09 Yanvar 2025 08:10
917
CƏMİYYƏT
A- A+
"Xilaskarımız İlham Əliyev Şuşada hər gün bizə Zəfərin və Suverenliyin təntənəsini yaşadır"

"Xilaskarımız İlham Əliyev Şuşada hər gün bizə Zəfərin və Suverenliyin təntənəsini yaşadır"


Azərbaycanın mədəniyyət paytaxtında yeni həyata başlayan sakinlər Xilaskar Komandanlarına minnətdarlıq edirlər


- Gəl, qızım, gəl.

- Necəsiniz?

- Sağ ol, sən necəsən?

- Çox sağ olun, yaxşıyam.

- Gəl şəkil çəkdirək. Neçə yaşın var sənin?

- Mənim 15 yaşım var. Birini də bizim telefonla çəkdirə bilərik?

- Olar, əlbəttə.

- Yəqin sentyabrda məktəbə də gedəcəksən?

- Bəli. Sizin çox gözəl sözləriniz var: "Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan xalqı! Eşq olsun Azərbaycan xalqına, Azərbaycan Ordusuna!"

2024-cü ilin iyul ayının 5-i... 

Prezident İlham Əliyev Şuşa sakinləri ilə görüşür...

Səmimi keçən söhbətlərdə yuxarıda xatırlatdığımız dialoq xüsusən diqqəti cəlb etdi...

Müzəffər Komandanın 15 yaşlı Ülviyyə Kərimli ilə söhbəti...

Şuşaya builki ilk səfərimizdə elə ilk həmsöhbətimiz də Ülviyyə oldu...


Prezidentə yaxınlaşanda həm həyəcanlı, həm də qürurlu idim


Biz Şuşaya çatanda qar yağırdı. Amma buna baxmayaraq, Zəfərin zirvəsində həyat qaynayırdı. 

İlk həmsöhbətimiz Ülviyyə Kərimlinin çox pozitiv qız olduğunu hiss etmişdik. Elə söhbətimiz zamanı da bunun bir daha canlı şahidi olduq. 

Əslən Şuşadan olan bu qəhrəman qız 2009-cu ildə Yevlax rayonunda anadan olub, 2015-ci ildə  Yevlaxda yerləşən Ağdam 23 saylı köçkün tam orta məktəbdə birinci sinfə gedib. Ən böyük arzusu orta məktəbi Şuşada bitirmək olub. Müzəffər Ali Baş Komandan İlham Əliyev onun arzularını gerçəkləşdirib:

"Uşaq vaxtımdan arzu edirdim ki, kaş orta məktəbi Şuşada oxuyaydım. Allah arzumu reallığa çevirdi. İndi doğma el-obamda, Şuşada təhsil alıram. 

Vətən müharibəsi davam edən zaman hər kəs Ali Baş Komandanın qələbə müjdələrini, tvitlərini diqqətlə izləyirdi. Mən isə onların hamısını əzbərləyirdim. Xəyal edirdim ki, bir gün Prezidentlə görüşsəm, bunların hamısını söyləyə bilərəm".

Tale elə gətirir ki,  Ülviyyə Kərimlinin ailəsi Şuşada yeni mənzillə təmin olunur və onlar doğma yurda qayıdırlar. Prezidentin ötən ilin iyul ayında Şuşaya səfəri zamanı Ülviyyənin bir arzusu da gerçəkləşir: "Keçən ilin iyul ayının 5-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşaya gəlmişdi. Hər kəsi salamlayır, necə yaşadığımızı soruşurdu. Yeni mənzillərinə köçən sakinlər eyvanlarından Prezidentə alqış səsləndirirdilər. Mən də bundan həvəslənib Prezidentə yaxınlaşdım. Çox həyəcanlı idim, həm də çox qürur hissi keçirirdim. Ali Baş Komandana dedim ki, sizin sözlərinizi səsləndirmək istəyirəm. Çox sağ olsun, dedi ki, utanma, söylə. Mən də ürəklə onun fikirlərini bir daha səsləndirdim. Prezident məni qucaqlayıb öpdü və uğurlar arzuladı. Özümü elə xoşbəxt hiss edirdim ki...  Heç zaman bu qədər sevincli olmamışdım. Bu, həyatımın ən yaddaqalan günü oldu. Çox şükür ki, arzum gerçəkləşdi". 

