24 Yanvar 2026 08:40
316
SİYASƏT
A- A+
Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı


Cənubi Qafqaz uzun illər geosiyasi toqquşmaların, süni qarşıdurmaların və məqsədli düşmənçilik siyasətlərinin sınaq meydanına çevrilmişdi. Otuz ilə yaxın bir dövrdə "sülh danışıqları" adı altında aparılan proseslər mahiyyət etibarilə real sülhə deyil, mövcud status-kvonun qorunub saxlanmasına xidmət edirdi. Mənasız və uzun-uzadı aparılan danışıqlar, get-gəllər faktiki olaraq Azərbaycan-Ermənistan münaqişəsinin dondurulması siyasətindən kənara çıxmırdı. 

Bu imitasiya xarakterli danışıqlar nə regiona təhlükəsizlik gətirdi, nə də davamlı sabitlik yaratdı. Problemin yalnız diplomatik ritorika ilə həll olunmayacağı artıq birmənalı şəkildə aydınlaşdıqdan sonra Azərbaycan xalqının iradəsini ifadə edən Prezident İlham Əliyev tarixi və qətiyyətli qərar qəbul etdi. Torpaqların hərbi-siyasi yolla azad edilməsi zərurəti məhz bu reallığın nəticəsi idi. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər regionda illərlə formalaşdırılmış saxta balansı dağıtdı və sülhü abstrakt niyyətdən real siyasi gündəmə çevirdi. Artıq heç kimin inkar edə bilməyəcəyi həqiqətdir ki, bu gün Cənubi Qafqazı sülhə aparan yolun başlanğıc nöqtəsi məhz Azərbaycan tərəfindən qoyulub. Əgər bu Zəfər olmasaydı, indi biz regionda nə sülhdən, nə də sabit gələcəkdən danışa bilərdik.

Bu gün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından danışırıqsa, etiraf etməliyik ki, sülh təşəbbüsünün müəllifi məhz Azərbaycandır. Prezident İlham Əliyev hələ postmüharibə mərhələsində açıq şəkildə bəyan etmişdi: "Biz Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik istəyirik. Bu, yalnız qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınması əsasında mümkündür".

Müharibədən qalib çıxan Azərbaycan qarşı tərəfə diktə ilə deyil, siyasi yetkinlik və məsuliyyətlə sülh təklif etdi. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdı ki, Cənubi Qafqazda davamlı sülh ən çox iqtisadi baxımdan dalana dirənmiş Ermənistana fayda gətirəcək. Dövlətimizin başçısı dəfələrlə izah etmişdi ki, kommunikasiyaların açılması, regional tranzit imkanlarının formalaşması Ermənistan üçün tarixində ilk dəfə real iqtisadi nəfəs deməkdir. Prezident İlham Əliyevin sözləri ilə desək, "Ermənistan blokadadan çıxmaq istəyirsə, regional əməkdaşlıqdan başqa yolu yoxdur. Biz bunu təklif edirik, çünki regionun gələcəyini sülhdə görürük". Uzun illər tranzit ölkə olmamış, regional iqtisadi proseslərdən kənarda qalmış Ermənistan bu təkliflərin strateji və iqtisadi mahiyyətini ilkin mərhələdə dərk etməsə də, zaman keçdikcə Azərbaycanın sülh təşəbbüslərinin onun milli maraqlarına uyğun gəldiyini anlamağa başladı.

Dövlətimizin başçısının sərgilədiyi mövqe, nəhayət ki, illərdir qeyri-müəyyənlik içində qalan region üçün strateji yol xəritəsinə çevrildi. Azərbaycanın sülhə verdiyi real töhfələr indi yalnız diplomatik bəyanatlarla məhdudlaşmır. Rəsmi Bakı kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın təşviqi və regional əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində konkret addımlar atır. Bu gün Ermənistanın əsas ərzaq və enerji təhlükəsizliyində mühüm yer tutan taxıl və neft məhsullarının idxalı faktiki olaraq ölkəmiz üzərindən həyata keçirilir. Artıq Ermənistan tərəfi onu da anlamağa başlayıb ki, bu logistik marşrutların ən qısa, təhlükəsiz və iqtisadi cəhətdən səmərəli yolu Zəngəzur dəhlizidir (TRIPP). Bu, yalnız Azərbaycanın deyil, bütövlükdə regionun maraqlarına xidmət edən strateji layihədir.

Regionda ticarət və kommunikasiya axınlarının açılması sülhün artıq real məna daşıdığını sübut edir. 2025-ci ildə Azərbaycan ərazisi vasitəsilə Ermənistana  Qazaxıstandan 1000 ton, Rusiyadan isə 5580 ton taxıl daşınıb. 2026-cı il yanvarın 8-nə olan vəziyyətə görə, Rusiyadan tranzitlə gətirilən taxılın həcmi artıq 8 485 ton təşkil edib və əlavə 4 103 ton taxıl da yoldadır.

