12 Mart 2026 09:00
746
Mədəniyyət
A- A+
Milli teatrımızın çətin, amma şərəfli inkişaf yolu

Milli teatrımızın çətin, amma şərəfli inkişaf yolu


Azərbaycan xalqının mədəni irsində milli teatr sənəti xüsusi yer tutur. Bu sənətin kökləri çox qədim dövrlərə gedib çıxır. Hələ qədim zamanlardan xalq arasında müxtəlif meydan tamaşaları böyük maraq doğururdu. 


Xalq tamaşalarından peşəkar teatra 


Açıq havada - şəhər meydanlarında, kəndlərdə, bazarlarda, küçələrdə, karvansaralarda nümayiş etdirilən bu tamaşalar məzhəkə, nəqletmə, musiqi, rəqs, yarış və digər elementlərlə zəngin idi. Xalqın həyat tərzini, düşüncəsini və adət-ənənələrini əks etdirən bu səhnə nümunələri milli teatr mədəniyyətimizin formalaşmasında mühüm rol oynayıb. Eyni zamanda Azərbaycan xalqının əsrlər boyu toy, elçilik, yas ənənələrində də teatr elementləri mövcud olub. Sonrakı dövrlər Azərbaycanda "Şəbih" və digər dini səciyyəli tamaşalar da geniş yayılıb. 

Xalq arasında məşhur olan meydan tamaşaları - "Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş", "Tənbəl qardaş" kimi oyunlar, eləcə də "Kilimarası", "Maral oyunu" kimi kukla teatr tamaşaları insanlar tərəfindən böyük maraqla qarşılanıb. Həmin tamaşalar yalnız əyləncə deyildi, həm də xalqın milli-mənəvi dəyərlərini yaşadan mühüm mədəni hadisə idi.

Azərbaycana XVII əsrin ikinci yarısında səfər edən fransız səyyahı Æean Chardin gördüyü teatr səhnələrindən heyranlıqla bəhs edib. O, İrəvan şəhərində Çuxursəd bəylərbəyisinin iqamətgahında izlədiyi üç hissəli tamaşadan o qədər təsirlənib ki, bu sənət nümunəsini "Şərqin operası" adlandırıb. Bu fakt həmin dövrdə də Azərbaycan səhnə sənətinin inkişaf etdiyini göstərən maraqlı tarixi nümunələrdəndir.

Araşdırıcıların gəldiyi qənaət budur ki, mərasim və ayinlərdə, xalq oyunlarında mövcud olan səhnə elementləri sonradan müstəqil xalq teatrının formalaşmasına zəmin yaradıb. Beləliklə, XIX əsrdə peşəkar teatrın yaranması kimi mühüm mədəni hadisə baş verib. Azərbaycan peşəkar teatrının əsası 1873-cü il martın 10-da qoyulub. Həmin gün Bakı realnı məktəbinin teatr həvəskarları truppası görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin səhnələşdirdikləri "Sərgüzəşti-vəziri-xani Lənkəran" pyesi ilə tamaşaçıların qarşısına çıxıb. Milli teatr tarixində dönüş nöqtəsi olan tamaşanın hazırlanmasında görkəmli maarifçi Həsən bəy Zərdabi və dramaturq Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar.

Sonrakı illərdə teatr sənətinin inkişafı üçün xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Bakıda ilk teatr binasının inşası və digər təşəbbüsləri, dəstəyi ilə böyük xidmətlər göstərib. Ancaq teatr yalnız ayrı-ayrı şəxslərin səyi ilə yaşaya bilməzdi. Bu sənətin inkişafı üçün, ilk növbədə, cəmiyyətin qayğısı və sevgisi, sənət adamlarının böyük fədakarlıqları və ardıcıllarının onların yolunu eyni cəsarətlə, çətinliklərə sinə gərərək davam etdirmələri zəruri idi. O səbəbdən milli teatrın yolu heç də asan olmayıb. Maddi vəziyyətinin ağırlığı, dolanışıq dərdi teatr sənətini yaşadanların həyatının ayrılmaz hissəsinə, daimi qayğılarına çevrilib. Lakin bu da  onların yeganə problemləri olmayıb. Xüsusilə XIX əsrin sonu və XX əsrin əvvəllərində səhnəyə çıxan aktyorların əksəriyyəti cəmiyyətin qınağı və təhdidləri ilə qarşılaşıblar. Əksər hallarda kiminsə aktyorluq sənətini seçməsi ailəsi və qohumları tərəfindən belə, yaxşı qarşılanmayıb. Odur ki, onları səhnəyə çıxdıqlarına görə təhqir edənlər, hətta hücumlara məruz qoyanlar arasında yaxın qohumları da olub. Buna baxmayaraq, bu sənəti ürəkdən sevən insanlar bütün çətinliklərə sinə gərərək teatrın yaşaması və inkişafı naminə mübarizə aparıblar.