Müzəffər Ali Baş Komandana məxsus Zəfər ifadələrinin bir məktəbli tərəfindən böyük həvəslə, qürurla ürəkdən səsləndirilməsi onu təsdiq edirdi ki, xilaskar sərkərdə kimi İlham Əliyev Azərbaycan xalqının, Zəfərin bütün övladlarının ürəyində özünün əbədi heykəlini ucaldıb. Xalqının inandığı, güvəndiyi, etimad göstərdiyi liderə çevrilib. 

15 yaşlı Şuşa sakininin təəssüratlarını bölüşdükdən sonra şəhərdə görülən tikinti-quruculuq işlərinə nəzər yetirdik. "Dəmir yumruğ"u ilə Qarabağ və Şərqi Zəngəzuru düşməndən təmizləyib Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdikdən sonra Böyük qayıdış konsepsiyasının icrasına başlayan Prezident İlham Əliyevin doğma torpaqlarda xariqələr yaratdığının şahidi olduq. Vətən müharibəsindən cəmi 4 il ötməsinə baxmayaraq, Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Cəbrayılda, Xocalıda həyat yenidən qaynayır.   


5 yaşında Şuşadan çıxdı, məktəb direktoru kimi geri qayıtdı

 

İkinci həmsöhbətimiz Şuşa şəhəri 1 saylı tam orta məktəbin direktoru Səbinə Gözəlova oldu. 1987-ci ildə Şuşada anadan olan Səbinə Gözəlova 5 yaşında tərk etdiyi şəhərə direkror kimi qayıdıb. 

Şuşanı 5 yaşında, 1992-ci ildə tərk edən Səbinə Gözəlovanın ailəsi Bakı şəhərində məskunlaşıb. Səbinə Gözəlova Binəqədi rayonu 115 nömrəli orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra Odlar Yurdu Universitetinin İngilis dili fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra  Azərbaycan Dillər Universitetinin İngilis dili pedaqoji fakültəsində təhsil alıb. Bir müddət sonra ERA tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyətə başlayıb. 

2017-ci ildə Direktorların İşə Qəbulu Müsabiqəsində iştirak edərək Şuşa rayon 24 nömrəli məktəbə direktor təyin edilib. 9 il direktor və ingilis dili müəllimi kimi Şuşa rayon 24 nömrəli məktəbdə fəaliyyət göstərib. 2023-cü il sentyabrın 14-də Şuşa şəhərində fəaliyyətə başlayıb. Yenidən bərpa olunmuş Şuşa şəhər 1 nömrəli tam orta məktəbə təyinat alıb. Şuşadan 5 yaşında çıxan qız nə biləydi ki, illər sonra doğma yurduna məktəb direktoru kimi qayıdacaq...

Səbinə Gözəlova deyir ki, ötən il may ayının 10-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və onlarla bu şəhərə köçmüş ilk sakinlərin tarixi görüş xoşbəxtliyi ona da qismət olub, həyatında ən xoş xatirə kimi qalıb:

"İnsanın həyatında əlamətdar günlər çox olur. Amma xilaskar komandanla, Mehriban xanım Əliyeva ilə görüşmək həyatımın ən yaddaqalan, unudulmaz anları oldu. Həm sevincli, həm kədərli, həm də qürurluyduq. Doğma yurdumuzda evimizin açarlarını bizlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və onun xanımı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təqdim etdi. Həmin an keçirdiyim hisslər çox qürurverici, sevincli idi. O an ürəyimdə yalnız bir sözü dedim: "Bu gün Şuşa uğrunda canından keçmiş hər bir qəhrəmanımızın ruhu çox şaddır. Eləcə də atam Mikayıl Gözəlovun. 

