08 Yanvar 2025 08:05
552
SİYASƏT
A- A+
Vətəndaşlara ali münasibətin yüksək təzahürü

Vətəndaşlara ali münasibətin yüksək təzahürü


Ötən il dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması, çoxsaylı insan tələfatının və xəsarət alanların olması xəbəri xalqımızı sarsıtdı. Prezident İlham Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün səfərini təxirə salaraq təcili ölkəyə döndü. 

Qəzanın nəticələrinin aradan qaldırılması və səbəblərinin araşdırılması üçün dövlətimizin başçısı operativ müşavirə keçirdi. Baş vermiş qəzanın səbəblərinin araşdırılması, qəzada həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə yardım göstərilməsi, həmçinin qəzadan zərər görmüş xarici ölkə vətəndaşları ilə bağlı məsələlərin həlli məqsədilə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla dövlət komissiyası yaradıldı, ölkədə bir günlük matəm elan edildi.

Aktau şəhəri yaxınlığında qəzaya uğramış təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər var idi. Onlardan 38 nəfər qəza nəticəsində həyatını itirdi. Həlak olanlardan üç nəfəri təyyarənin ekipaj üzvü idi. Elə 29 nəfər sərnişin də ekipaj üzvlərinin peşəkarlığı, son anlaradək fədakarlıq, qəhrəmanlıq göstərmələri nəticəsində sağ qaldı.

Onlar öz qəhrəmanlıqları ilə Azərbaycan xalqının fəxri, qüruru oldular. Azərbaycan dövləti tərəfindən pilotların və bütün ekipaj üzvlərinin fəaliyyəti yüksək qiymətləndirildi. Dövlətimizin başçısının imzaladığı sərəncamla "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təyyarənin ekipaj üzvləri - kapitan İqor Kşnyakin (ölümündən sonra), pilot Aleksandr Kalyaninov (ölümündən sonra) və bələçi Hökumə Əliyeva  (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə, bələdçilər Zülfiqar Əsədov və Aydan Rəhimli 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olundular.

Yanvarın 6-da Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış "Embraer 190" tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdü. Görüşdə çıxış edən dövlətimizin başçısı vurğuladı ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi Qroznı şəhərinin yaxınlığında kənar müdaxilə nəticəsində idarəetməni itirib, zədələnib və demək olar ki, idarəolunmaz vəziyyətə salınıb. Məhz pilotların peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı nəticəsində təyyarə Aktau şəhərində qəza enişi edə bilib. Əgər pilotlar peşəkarlıq, qəhrəmanlıq göstərməsəydilər, bu qəzada sağ qalan olmazdı.

Böyük faciənin başvermə səbəbləri araşdırılır. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, Dövlət Komissiyası yaradılıb, komissiya fəaliyyət göstərir: "Eyni zamanda mənim göstərişimlə Azərbaycan prokurorluğu cinayət işi açıb. Cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir".

Prezident İlham Əliyev bildirdi ki, prokurorluğun işçi qrupları həm Qroznı, həm də Aktau şəhərlərinə ezam edilmişdi, orada operativ işlər görmüşdür: "Biz təbii olaraq istintaqın başa çatmasından sonra tam məlumatı Azərbaycan ictimaiyyətinə çatdıracağıq. Ancaq dekabrın 29-da bildirdiyim bir məqamı bir daha diqqətinizə çatdırmaq istəyirəm. Qroznı şəhərində "kavyor əməliyyatı", yəni, hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var... Bunu təbii olaraq istintaq göstərəcək. Mən bir daha demək istəyirəm ki, bizdə olan məlumat həqiqətə əsaslanır. Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. Günahsız insanlar həlak olublar".