Eyni zamanda iqtisadi əməkdaşlığın əyani nümunəsi kimi göstərilən enerji tədarükündə də mühüm işlər müşahidə olunur. Hazırkı məlumatlara görə, 7 600 ton Azərbaycan neft məhsulu Ermənistana tranzitlə daşınır ki, bunun da 6 100 tonu benzin və 1 500 tonu dizel yanacağıdır. Bu rəqəmlər təkcə kommunikasiya xətlərinin açılmasının göstəricisi deyil, həm də sülhə əsaslanan iqtisadi əlaqələrin real, ölçülə bilən məhsuludur. Regionda daşınan yükün miqdarı artdıqca insanların gündəlik tələbatının ödənilməsi yaxşılaşır, iqtisadi sabitlik və qarşılıqlı etimad daha da güclənir. Artıq bunu Ermənistanda da başa düşənlərin sayı çoxalmaqdadır.

Təsadüfi deyil ki, son dövrlər Ermənistan rəhbərliyinin ritorikasında açıq dəyişiklik müşahidə olunur. Xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın sülh prosesinə verdiyi töhfələri müsbət qiymətləndirərək rəsmi Bakının konstruktiv mövqeyinin danışıqlar üçün real imkanlar yaratdığını dəfələrlə  etiraf edib. Baş nazir Nikol Paşinyan isə müxtəlif beynəlxalq platformalarda Azərbaycanın təşəbbüslərinin regionda sabitliyə xidmət etdiyini vurğulayıb.

Xüsusilə Davos İqtisadi Forumunda səslənən fikirlər diqqətçəkəndir. Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Azərbaycan Prezidenti ilə görüşlər zamanı dəfələrlə minnətdarlıq ifadə edərək  "Regionda yeni mərhələnin başlanması üçün Prezident İlham Əliyevin irəli sürdüyü sülh gündəliyi mühüm rol oynayır" deməsi təkcə diplomatik etiket deyil, dəyişən siyasi reallığın açıq etirafıdır.

Eyni sammit çərçivəsində Nikol Paşinyanın Prezident İlham Əliyevə bir daha təşəkkür etməsi isə artıq Ermənistanın sülhə daha çox ehtiyacı olduğunu  göstərən faktdır. Nəhayət,  Ermənistan da  anlayır ki, müharibə ilə indiyə kimi qazanan olmayıb, amma sülh yolu ilə xilas mümkündür.

Azərbaycanın sülh yolunda tutduğu bu mövqe ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə də ciddi təsir göstərməkdədir. Bu gün Azərbaycan dünyada söz sahibi olan dövlət kimi qəbul olunur. Qlobal güclərin belə nəzərə almadan keçə bilmədiyi siyasi aktora çevrilib. Ermənistan da artıq bu reallığı qəbul edir və Azərbaycanla mehriban qonşuluq münasibətləri qurmaqda maraqlı olduğunu nümayiş etdirir.

Əslində, bu fakt bir həqiqəti də təsdiqləyir: Cənubi Qafqaz xalqları müharibədən daha çox sülh şəraitində yaşamağa layiqdirlər. Lakin illər boyu iki xalqı bir-birinə düşmən edən, regionu öz strateji maraqlarının alətinə çevirən qlobal güclər buna imkan verməyiblər. Onlar imkan daxilində xalqlar arasında nifrət toxumu səpməklə məşğul olublar. Bu gün isə nə ATƏT-in illərlə davam edən səmərəsiz vasitəçiliyi var, nə də regionda sülhü əngəlləyən əvvəlki təsir mexanizmləri.

Prezident İlham Əliyevin qətiyyətli addımları bəzi qüvvələrin bədnam siyasətini iflasa uğratdı. Azərbaycan Zəfəri ilə regiona əmin-amanlıq gətirdi. Sülh hazırda ən çox Ermənistana lazımdır. Ermənistan bunu anlayır, qəbul edir və artıq minnətdarlıq dilində danışmağa başlayır. Bu isə onu göstərir ki, tarixdə ilk dəfə Cənubi Qafqazda sülh ideyası kənardan diktə olunmur - regionun öz iradəsindən doğur. Və bu iradənin mərkəzində Azərbaycan  dayanır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

10:38
24 Yanvar

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölən və xəsarət alanlar var

10:36
24 Yanvar

Tramp: Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik

10:34
24 Yanvar

ABŞ-ın vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

10:33
24 Yanvar

Tramp: Kanada elə ilk ili ərzində onları "yeyəcək" Çinlə əməkdaşlığa səs verdi

10:31
24 Yanvar

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

10:27
24 Yanvar

Sozar Subari: Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi region üçün mühüm hadisədir

09:29
24 Yanvar

Bilmək istəyirəm

09:25
24 Yanvar

Rusiya-Ukrayna: savaş masaya keçir?

09:20
24 Yanvar

İctimai xadim, yazıçı və pedaqoq

09:15
24 Yanvar

Elmdə iz qoyan alim 

09:10
24 Yanvar

Səhnənin sönməz ulduzu

09:05
24 Yanvar

Cəmiyyət öz gücünü birləşdirərsə...

09:00
24 Yanvar

Adını Vətənin azadlıq tarixinə yazdı

08:55
24 Yanvar

Köhnə ilin uğurları, yeni ilin vəzifələri

08:50
24 Yanvar

2025-ci il ağdamlılar üçün doğma yurda qayıdışın başlanğıc tarixidir

08:45
24 Yanvar

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

08:40
24 Yanvar

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

08:35
24 Yanvar

İlham Əliyevin Davos diplomatiyası

08:30
24 Yanvar

Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi

08:25
24 Yanvar

Bu forumda da Azərbaycanın logistika və enerji imkanları diqqət mərkəzində oldu

08:23
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!