Arzuladığım, hər zaman təşəkkürümü bildirmək istədiyim bir görüş oldu. Xoş təəssüratlarla ayrıldıq. Ali Baş Komandanımız və Mehriban xanım tərəfindən açarları  təqdim olunan evim mənim üçün çox doğma, çox əzizdir. Çünki məhz o evi ən əziz insanlar təqdim etdi, həm də o ev ən əziz, ən doğma şəhərimizdə yerləşir.  Artıq bir ildən çoxdur ki, Şuşa şəhərində  iş fəaliyyətinə başlamışam. Şuşamızın parlaq gələcəyi üçün, gələcək nəsilləri mükəmməl səviyyədə yetişdirmək üçün ürəklə fəaliyyət göstəririk. Ali Baş Komandanımıza daim minnətdarıq".

Direktor deyir ki, Prezident İlham Əliyev 2025-ci ili ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edib. Dövlət başçısının imzaladığı sərəncamda deyilir ki, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir: "2025-ci il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünə təsadüf edir. "Bu xoş xəbəri Zəfərimizin zirvəsi sayılan Şuşa şəhərində eşitməyin böyük mənası vardı. Şanlı Zəfərimizin 5 illik yubileyini, Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümünü möhtəşəm təntənə ilə qeyd edəcəyik".       


"Şuşanın azadlığından sonra sanki mən də yenidən doğulmuşam"


Səfərov Aydın Nüsrət oğlu. 1952-ci ildə Bərdədə anadan olub. Babaları, anası Şuşada doğulub.  Anası Fəridə Qasımova məşhur Ağamirovlar nəslindəndir. Bir tərəfi də Üzeyir bəy Hacıbəyli, Cabbar Qaryağdıoğluya qohum düşür. Bunların hamısnı Aydın müəllimə anası danışıb. Özü isə Şuşanı belə xatırlayır: "İndiki Qarabağ hotelinin yerində bizim qədim  həyət evlərimiz olub. Hər yayı Şuşada, Cıdır düzündə keçirirdik. May ayından avqustun sonuna qədər Şuşada qalırdıq. Uşaqlıq illərimizdə Cıdır düzündə, İsa bulağında, Kirs dağında xoş günlər keçirirdik. Şuşa xəyallarımızın şəhəri olub. Allaha min şükürlər olsun ki, xilaskar Prezidentimiz bizə yenidən Şuşanı görməyi nəsib etdi. Artıq qocalmışdım. 

Güman etmirdim ki, bir də Şuşanı görüm... Allah Azərbaycan xalqına elə bir qüdrətli lider yetirdi ki, söndürülən çıraqlarımızı yenidən yandırdı, sevincimizdən ömrümüz bir qədər də uzandı. Var olsun cənab İlham Əliyev! Onun Şuşada gələcəkdə çox möhtəşəm heykəlinin ucalmasını istərdim. Çünki İlham Əliyev Qarabağın xilaskarıdır".

Şuşa abadlaşmağa başlayandan və yolar açılandan sonra Aydın müəllim hər həftə şəhəri ziyarət edir. Deyir ki, sanki yenidən doğulub: "Vallah məni qınamayın, elə bilirdim ki, qocalmışam, ölüm qapının astanasındadır. Amma Zəfər məni tamam dəyişdi. Hər gördüyümə körpə uşaq kimi sevinirəm və sanki cavanlaşıram. Mənə ən çox təsir edən məqam Ali Baş Komandanın söylədiyi "Əziz Şuşa, sən azadsan!" nidası oldu. Necə hönkür-hönkür ağladımsa... Heç vaxt sevincimdən bu qədər və bu dərəcədə ağlamamışdım".  

