11 Yanvar 2025 09:15
256
DÜNYA
A- A+
Yerin temperaturu ilk dəfə olaraq 1,5°C həddini keçib

Yerin temperaturu ilk dəfə olaraq 1,5°C həddini keçib


2024-cü il Yerin iqlimi üçün dönüş nöqtəsi olub: ötən il orta qlobal temperatur ilk dəfə Paris İqlim Sazişində planetin sabitliyi üçün kritik olaraq müəyyən edilmiş simvolik həddi 1,5°C-ni keçib.

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) və Avropa İttifaqının Kopernik iqlim xidmətinin məlumatına görə, bu il temperatur sənayeləşmədən əvvəlki səviyyədən 1,6°C yuxarı qalxaraq 2023-cü il rekordunu 0,12°C üstələyib.

2024-cü il ekstremal hava şəraiti ilə yadda qalıb:  meqameşə yanğınları Cənubi Amerika, Kanada və Avropanı bürüyüb. Güclü daşqınlar hətta Saxara səhrasını da vurub. Quraqlıq Amazoniya və Pantanalı iflic edib,  dağıdıcı qasırğalar ABŞ sahillərinə zərbələr endirib.

Dünya okeanı da əhəmiyyətli dərəcədə təsirlərə məruz qalıb. Dəniz səthinin temperaturu ilin çox hissəsində rekord həddə qalıb və dəniz ekosistemlərinə zərər verib. 

Məlumata görə, qütb buzlaqları sürətlə əriyib  və karbon qazı və metan konsentrasiyaları müvafiq olaraq 422 ppm və 1897 ppm təşkil edərək  tarixi maksimuma çatıb.

2024-cü ildə karbon qazının konsentrasiyası 2023-cü ilə nisbətən 2,9 ppm, metan konsentrasiyaları isə 3 ppm yüksək olub.

Bəs temperaturun yüksəlməsinə nə səbəb olub? Alimlər bununla bağlı iki əsas amili qeyd edirlər: birincisi, antropogen iqlim dəyişikliyi, xüsusilə istixana qazları emissiyalarının artması;  ikincisi isə El Ninyo - qlobal temperaturu müvəqqəti artıran hava hadisəsi.

Bununla belə, El Ninyo may ayında sona çatdıqdan sonra belə, temperaturlar ilin qalan hissəsində rekord səviyyədə qalıb və öz miqyası ilə mütəxəssisləri şoka salıb.

Böyük Britaniya hökumətinin keçmiş baş elmi məsləhətçisi və İqlim Böhranı üzrə Məsləhət Qrupunun təsisçisi Devid Kinq deyir: "2024-cü il iqlim dəyişikliyinin təsirlərinin bütün planetdə hiss olunduğu bir il olub".

İqlim dəyişikliyinin ən pis təsirlərinin qarşısını almaq və planeti yaşayış üçün əlverişli saxlamaq üçün insanlar qlobal istiləşməni məhdudlaşdırmalıdırlar.

Buna görə də, 2015-ci il Paris Sazişinə əsasən, hökumətlər orta illik temperaturun Selsi üzrə 1,5 dərəcədən çox artmasının qarşısını almağa çalışmağı öhdələrinə götürüblər. Bu, dünyaya daha ciddi və bahalı iqlim fəlakətlərindən qaçmağa kömək edəcək.

BMT bildirir ki, bir ay və ya bir il ərzində 1,5°C həddini aşmaq uzunmüddətli həddi keçməyə təhlükəli şəkildə yaxınlaşdığımızın ilkin əlamətidir və bu,  kritik onillikdə daha çox motivasiya və sürətləndirilmiş fəaliyyətə çağırış kimi xidmət etməlidir.

Düzdür, aylıq və illik hədəfləri 1,5°C üstələmək hələ dünyanın Paris Sazişinin temperatur hədəfinə çata bilməməsi demək deyil. Lakin qlobal istiləşmə zamanı, temperaturun cüzi artımının  da əhəmiyyəti var.

BMT-nin hesabatında deyilir: "İsti dalğalar, quraqlıq, meşə yanğınları, güclü yağışlar və daşqınlar kimi ekstremal hava hadisələri daha tez-tez baş verəcək və daha təhlükəli olacaq. İstilik dalğaları bütün ekstremal hava hadisələri arasında ən yüksək ölüm nisbətinə səbəb olur. 2000-2019-cu illər arasında hər il təxminən 489000 insan istiliklə bağlı səbəblərdən ölüb".


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində nöqsanlar aşkarlayıb

19:15
24 Yanvar

“İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunun növbəti iclası keçirilib

19:14
24 Yanvar

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ

19:08
24 Yanvar

Ali Məhkəmə Plenumunun ötən ilin yekunlarına həsr olunmuş iclası keçirilib

19:07
24 Yanvar

“Azərpoçt” Şuşada poçt məntəqəsi açıb

19:05
24 Yanvar

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

19:00
24 Yanvar

Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində keçirdiyi auditin nəticələrini açıqlayıb  

18:57
24 Yanvar

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın iclası keçirilib

18:50
24 Yanvar

Nazir müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

18:49
24 Yanvar

Belarus Prezidenti 15 məhbusu əfv edib

18:48
24 Yanvar

Bahar Muradova Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

18:45
24 Yanvar

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub

18:44
24 Yanvar

Fransa xəstəxanalarında acınacaqlı vəziyyət: insanlar növbədə ölürlər

18:44
24 Yanvar

Almaniyada miqrantlar tərəfindən daha bir cinayət hadisəsi törədilib

18:43
24 Yanvar

Tbilisidə ictimai nəqliyyat sərnişinlərə ödənişsiz xidmət göstərəcək

18:42
24 Yanvar

Nizami Kino Mərkəzində “Tağıyev” sənədli filminin təqdimatı olub

18:41
24 Yanvar

Baş nazir Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

18:40
24 Yanvar

Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzləri Şəbəkəsinin “Təsir Hesabatı” dərc olunub

18:14
24 Yanvar

Pakistan Prezidenti: Dost və qardaş ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir

18:13
24 Yanvar

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

18:12
24 Yanvar

Hakan Fidan: Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır

18:11
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!