Cümhuriyyət dövründə milli teatra dövlət statusu verildi


Azərbaycan teatr sənəti onun əzab-əziyyətli yolundan keçən, cəmiyyətin qınaqlarına hədəf seçilməkdən, təqiblərə məruz qalmaqdan çəkinməyən onlarla, yüzlərlə sənətkarın sayəsində yaşayıb, inkişaf edib.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ölkənin mədəni həyatında da əlamətdar hadisəyə çevrildi. Həmin dövr teatr sahəsində də yeni mərhələ kimi tarixə yazıldı. Cümhuriyyət dövründə teatrın inkişafına xüsusi diqqət yetirilib, repertuarlara xalqın milli, tarixi və azadlıq mübarizəsini əks etdirən əsərlər daxil edilib. Cümhuriyyətin hakimiyyəti zamanında Azərbaycan Dövlət Teatrının təşkili milli səhnə sənətinin dövlət statusu alması baxımından mühüm hadisə idi. 1918-ci il noyabrın 4-də həmin teatrın səhnəsində Nəriman Nərimanovun "Nadir şah" faciəsi ilk tamaşa kimi nümayiş etdirilib.

Cümhuriyyət illərində teatr truppaları yenidən fəaliyyətə başlayıb. Onlardan biri  "Hacıbəyli qardaşları" olub. Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Hacağa Abbasov, Mirzağa Əliyev, Əhməd Ağdamski, Rza Darablı, Sidqi Ruhulla, Muxtar Məhəmmədzadə, Məmmədtağı Bağırzadə, Ələkbər Hüseynzadə, Bağır Kazımovski, Məğfurə xanım, Yeva (Yevgeniya) Olenskaya və başqalarının daxil olduğu bu truppa həftədə üç gün dram, komediya, opera və operetta tamaşaları ilə teatrsevərlərin qarşısına çıxıblar. Truppanın repertuarında olan "Gaveyi-ahəngər", "Dağılan tifaq", "Pəri-cadu", "Axşam səbri xeyir olar", "Ağa Məhəmməd şah Qacar", "Arşın mal alan", "O olmasın, bu olsun", "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu", "Aşıq Qərib", "Evliykən subay", "Şah İsmayıl" və başqa tamaşalar onlar tərəfindən rəğbətlə qarşılanıb.


Keçmişin məşəqqətləri, bu günün uğurları


Sonrakı dövrdə - sovet hakimiyyəti illərində də Azərbaycan teatr sənəti inkişafını davam etdirib. Həmin dövrdə teatrlarımızın repertuarında müxtəlif ideoloji əsərlərlə yanaşı, xalqın tarixi və həyatından bəhs edən tamaşalar da yer alıb.

XX əsrin sonlarında Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Böyük çətinliklərlə əldə olunan müstəqilliyimizin ilk illərində bütün sahələrdə olduğu kimi, teatr sənəti də böhranla üzləşdi. Amma o, bu dəfə də sınaqlardan çıxmağı bacardı və Azərbaycan teatrı yeni mərhələyə qədəm qoydu. Dövlət qayğısı və tamaşaçı sevgisi sayəsində teatrlarımız fəaliyyətini genişləndirərək müasir səhnə əsərləri ilə çıxış etməyə başladılar.

Milli teatrımız uzun və keşməkeşli inkişaf yolu keçsə də, öz ənənələrini qoruya bilib. Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova, Həqiqət Rzayeva, Qəmər Almaszadə və başqalarının böyük çətinliklərlə yaratdıqları və yaşatdıqları teatr sənətimizi bu gün istedadlı dramaturqlarımız, rejissorlarımız, aktyor və aktrisalarımız davam etdirirlər.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

11:22
14 Aprel

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!