11 Yanvar 2025 08:00
183
SİYASƏT
A- A+
Uğurla reallaşan milli ideya

Uğurla reallaşan milli ideya


Bu il də Qarabağ və Şərqi Zəngəzura qayıdış prioritet olacaq


"Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik. Əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq - bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək". 

Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyevin vurğuladığı kimi, torpaqlarımız azadlığına qovuşdurulduqdan dərhal sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına başlanılıb və birbaşa dövlətimizin başçısının nəzarəti altında bu ərazilərdə dünyada analoquna rast gəlinməyən tikinti və quruculuq işləri aparılır. Qısa zamanda həyata keçirilən kompleks işlərin nəticəsidir ki, düşmən tərəfindən 30 il ərzində vəhşicəsinə dağıdılan, daşı-daş üstündə qalmayan ərazilərimiz gündən-günə abadlaşır, yenidən həyat verilən kənd və şəhərlərimizə mərhələli şəkildə Böyük qayıdış həyata keçirilir. 


Tezliklə əsas infrastruktur layihələri başa çatacaq 


Böyük qayıdışı milli çağırışımız kimi müəyyənləşdirən Prezident İlham Əliyev sözügedən müsahibəsində məhz bu məqamı qeyd etdi ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir: "Bu il ən azı 4 milyard manat ayrılacaq. Amma mən hesab edirəm ki, biz daha çox vəsaiti səfərbər edə bilərik". 

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" qəbul edilib. Qarabağ və Şərqi Zəngəzurda quruculuğa start verilməsindən ötən müddət ərzində dövlət büdcəmizin əsas prioritetlərindən biri də Böyük qayıdışın həyata keçirilməsidir. Belə ki, 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə toplam 22 milyard manata yaxın, o cümlədən 2025-ci ildə 4 milyard manat vəsait ayrılıb.

Bunun sayəsində 10 min kvadratkilometr ərazidə sürətli quruculuq və bərpa işləri aparmaq mümkün olub. Çoxsaylı yaşayış məntəqəsi qurulan Qarabağ və Şərqi Zəngəzurda böyük infrastruktur layihələri həyata keçirilir. 

Əsas infrastruktur layihələrinin bir-iki ilə başa çatdırılacağı barədə məlumat verən dövlət başçısı qeyd etdi ki, ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Artıq orada 30-dan çox su-elektrik stansiyası işə salınmış, dəmir yolları çəkilmişdir: "Yəni bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq".


Yüksək peşəkarlıq, ciddi yanaşma 


Bu gün Qarabağ və Şərqi Zəngəzura səfər edən hər bir kəs bu yerlərin simasının necə sürətlə dəyişdiyini heyrətlə müşahidə edir. Bir daha vurğulayaq ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bütün işlər birbaşa Prezident İlham Əliyevin nəzarətindədir. İndiyə qədər ölkəmizin rəhbəri dəfələrlə həmin ərazilərə səfər edərək orada yeni layihələrin təməllərini qoyub və yaxud açılışlar edib. Bir sözlə, cəmi bir neçə il əvvələ qədər bir həyat nişanəsi belə tapmaq mümkün olmayan bu torpaqlara, sözün əsl mənasında, yenidən can verilir. 

Prezident İlham Əliyev söylədi ki, əgər biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib: "Yəni biz burada da həm peşəkarlıq, həm də çox ciddi yanaşma göstəririk. Burada sadəcə olaraq, söhbət maliyyə resurslarından getmir, yəni resurslar ola bilər, amma gərək sənin insan potensialın olsun. Yəni biz son illər ərzində kadr hazırlığına da böyük investisiyalar qoymuşuq, texniki imkanlarımız da genişdir. Orada aparılan işlərin böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən görülür".

Bütün yaşayış məntəqələrinin layihələndirilməsi və ərsəyə gəlməsinin ən yüksək standartlara cavab verdiyini qeyd edən dövlətimizin başçısı bildirdi ki, artıq iki sənaye parkı fəaliyyət göstərir: "Təsəvvür edin, Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir".