Aydın Səfərov indi bir baba kimi nəvələrini Şuşaya gətirir və onlara əsl yurd, Vətən sevgisinin nə olduğunu aşılayır və bundan da zövq alır. 


"Hər gün İlham Əliyevə dua edirik"


Ağsaqqalın xoş xatirələrini dinləmək əhvali-ruhiyyəmizi bir qədər də yüksəltdi. Şuşada yeni salınmış yaşayış kompleksinə üz tuturuq. Bizi evinə qonaq dəvət edən Günay Kərimova çox maraqlı həyat hekayətini danışır. 1976-cı ildə Şuşada anadan olan Günay 1 saylı tam orta məktəbdə təhsil alıb. İşğal səbəbindən təhsilini Bakıda davam etdirib. 33 ildən sonra isə yenidən doğma Şuşaya qayıdıb. Bu dəfə xoşbəxt, ailəli, külfətli...  

"33 il çəkdi Şuşasız illərimiz. Bu günlərdə çox əziyyətlər, məşəqqətlər çəkdik. Onu ancaq yaşayanlar bilər...  Amma çox şükür ki, artıq həyatımızın xoş günləri başlayıb. Azərbaycanın Müzəffər Ali Baş Komandanı, onun qüdrətli ordusu bizə bu xoşbəxtliyi yaşadanlardır. Biz ümidimizi də itirmişdik. Çünki elə bilirdik ki, erməni haranı qaytarsa da, Şuşanı verməz. Amma Prezidentimiz dedi ki, "Şuşasız bizim işimiz yarımçıq qalardı". Demək ki, Şanlı Zəfərimizdə Şuşanın azadlığı ən mühüm plan olub. Buna görə də hər gün Allaha yalvarıb İlham Əliyevə dua edirəm. Sağ olsun ki, bizı Şuşamıza qovuşdurdu. İndi 3 otaqlı mənzilimizdə, öz doğma evimizdə, yurdumuzda qurub- yaratmaq bizim boynumuza düşür. Çalışacağıq ki, biz də öz missiyamı şərəflə yerinə yetirək".

Günay xanım deyir ki, mütaliə etməyi, hətta qəzet oxumağı çox xoşlayır. "Şuşa" qəzetini oxuduğunu bildirdi. Hətta son illərədək qəzetlərdən saxladığı da olub.  

Bu anda qapının zəngi çalınır, içəri Günay xanımın qohumu Şükufə Kərimova daxil olur. O da bu binada yeni mənzillə təmin olunub. Şükufə xanım söhbətimizə qoşulur. Günay xanım isə deyəsən, qəzetləri axtarmağa yollanır...

Bu arada Günay xanımın yoldaşı Sərdar Kərimov da mənzilə daxil olur. Salamlaşıb özümüzü təqdim edirik. Sərdar Kərimov Birinci Qarabağ müharibəsi veteranıdır. Hazırda Şuşada Mənzil Kommunal Təmizlik Xidmətində çalışır. Dediyinə görə, indiki ordumuzla, əvvəlki ordumuz arasında dağlar qədər fərq var: "O zaman da döyüşlər gedirdi... Qələbələr qazanırdıq, şəhid versək də, çəkinmirdik, zirehi texnikaya qarşı atıcı silahlarla döyüşürdük. Amma başıpozuqluq, yiyəsizlik, vahid komandanlığın olmaması bizi məğlubiyyətə apardı. Özüm döyüşlərdə olduğum üçün həqiqəti deyirəm. Döyüş ruhu olsa da, satqınlıq, əmrə tabe olmamaq torpaqlarımızın itkisi ilə nəticələndi. Budəfəki Vətən müharibəsində isə vahid komandanlıq, "Dəmir yumruq" əməliyyatı çox yüksək səviyyədə idi. Azərbaycan ilk "Smart" müharibə aparan ölkə kimi adını dünya hərb tarixinə yazdırdı. Şuşanın alınması əməliyyatı hələ də müzakirə edilir. Var olsun Azərbaycanın Müzəffər Komandanı və onun qüdrətli ordusu! Şəhidlərimizin ruhu şad olsun".  

