12 Yanvar 2025 13:33
110
DÜNYA
A- A+
Türkiyə eksperti: Hrant Dink Fondu regiondakı reallıqları təhrif etməyə çalışır  

Türkiyə eksperti: Hrant Dink Fondu regiondakı reallıqları təhrif etməyə çalışır  


Erməni diasporu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə maksimum zərər vurmaq cəhdlərindən əl çəkmir ki, bu da region reallıqlarını təhrif etmək və beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyində özünü göstərir.

AZƏRTAC xəbər verir ki, Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Selenay Erva Yalçın ingilis dilində “İnsights Beyond Borders, Turkey-Armenia Relations Through Public Eyes” adlı hesabat hazırlayan Hrant Dink Fondunun fəaliyyətinə diqqət çəkib.

Türkiyədə fəaliyyət göstərən və erməni jurnalistin adını daşıyan bu fondun hesabatında həm Türkiyədə, həm də Ermənistanda keçirilən ictimai rəy sorğularının məlumatları yer alıb.

“Adətən, bu qəbildən olan layihələr iki xalqın yaxınlaşmasına töhfə verməlidir. Lakin məzmun və nəticələr bunun əksini göstərir”, - deyə ekspert vurğulayır və Türkiyədə fəaliyyət göstərən erməni fondunun Türkiyə vətəndaşları tərəfindən Ermənistanı mənfi şəkildə və qarşı tərəfin də adekvat qəbul etməsinə səbəb olduğunu izah edir.

O qeyd edir: “Fond tərəfindən aparılan sosial sorğunun nəticələrinə görə, Ermənistanda ən çox respondent (38,9 faiz) Türkiyəyə mənfi münasibət ifadə edərkən, onların yalnız 5,3 faizi ikitərəfli münasibətlərin normallaşmasının tərəfdarı olduğunu bildirib. Ümumilikdə, Türkiyədə respondentlərin 38,9 faizi ermənilər haqqında mənfi fikirdədir”. AVİM eksperti hesabata istinadla bildirir ki, türklərin daha 11,1 faizi Ermənistan haqqında “son dərəcə mənfi” fikirlər səsləndirib.

S.E.Yalçın yazır: “Bundan əlavə, Hrant Dink Fondu Türkiyə və Ermənistan sakinlərinin sərhədlərin açılmasına münasibətini əsas gətirib. Fondun məlumatına görə, Ermənistanda respondentlərin 37,8 faizi keçid məntəqəsinin açılmasının əleyhinədir, 20,6 faizi isə “aşağı dərəcədə dəstəkləyir. Eyni suala Türkiyədə ən çox respondent “dəstəkləmirəm” variantını (27,2 faiz) seçərək cavab verib”.

Eyni zamanda, Ermənistanda respondentlərin 43,3 faizi Türkiyə ilə gələcək münasibətlərin “tarixi hadisələrin yaddaşında saxlanılması” nəzərə alınmaqla qurulmalı olduğunu bildirib. Bənzər cavabı Türkiyədə respondentlərin 45,4 faizi verib.

Ekspert qeyd edir ki, Hrant Dink Fondunun hesabatını oxuyan hər bir Türkiyə vətəndaşı Ermənistandan hədsiz dərəcədə ehtiyatlı olmağı üstün tutardı.

O, Hrant Dink Fondu hesabatının mətnində BMT-nin təsdiq etdiyi “Türkiye” adı əvəzinə bilərəkdən Türkiyənin köhnə adının (“Turkey”) istifadə edildiyinə də diqqət çəkib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə mediası: Fransa Afrikada həm hərbi, həm də siyasi çəkisini itirir

19:31
12 Yanvar

Peter Siyarto: ABŞ-ın Rusiyaya qarşı son sanksiyaları yanacağın bahalaşmasına səbəb olur

18:56
12 Yanvar

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkür edib

18:36
12 Yanvar

Zelenski: Ukrayna üçün hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş qərarlar hələ də tam yerinə yetirilməyib

17:29
12 Yanvar

Azərbaycan Basketbol Liqasında ikinci dövrəyə yekun vurulub

16:31
12 Yanvar

Türkdilli Dövlətlərin Xizək Kuboku keçiriləcək

15:59
12 Yanvar

Yanvarın 13-də hava əsasən yağmursuz keçəcək

14:56
12 Yanvar

Türkiyə eksperti: Hrant Dink Fondu regiondakı reallıqları təhrif etməyə çalışır  

13:33
12 Yanvar

NASA Yerin maqnit sahəsini müfəssəl öyrənəcək  

12:48
12 Yanvar

Türkiyə enerji daşıyıcıları idxalını minimuma endirməyi hədəfləyir  

12:28
12 Yanvar

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

11:37
12 Yanvar

Faktiki hava: Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb  

11:21
12 Yanvar

Fransa yeni siyasi təlatüm astanasında

09:25
12 Yanvar

Mənim sualım var

09:20
12 Yanvar

İşıqlı günlərin yollarında

09:15
12 Yanvar

Torpağı və orqanizmi zəhərləyən torbalar

09:10
12 Yanvar

Ermənistan bölgəni müharibəyə sürükləyir

09:05
12 Yanvar

Ədalət mühakiməsi başlayır

09:00
12 Yanvar

Qərbi Azərbaycana qayıdış missiyası

08:55
12 Yanvar

Azərbaycanda yeni milli park yaradılacaq

08:50
12 Yanvar

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub

08:40
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!