. Bu yarışlar ölkəmizin 14 şəhərində baş tutacaq, mərkəz rolunda isə Gəncə şəhəri çıxış edəcək. Beynəlxalq səviyyəli idman yarışlarının ölkəmizin 14 nöqtəsində keçirilməsi bizim bir daha dünyaya öz qonaqpərvərliyimiz, həyat tərzimiz, turizm potensialımız, tarixi abidələrimizi göstərmək imkanı ilə yanaşı, həm də bölgələrdə gənclər arasında idmanın təbliği baxımından olduqca təsirli vasitə olacaq. Dövlətimiz bu istiqamətdə təxirəsalınmaz fəaliyyətini davam etdirməkdədir. Prezident İlham Əliyev dedi: "Gəncədə yeni stadion inşa edilir və oyunlara qədər istismara verilməlidir. Eyni zamanda bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi".

Bu hadisə Gəncə ilə yanaşı, digər bölgələrimizdə də tikinti, infrastruktur işərinin aparılması deməkdir ki, artıq prosesə start verilib. Dövlətimizin başçısı çıxışında görülən və görüləcək işlərin anonsunu da verdi. Qeyd olundu ki, Gəncə şəhərində 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün şərait yaradılmalıdır və bununla bağlı müvafiq göstərişlər verilib. Həm şəhər infrastrukturu, şəhər nəqliyyatı tamamilə yenilənəcək, həm də tarixi binaların bərpası və digər infrastruktur layihələr icra ediləcək: "...Bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin. Əlbəttə ki, biz təbii olaraq bu oyunlara da hazırlaşırıq. Əminəm ki, bu oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər".   


Qarabağ və Şərqi Zəngəzurda yeni idman qurğuları yaradılır


Azərbaycan xalqı illər boyu ən ağrılı-acılı yarasını - işğal altında olan torpaqlarımızın geri qayıdışını gözləyib. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildəki antiterror əməliyyatı ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qalib ordumuz xalqımızın bu nisgilini sağaltmağa müvəffəq olub. Artıq 5-ci ildir ki, biz dövlətin bütün gücü, səyi ilə azad olunmuş yurdumuzu bərpa etdiyinin şahidiyik. Tikilən yeni yaşayış massivləri, iqtisadi və sosial infrastruktur, təhsil, tibb, mədəniyyət ocaqları ilə yanaşı, idman kompleksləri və qurğuları da var. Yaxın illərdə Qarabağı və Şərqi Zəngəzuru bəzəyən binaların arasında idman zalları, stadionlarımız da olacaq. İllərdir Azərbaycanı dünyada tanıdan "Qarabağ" Futbol Klubu oyunlarını doğma Ağdamdakı "İmarət" stadionunda keçirəcək. "...Mən bilirəm ki, bizim idmançılarımız müntəzəm olaraq o bölgələrə səfərlər edirlər. Artıq orada 10 min insan yerləşib. Onların böyük hissəsi uşaqlardır, gənclərdir. O yerləri heç vaxt görməyən uşaqlar, gənclər böyük həvəslə oraya qayıdırlar. Əlbəttə ki, Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacaq. Ona görə hesab edirəm ki, idman yarışları öz yerində, amma, eyni zamanda, indi müxtəlif tədbirlər çərçivəsində Azərbaycan idmançıları, cəmiyyətimizin digər tanınmış simaları, ziyalılar o bölgələrə nə qədər çox səfər etsələr, o qədər də yaxşı olacaq, həm onlar üçün, həm orada yaşayanlar üçün" - deyən Prezident bir daha nümayiş etdirdi ki, çıxış və iştirakçısı olduğu istənilən tədbirin məzmunundan asılı olmayaraq, azad edilmiş torpaqlarda aparılan işlər və əhalinin vətənə qayıtması onun üçün  ən aktual mövzu olaraq qalacaq.

Prezident İlham Əliyev müasir Azərbaycanın müstəqil idmanının formalaşdığı ilk gündən bu şərəfli prosesə rəhbərlik edir. İdman Azərbaycanın tarixi uğurlar qazandığı fəaliyyət sahələrindən biridir. Onun cəhbədəki qələbələrimizin əldə edilməsində böyük təbliğati və tərbiyəvi rolu var. Hər bir idmançımızın beynəlxalq arenalarda qazandığı qələbənin nəticəsi olaraq müqəddəs bayrağımızı qürurla yüksəltməsində, əsgər salamı verməsində niyyəti, arzusu işğal altında olan torpaqlarımızı azad görmək olub. Minlərlə gəncimiz idman uğurlarımızdan həvəslənərək cəhbədəki zəfərlərimizə kökləniblər. "Mən Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə seçiləndən sonra çox yaxşı görürdüm ki, əgər idmançılara dövlət qayğısı göstərilməsə, idman inkişaf edə bilməz və idmanın inkişafının bir çox amilləri Azərbaycanda vəhdət təşkil edir, ilk növbədə, dövlət dəstəyi. Bütün təltiflər tamamilə əsaslıdır. Həm idmançılar, həm də idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda, məşqçilər və digər idman mütəxəssisləri dövlət tərəfindən layiqincə qiymətləndirilir və bu da ədalətlidir" - deyən Azərbaycan Prezidenti xalqımızın qələbələrə doğru qürurlu yoluna belə başçılıq edir. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə eksperti: Hrant Dink Fondu regiondakı reallıqları təhrif etməyə çalışır  

13:33
12 Yanvar

NASA Yerin maqnit sahəsini müfəssəl öyrənəcək  

12:48
12 Yanvar

Türkiyə enerji daşıyıcıları idxalını minimuma endirməyi hədəfləyir  

12:28
12 Yanvar

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

11:37
12 Yanvar

Faktiki hava: Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb  

11:21
12 Yanvar

Fransa yeni siyasi təlatüm astanasında

09:25
12 Yanvar

Mənim sualım var

09:20
12 Yanvar

İşıqlı günlərin yollarında

09:15
12 Yanvar

Torpağı və orqanizmi zəhərləyən torbalar

09:10
12 Yanvar

Ermənistan bölgəni müharibəyə sürükləyir

09:05
12 Yanvar

Ədalət mühakiməsi başlayır

09:00
12 Yanvar

Qərbi Azərbaycana qayıdış missiyası

08:55
12 Yanvar

Azərbaycanda yeni milli park yaradılacaq

08:50
12 Yanvar

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub

08:40
12 Yanvar

Daha bir uğur ünvanı 

08:35
12 Yanvar

YAP ölkəboyu geniş və effektiv təşviqat kampaniyası aparır

08:30
12 Yanvar

Gələcək uğurların təməli

08:25
12 Yanvar

Azərbaycanın D-8-ə üzvlüyü əməkdaşlıq üçün yeni imkanlar yaradır

08:20
12 Yanvar

İƏİT: "Azərbaycan "yaşıl enerji" və Dayanıqlı İnkişaf Məqsədləri sahəsində irəliləyir"

08:15
12 Yanvar

Ümumdünya İqtisadi Forumu Azərbaycanı lider elan etdi

08:10
12 Yanvar

Məmnun vətəndaş - güvənli dövlət

08:05
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!