11 Yanvar 2025 08:05
1361
SİYASƏT
A- A+
Tarixi Zəfərdən uğurlu gələcəyə

Tarixi Zəfərdən uğurlu gələcəyə


Hər bir xalq suverenliyə, müstəqil dövlətini quraraq inkişaf etdirməyə can atır. Tarix boyu bu nailiyyət çox az xalqlara nəsib olub. Qürur duyuruq ki, dünyanın müstəqil dövlətə malik xalqları sırasında Azərbaycan xalqı da var. 

Respublikamızda hər yeni ilin tematik baxımdan xüsusi əhəmiyyətə malik mövzuya həsr edilməsi son onilliklərdə xoş bir ənənəyə çevrilib. Müvafiq sərəncamla bu  ənənə yeni ildə də davam etdirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ili Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan etdi. Qədəm qoyduğumuz ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi dövlətimizin hüquqi əsaslarının və müstəqilliyinin daha da gücləndirilməsinə yönəlmiş strateji bir addım oldu. Milli dövlətçilik tariximiz üçün müstəsna əhəmiyyətə malik bu sənəd ölkə ictimaiyyəti, dünya azərbaycanlıları tərəfindən böyük rəğbətlə qarşılandı. 

Dövlətin müstəqilliyi, suverenliyi xalqların istiqlal mübarizəsinin, əsrlər boyu formalaşdırdığı mənəvi potensialın, maarifçilik ənənələrinin, milli-mədəni dəyərlərə bağlılığının, eyni zamanda milli vəhdətinin bariz təcəssümüdür. 


Hüquqi dövlət quruculuğunun 30 ili


Bu qərarın əhəmiyyəti bir neçə mühüm aspektdə özünü göstərir. Birincisi, bu il müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasından 30 il ötür. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyasının qəbulu xalqımızın ən böyük nailiyyətlərindəndir. Bu nailiyyətin əldə olunması Azərbaycan xalqının əsrlər boyu müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq arzusunun ifadəsi kimi dəyərləndirilir. İnsanlarımız bu yolda uzun və əzablı sınaqlardan keçmişdir. XX əsrin sonlarında dövlət müstəqilliyinə qovuşaraq öz Konstitusiyasını qəbul etməyə nail olması bu tarixi yolun bütün mərhələlərində istiqlalından geri dönməyən, ideallarına sadiq qalan, milli kimliyini unutmayan, bütün kənar müdaxilələri, təzyiq və təhdidləri dəf edərək böyük inkişaf hədəflərinə və məqsədlərinə doğru qətiyyətlə addımlayan xalqımıza taleyin ən möhtəşəm və qiymətli ərməğanıdır. 

Yaxın tariximizdən məlumdur ki, Azərbaycanın müstəqilliyi 1991-ci il oktyabrın 18-də qəbul olunan "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə elan edilmiş, həmin sənəddə yeni Əsas Qanunumuzun hazırlanması da nəzərdə tutulmuşdu. Lakin həmin dövrdə hakimiyyətə rəhbərlik edənlərin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə hüquqi dövlət prinsiplərinə əsaslanan idarəçilik mexanizmlərinin formalaşdırılması, ölkə vətəndaşlarının azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamış, cəmiyyət kəskin böhrana, anarxiyaya sürüklənmiş, Azərbaycan vətəndaş müharibəsinin, parçalanmaq təhlükəsinin bir addımlığına gəlib çatmışdır.   

Yalnız Ümummilli Lider Heydər Əliyevin o böhranlı günlərdə xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra bu ağır vəziyyətin qarşısını almaq mümkün oldu. Ulu Öndər ilk növbədə Azərbaycanı başdan-başa sarımış xaosun, özbaşınalığın qarşısını aldı, cəmiyyətdə ictimai-siyasi sabitliyi təmin etdi, müasir dövlət quruculuğu üçün etibarlı zəmin formalaşdırdı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiya layihəsi hazırlandı və bu sənəd geniş ictimai müzakirələrdən keçərək 1995-ci ilin 12 noyabrında qəbul olundu. 


