11 Yanvar 2025 12:55
1305
Mədəniyyət
A- A+
Ankarada “Azərbaycan gecəsi” adlı tədbir keçirilib  

Ankarada “Azərbaycan gecəsi” adlı tədbir keçirilib  


Ankara şəhərində Gənclik Parkının Mədəniyyət Mərkəzində “Ankarada Azərbaycan gecəsi” adlı konsert proqramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çoxsaylı qonaqlar - diplomatlar, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiləri, mədəniyyət və ictimaiyyət xadimləri, yerli azərbaycanlılar iştirak ediblər.

Tədbir Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə təşkil olunub.

Tədbiri açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb, Türkiyə və Azərbaycan xalqlarının bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində tarixi yaxınlığına diqqət çəkib.

“Qardaşlığımızın ən gözəl təzahürü Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamıdır”, - deyən S.Abbasov Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığın bütün dünya üçün örnək olduğunu vurğulayıb.

O, Prezident İlham Əliyevin qərarı ilə Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasını iki ölkə arasında mədəni əlaqələrin daha da yaxınlaşmasına və Azərbaycan mədəniyyətinin təbliğinə mühüm zəmin yaratdığını vurğulayıb. S.Abbasov Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə ötən müddət ərzində çoxsaylı layihələr, konsertlər, sərgilər, görüşlər, mədəni tədbirlər təşkil edildiyini, ilk dəfə olaraq Antalya, İzmir, Marmaris və İstanbulda ölkəmizin yaradıcı kollektivlərinin və incəsənət xadimlərinin iştirakı ilə Azərbaycan İncəsənəti Günü tədbirlərinin keçirildiyini söyləyib.

Çıxış edən Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Serkan Erkmen iki qardaş ölkə arasında, o cümlədən UNESCO çərçivəsində sıx əməkdaşlıqdan danışıb, son illərdə Türkiyə və Azərbaycanın 13 ortaq mədəni irs obyektinin UNESCO-nun qeyri maddi-mədəni irs siyahısına təqdim edildiyini bildirib. O, iki dövlətin mədəniyyət nazirlikləri arasında əməkdaşlığı yüksək qiymətləndirib.

Həmçinin Türkiyədə yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin qısa müddətdə ölkənin mədəni həyatına daxil olduğunu və mühüm layihələr həyata keçirdiyini bildirib.

Sonra tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblının yeni adı elan olunub. Bildirilib ki, ansambla Azərbaycan xalqının min illər boyu böyük mədəniyyət yaratdığı və milli mədəniyyətimizə mühüm töhfələr verən “Zəngəzur” tarixi yurd yerimizin adı verilib.

Proqram Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblının ifasında milli rəqslərimiz və Xalq artistləri - xanəndə Gülyanaq Məmmədova və balaban ifaçısı Əlixan Səmədovun çıxışları ilə davam edib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş hissə təqdim edilib, dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettasından musiqi, rəqs və səhnələr nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda hökumət-kilsə gərginliyi dərinləşir

09:10
12 Mart

Qısa ömrə sığan böyük qəhrəmanlıq

09:05
12 Mart

Milli teatrımızın çətin, amma şərəfli inkişaf yolu

09:00
12 Mart

Balacalar sevinəcəklər

08:55
12 Mart

Zamanın övladı olmaqdan üstün çıxdı

08:50
12 Mart

İstedadlı yazıçı, tanınmış jurnalist 

08:45
12 Mart

İslam ölkələrinin iqtisadi potensialı: resurslar, perspektivlər, əlaqələr

08:40
12 Mart

ASF ötən il 54 rayonda 9,2 milyon manat sığorta ödənişləri edib

08:35
12 Mart

Xəzərdə də “Qarabağ"ımız var

08:30
12 Mart

Qarabağa köç davam edir

08:25
12 Mart

Qlobal fikir ayrılıqlarının, ziddiyyətlərin aradan qaldırılması vacibdir

08:20
12 Mart

Vətənə şərəfli xidmətin nümunəsi

08:15
12 Mart

Azərbaycandakı sabitliyin əsasında milli maraqlara cavab verən siyasi kurs dayanır

08:10
12 Mart

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı inkişaf mərhələsindədir 

08:05
12 Mart

CƏNUBİ QAFQAZA YENİ YANAŞMANIN QURUCUSU

08:00
12 Mart

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"nın və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında

02:41
12 Mart

“Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi”nin təsdiq edilməsi haqqında

02:40
12 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Baş ofis və struktur idarələrinə kartriclərin satın alınması məqsədilə açıq tender elan edir

02:39
12 Mart

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı  

23:51
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub  

22:27
11 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana səfərə gəlib  

21:54
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!