Dövlətimizin başçısı təyyarənin "qara qutu"larının açılması prosesi başlandığını nəzərə çatdırdı. Azərbaycan dövlətinin təkidi ilə bu proses Braziliyada həyata keçirilir. Prezident İlham Əliyev bildirdi ki, biz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin "qara qutu"ları açmasına qəti etiraz etdik: "Çünki burada obyektivlik sual altına düşə bilərdi. Burada hüquqi dillə desək, maraqlar toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada "qara qutu"ların təhlilinə başlanılmışdır və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək. Təbii ki, bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq". Dövlət başçısı nəzərə çatdırdı ki, təyyarənin radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salındığı gün kimi aydın olan məsələlərdir: "Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki, bizdə məlumat yoxdur. Təbii ki, "qara qutu"lar açılandan sonra bütün bu məlumatlar olacaq".

Ekipaj üzvlərinin qəhrəmanlığını bir daha vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, bu, doğrudan da böyük fədakarlıqdır: "Onlar təcrübəli pilotlar idi, idarəolunmaz vəziyyətdə olan təyyarəni məhz öz peşəkarlıqları nəticəsində bir yolla məkana yetişdirə bilmişdilər və qəza enişi olsa da, təyyarəni endirə bilmişdilər. Ekipajın digər üzvləri - bələdçilər də soyuqqanlılıq göstərmişlər. Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər".

Ekipajın üç üzvünə "Milli Qəhrəman" yüksək adının verildiyini, sağ qalan iki ekipaj üzvünün də yüksək dövlət mükafatı ilə təltif olunduğunu vurğulayan dövlətimizin başçısı dedi: "Ola bilər ki, yaxınlarını itirən ailələr üçün bu, kiçik bir təsəllidir, amma Azərbaycan dövlətinin öz vətəndaşlarına münasibətinin təzahürüdür. Həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir. Biz buna operativ şəkildə reaksiya verdik, elə bir şəraitdə Azərbaycanın hər bir vətəndaşının həyatının bizim üçün çox qiymətli olduğunu bəyan edərək, prinsipial davrandıq və ədalət, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəyik".


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"AzerGold" QSC-də 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

03:04
19 Yanvar

Məhkəmə Cənubi Koreya Prezidentinin həbsdə saxlanılmasına qərar verib  

23:53
18 Yanvar

Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib  

22:09
18 Yanvar

Misli Premyer Liqası: "Sumqayıt" doğma meydanda "Səbail"ə uduzub

21:50
18 Yanvar

Azərbaycan və Ruanda Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası olub  

19:32
18 Yanvar

“Azərişıq” ASC-nin nümayəndələri Qubada sahibkarlarla görüşüblər

19:20
18 Yanvar

 “Əbədi Qəhrəmanlar” kitabının təqdimat mərasimi keçirilib  

19:09
18 Yanvar

Türkiyə ordusu Suriya və İraqın şimalında 21 terrorçunu məhv edib

18:53
18 Yanvar

Misli Premyer Liqası: "Zirə" "Araz-Naxçıvan"ı məğlub edib

18:49
18 Yanvar

Hakan Fidan: Türk Dövlətləri Təşkilatının daha təsirli və səmərəli olması strateji bir addımdır 

18:35
18 Yanvar

Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub

17:40
18 Yanvar

QMİ sədri: 20 Yanvar Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günüdür

17:18
18 Yanvar

Azərbaycanla Türkiyənin XİN başçıları ikitərəfli və çoxtərəfli gündəlikdə duran aktual məsələləri müzakirə edib 

17:02
18 Yanvar

Daşkənddə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib 

16:41
18 Yanvar

Nazir: Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək

15:45
18 Yanvar

Türkiyənin XİN başçısı: Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq

15:42
18 Yanvar

Hakan Fidan: Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək

15:29
18 Yanvar

Azərbaycanın və Türkiyənin XİN başçıları qərarların icrası istiqamətində müzakirələr aparıb

15:08
18 Yanvar

DİN: Milli Qəhrəmanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, zərər ödənilib

15:05
18 Yanvar

Seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan növbəti seminar-müşavirə Şirvanda keçirilib  

14:41
18 Yanvar

Dronları “uçan boşqab”a çevirən texnologiya icad olunub

14:33
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!