Suverenliyimiz qürurumuzdur


Prezident İlham Əliyevin 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı sərəncamında da qeyd edildiyi kimi, Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı və indi də bu fəaliyyət uğurla davam etməkdədir. Ona görə də Konstitusiyamızın 30 illiyində 2025-ci ilin belə bir  mövzuya həsr edilməsi dövlətçilik  baxımından son dərəcə əhəmiyyətlidir. 

Ən mühüm məqamlardan biri isə ilin təkcə Konstitusiya deyil, "Konstitusiya və Suverenlik İli" adlandırılmasıdır ki, bunun da xüsusi mənasını sərəncamdan oxuya bilərik: "Azərbaycan Respublikası Konstitusiyasının preambulasında ölkəmizin dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir".

Uzun illərin hazırlıqlarından, ardıcıl fəaliyyətindən sonra 2020-ci ilin 27 sentyabrında Ermənistanın növbəti hərbi təxribatlarına qarşı başlanmış 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi, daha sonra isə 2023-cü ilin sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində Azərbaycan bu strateji hədəfə nail oldu. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli sərəncamına əsasən, 20 sentyabr gününün Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilməsi bu əlamətdar günü milli dövlətçilik tariximizdə əbədiləşdirən qürur dolu rəmzə çevirdi. 


Zəfərlə gələcəyə doğru


Bu il Vətən müharibəsindəki tarixi qələbəmizdən də 5 il ötür. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunmasının Qələbənin 5-ci ildönümünə təsadüf etməsi bu tarixi addımın əhəmiyyətini daha da artırır. Ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpasından sonra Azərbaycan yeni strateji dövrə daxil olub. Bu baxımdan Prezident sərəncamını gələcəyə baxış kimi də qiymətləndirmək olar. Hazırda Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi Azərbaycanın hüquqi, siyasi və sosial inkişafında yeni bir mərhələnin əsasını qoyur. Bu il çərçivəsində həyata keçiriləcək müvafiq tədbirlər Konstitusiyanın əhəmiyyətinin vurğulanmasına və cəmiyyətimizdə hüquqi şüurun daha da artırılmasına xidmət edəcək. Eyni zamanda suverenlik prinsipinin Azərbaycanın müstəqilliyinin qorunması və inkişafı üçün əsas dəyərlərdən olduğunu nəzərə alsaq, bu əsasda həyata keçiriləcək davamlı tədbirlər həm milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, həm də bütün bunlarla bağlı ictimai maarifləndirməyə töhfə verəcək. Belə ki, əhali arasında konstitusiya hüquqları və vəzifələri barədə məlumatlandırma aparılacaq, hüquqi savadlılıq artırılacaq. Azərbaycan xalqının suverenlik və müstəqillik uğrunda apardığı mübarizə tarixi yenidən işıqlandırılacaq və belə bir ruhun qorunub saxlanması təşviq ediləcək. 

Respublikamızın beynəlxalq təşkilatlar və tərəfdaş ölkələr arasında hüquqi dövlət və demokratik prinsiplərə sadiqliyi nümayiş etdiriləcək. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ölkəmizdə aparılan iqtisadi və siyasi islahatların uğurla davam etdirilməsi üçün də yeni bir imkandır. Dövlət idarəçiliyi və qanunvericilik sisteminin təkmilləşdirilməsi üçün  islahatların bundan sonra da davam etdirilməsi Azərbaycanda hüquqi dövlət prinsiplərinin daha effektiv işləməsinə, vətəndaş hüquq və azadlıqlarının ən etibarlı şəkildə qorunmasına imkan yaradacaq. Hüquqi sabitlik və suverenlik prinsiplərinin gücləndirilməsi biznes mühitini də daha əlverişli edəcək, beynəlxalq sərmayədarların Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına marağını artıracaq. 