Şükufə Kərimova Şuşada 1 saylı tam orta məktəbi bitirdikdən sonra işğal dövrü başlayıb. Onlar da Bakıda müvəqqəti məskunlaşıblar: "Biz də məcburi köçkün həyatı yaşamışıq. Necə ağır günlər görmüşük.... Əzizlərimizi, qohumlarımızı itirmişik....

32 ildən sonra yenidən Şuşaya qayıtmışıq. Şükürlər olsun bu günümüzə. Həyat yoldaşım Əli Kərimov artıq 2 ildir Şuşada çalışır. O da Mənzil Kommunal Təmizlik Xidmətində işlə təmin edilib. Çalışırıq ki, Şuşamızın bundan sonrakı inkişafına nəsə bir töhfə verək. Övladlarımızı əsl vətənpərvər böyüdək ki, düşmənə bir də aman verməsinlər". 

Kərimovlar ailəsində səmimi söhbətimizi saatlarla davam etdirə bilərdik, amma geri qayıtmalı olduğumuz üçün "yolçu yolda gərəkdir" deyib, sağollaşaraq ayrılmaq məcburiyyətində qaldıq.  


Şuşaya keçən il 369 ailə, 1388 nəfər köçürülüb


Göründüyü kimi, Şuşada artıq həyat qaynayır. Mədəniyyət paytaxtımızda həm quruculuq işləri davam edir, həm də yerli sakinlərin ara-sıra məskunlaşdığı digər rayon və şəhərlərdən geri qayıdışı həyata keçirilir. 

Ötən il Şuşaya 12 köç karvanı yola düşüb. Mayın 10-dan başlayaraq dekabrın 23-dək Şuşaya 369 ailə 1388 nəfər köçürülüb.  

Prezidentin Şuşaya hər səfərində yeni müəssisələrin təməli qoyulur, hazır olanların açılışları edilir. Ötən il dövlət başçısı Şuşaya 6 dəfə səfər edib. Həmçinin bu səfərlərdə Belarus Prezidenti Aleksandr Lukaşenko, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov iştirak ediblər. 

Ötən il İlham Əliyev iyulun 20-21-də Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda çıxış edib. 

2024-cü ildə Prezident və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada bir çox açılış və təməlqoyma mərasimləri olub. Şuşada Dövlət Xidmətləri Mərkəzinin, Şuşa sutəmizləyici qurğular kompleksinin, həmçinin Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin, Aşağı Gövhər ağa məscidinin,  Bayraq meydanının,  "İsa bulağı" istirahət kompleksinin, "Şirin su" hamamının, Mamayı məscidinin, birinci yaşayış kompleksinin açılışları olub, eləcə də 23 yaşayış kompleksinin tikintisinə başlanılıb. 

Şuşada quruculuq işləri, əslində, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra başlayıb. İlk növbədə Şuşaya yol çəkilib - Zəfər yolu...

İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüsü olan dördzolaqlı mükəmməl bir yol çəkilir və yəqin gələn ilin sonuna qədər o da hazır olacaq. 

Ötən il mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında şəhərə köçmüş ilk sakinlərlə görüşdə dövlətimizin başçısı bildirib ki, bu gün Şuşanın yeni tarixi başlayır. Hələ Şuşa işğaldan azad olunduqda xalqa müraciətində söylədiyi bu fikirlər -  "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa biz səni dirçəldəcəyik!" kəlamları 4 il sonra gerçəkliyə çevrilir. 

Bu gün biz dirçəldilən Şuşanı görürük. Şuşa getdikcə daha da möhtəşəm libasa bürünür. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilir. Uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaq, yaradacaq, quracaq, öz doğma şəhərlərinin tarixi simasını qoruyacaqlar.