Daha 20-yə yaxın yaşayış məntəqəsinə qayıdış olacaq 


Görülən hərtərəfli işlər Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdışı da sürətli həyata keçirməyə geniş imkanlar açır. 2022-ci il iyulun 19-da Zəngilanın Ağalı kəndinin sakinlərinin qayıdışı ilə start verilən Böyük qayıdış uğurla davam etdirilir. Ötən il Şuşaya, Cəbrayıla, Xocalıya, Laçının Sus, Xocalının Ballıca kəndlərinə ilk dəfə köç oldu. Ümumiyyətlə, 2024-cü ilin yanvarından etibarən il ərzində Füzuli, Laçın, Şuşa, Xocalı, Cəbrayıl şəhərlərinə, həmçinin də Sus və Ballıca kəndlərinə mütəmadi olaraq köç həyata keçirildi. 

İndiyədək 2614 ailə - 10232 nəfər Böyük qayıdış çərçivəsində yurduna dönüb. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 369 ailə (1388 nəfər) Şuşa şəhərində, 46 ailə (179 nəfər) Xocalı şəhərində, 287 ailə (1169 nəfər) Cəbrayıl şəhərində, 48 ailə (271 nəfər) Xocalı rayonunun Ballıca kəndində məskunlaşıb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, keçmiş məcburi köçkünlərlə yanaşı, bu ərazilərdə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır. 


Hamımız eyni sevinci bölüşürük


Bu il də işğaldan azad edilən ərazilərə mütəmadi qayıdışın həyata keçirilməsi nəzərdə tutulub. Yerli televiziya kanallarına müsahibəsində "Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik", - deyən Prezident İlham Əliyev məlumat verdi ki, bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar.

Göründüyü kimi, Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru başdan yaradır, onun ruhunu dirçəldir. Onilliklər boyu maddi-mənəvi məhrumiyyətlər içərisində yaşamış keçmiş məcburi köçkünlər sevinclə yurdlarına əbədi yaşamağa dönürlər. Bu xoşbəxt günləri görmək Azərbaycan xalqı olaraq hər birimizin qüruruna səbəb olur. 

Necə ki bunu qalib lider, Qarabağ və Şərqi Zəngəzurun baş memarı İlham Əliyev adıçəkilən müsahibəsində duyğulanaraq dilə gətirdi: "Mən azad edilmiş torpaqlarda bəlkə də 100 dəfədən çox olmuşam və hər dəfə gedəndə özümə eyni sözləri deyirəm, eyni sevinci bölüşürəm".


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BOK bürünc medalları sahiblərinə təqdim edəcək

14:13
11 Yanvar

Seçkilərinin keçiriləcəyi tarix açıqlanıb

14:01
11 Yanvar

ABŞ yeni silahların yaradılmasına 1,2 trilyon dollardan çox sərmayə qoyub

13:49
11 Yanvar

Gəmilərdən gələn sualtı səs tənzimlənəcək

13:37
11 Yanvar

İnsan düşüncələrini “oxuyan” cihaz hazırlanıb

13:28
11 Yanvar

Yenilənmiş “Tesla Model Y” nümayiş etdirilib

13:20
11 Yanvar

Ankarada “Azərbaycan gecəsi” adlı tədbir keçirilib  

12:55
11 Yanvar

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:53
11 Yanvar

MSK sədri: Bələdiyyə seçkilərində seçicilər geniş seçim imkanına malik olacaqlar

12:41
11 Yanvar

Azərbaycan neftinin qiyməti 81 dolları ötüb

12:23
11 Yanvar

Məzahir Pənahov: Bələdiyyə seçkilərində 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçib

12:13
11 Yanvar

MSK sədri: Bələdiyyə seçkilərində 16 min 128 namizəd mübarizə aparır

11:57
11 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb

11:39
11 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi səhhətində problemlər olan sürücülərə müraciət edib  

11:31
11 Yanvar

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik fəaliyyət planı imzalanıb  

11:30
11 Yanvar

Azərbaycan səfirliyi Peruda aztəminatlı ailələrin uşaqlarına bayram sevinci bəxş edib  

11:29
11 Yanvar

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb  

10:27
11 Yanvar

Aktaudakı Azərbaycan diasporundan nümunəvi addım 

10:00
11 Yanvar

Araşdırma: Səhər qəhvə istehlakı ölüm riskini azaldır

09:41
11 Yanvar

"Qara ölüm"ün ən qədim izləri tapılıb

09:20
11 Yanvar

Yerin temperaturu ilk dəfə olaraq 1,5°C həddini keçib

09:15
11 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!