Milli dövlətçiliyimizin şərəf səhifəsi


Müstəqil Azərbaycan dövləti tarixdə heç zaman indiki qədər güclü olmayıb. Bu güc, qüdrət artıq ən böyük nailiyyətimiz olan suverenlik, ərazi bütövlüyü reallığını da əhatə edir. 23 aylıq Azərbaycan Xalq Cümhuriyyəti, ardınca sovet dövründəki ümumi inkişaf prosesləri, daha sonra isə 33 il yaşadığımız müstəqillik illərində xalqımız çox böyük nailiyyətlər qazandı. Bu nailiyyətlərin hər birinin milli yaddaşımızda öz yeri, dövlətçilik tariximizdə öz  rolu  var. Amma bunlardan heç biri Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunması faktı ilə müqayisə edilə bilməz.  

"Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir", - deyən Prezident İlham Əliyev bizi can atdığımız ən böyük qələbəyə, yürüdüyümüz ən böyük hədəfə yetirdi.  

Bu sərəncam dövlətçiliyimizin əsaslarını daha da möhkəmləndirməklə, hüquq və qanunun aliliyi prinsipinə əsaslanan islahatların davamlı olmasına yol açmaqla, Azərbaycanın beynəlxalq arenada güclü və suveren dövlət kimi mövqeyini daha da gücləndirməklə yanaşı, eyni zamanda gələcək nəsillər üçün də möhkəm siyasi irs yaratmış olacaq.

Suveren dövlətə sahib olmaq eyni bayraq altında birləşən, Vətənin azadlığı, bütövlüyü uğrunda vuruşub qurbanlar verən xalqımız üçün ən böyük dəyərdir. Xalq bu dəyər sayəsində öz haqlarını təmin edir, milli mövcudluğunu qoruyur, yaradıcılıq əzmi,  dövlətçilik irsi ilə tarixdə yeni səhifələr yaradır. 

Bu gün Azərbaycanda tarixi Qələbə ruhunda böyük bir gənclik yetişir, milli ideyalar böyüməkdə olan nəsillərə ötürülür. Əsrlər əvvəl başlanmış dövlətçilik hekayəmiz dövrün ən qüdrətli Azərbaycanında davam edir. 

"Konstitusiya və Suverenlik İli" kimi tarixə düşən 2025-ci il də qürur dolu şərəfli səhifələrdən olacaq. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

01:39
15 Noyabr

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2011-ci il 20 iyul tarixli 472 nömrəli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli və "AYNA" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

01:38
15 Noyabr

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:33
15 Noyabr

Türkiyəli mütəxəssislər təyyarə qəzası ilə bağlı işləri davam etdirirlər  

23:40
14 Noyabr

SOCAR və “DeGolyer and MacNaughton” şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib  

22:28
14 Noyabr

Rusiyalı professor: Azərbaycan regionda təhlükəsizliyin qarantına çevrilir

22:25
14 Noyabr

DİN: “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı iddialar araşdırılır  

22:20
14 Noyabr

YAP-ın müasir dövlətçilik tariximizdə yeri və rolu barədə tədbir təşkil olunub  

22:19
14 Noyabr

Mariyana Kuyundziç: Azərbaycanlı gənclər yaradıcı və təşəbbüskardırlar  

22:15
14 Noyabr

Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb  

22:11
14 Noyabr

Sənayedə qeyri-dövlət sektorunun payı 79,3 faiz olub  

22:09
14 Noyabr

Doqquz ayda Azərbaycanın hüquqi və fiziki şəxsləri 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib  

20:23
14 Noyabr

“Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı işıq üzü gördü  

20:21
14 Noyabr

Rusiyalı politoloq: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri daha da güclənib

19:16
14 Noyabr

Amerikalı ekspert: Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında mərkəzi rol oynayır  

18:43
14 Noyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında çoxsəviyyəli əməkdaşlıq: yeni imkan və perspektivlər  

18:20
14 Noyabr

Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb  

18:07
14 Noyabr

“Konstitusiya və Suverenlik İli” dövlət müstəqilliyimizin hüquqi dayaqlarına verilən böyük önəmin göstəricisidir  

17:55
14 Noyabr

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə həlak olanların dəfn mərasimində rəsmi şəxslər iştirak ediblər  

17:52
14 Noyabr

İqtisadi fəal əhalinin sayı açıqlanıb  

17:50
14 Noyabr

Azərbaycanda bu ilin 9 ayında 36 mindən çox nikah bağlanıb

17:50
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!