Onu da deyək ki, Şuşada təkcə bu özəl binalar deyil, çox genişmiqyaslı quruculuq işləri gedir. Ötən il mayın 10-da üçüncü yaşayış kompleksinin təməli qoyulub. 2023-cü il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. 

Reportajımızı yekunlaşdırarkən Prezident İlham Əliyevin Şuşa sakinləri ilə ilk görüşündə səsləndirdiyi fikirləri xatırladıq. Yeni mənzillərin açarlarını təqdim edərkən Prezident dedi ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl... Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda ənənəvi üslubda inşa edilən binalarla tamamlanır: "Elə bir rahat şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Bir daha demək istəyirəm, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik. Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Bu gün, eyni zamanda Laçının Sus kəndinə də keçmiş köçkünlərin qayıdışı nəzərdə tutulur və ilin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində artıq həyat bərpa ediləcək".

Bu gün həqiqətən də İlham Əliyev Şuşada tariximizi yaşadır. Müasirliklə qədimiliyin harmoniyası əsasında qurulan Zəfərimizin zirvəsi həm də mədəniyyətimizin paytaxtı kimi dünyanın dialoq, əməkdaşlıq mərkəzi olaraq tanınmaqdadır. 

Elə bu xoş mənzərələri görmək, Şuşaya qayıdan sakinlərin ürəkdolu fikirlərini eşitmək təəssüratlarımızı daha da yüksəldir və bu xoş ab-havada Bakıya qayıdırıq.


Rəşad BAXŞƏLİYEV, 

Lazım QULİYEV,

"Azərbaycan"   


Bakı-Şuşa-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"AzerGold" QSC-də 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

03:04
19 Yanvar

Məhkəmə Cənubi Koreya Prezidentinin həbsdə saxlanılmasına qərar verib  

23:53
18 Yanvar

Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib  

22:09
18 Yanvar

Misli Premyer Liqası: "Sumqayıt" doğma meydanda "Səbail"ə uduzub

21:50
18 Yanvar

Azərbaycan və Ruanda Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası olub  

19:32
18 Yanvar

“Azərişıq” ASC-nin nümayəndələri Qubada sahibkarlarla görüşüblər

19:20
18 Yanvar

 “Əbədi Qəhrəmanlar” kitabının təqdimat mərasimi keçirilib  

19:09
18 Yanvar

Türkiyə ordusu Suriya və İraqın şimalında 21 terrorçunu məhv edib

18:53
18 Yanvar

Misli Premyer Liqası: "Zirə" "Araz-Naxçıvan"ı məğlub edib

18:49
18 Yanvar

Hakan Fidan: Türk Dövlətləri Təşkilatının daha təsirli və səmərəli olması strateji bir addımdır 

18:35
18 Yanvar

Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub

17:40
18 Yanvar

QMİ sədri: 20 Yanvar Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günüdür

17:18
18 Yanvar

Azərbaycanla Türkiyənin XİN başçıları ikitərəfli və çoxtərəfli gündəlikdə duran aktual məsələləri müzakirə edib 

17:02
18 Yanvar

Daşkənddə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib 

16:41
18 Yanvar

Nazir: Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək

15:45
18 Yanvar

Türkiyənin XİN başçısı: Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq

15:42
18 Yanvar

Hakan Fidan: Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək

15:29
18 Yanvar

Azərbaycanın və Türkiyənin XİN başçıları qərarların icrası istiqamətində müzakirələr aparıb

15:08
18 Yanvar

DİN: Milli Qəhrəmanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, zərər ödənilib

15:05
18 Yanvar

Seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan növbəti seminar-müşavirə Şirvanda keçirilib  

14:41
18 Yanvar

Dronları “uçan boşqab”a çevirən texnologiya icad olunub

14:33
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!